ABŞ və Çin arasında ticarət müharibəsi yenidən böyüyür
ABŞ Ticarət Nümayəndəliyi (USTR) prezident Donald Trampın iyunun 18-də verdiyi sərəncama əsasən hazırlanan 10 faizlik əlavə gömrük vergisini tətbiq edəcək Çin məhsullarının siyahısını açıqlayıb...

Amerika Birləşmiş Ştatları ilə Çin arasında ticarət müharibəsi böyüyür.
ABŞ Ticarət Nümayəndəliyi (USTR) prezident Donald Trampın iyunun 18-də verdiyi sərəncama əsasən hazırlanan 10 faizlik əlavə gömrük vergisini tətbiq edəcək Çin məhsullarının siyahısını açıqlayıb.
Təxminən 200 milyard dollar dəyərində 5 min məhsulun olduğu siyahıda dəniz məhsullarından idman əlcəyinə, təbii və kimyəvi minerallardan meyvə-tərəvəzə, tütün məmulatlarından avtomobil təkərlərinə qədər bir çox çeşiddə mal yer alır.
ABŞ ictimaiyyətinin şərhinə açılan siyahı 60 gün ərzində son şəklini alacaq.
Çin rəhbərliyi isə qarşılıklı olaraq gömrük tariflərinin yüksəldilməsi iki ölkə arasındakı ticarətə zərər verəcəyini bildirib.