Maşın ixracında 17% artım qeydə alınıb

2018-ci ilin  üçüncü rübündə maşın sektorunda ixrac həcmində 17% artım qeydə alınıb.

Maşın ixracında 17% artım qeydə alınıb

Məlumata görə ilin üçüncü rübündə sektorun ixrac həcmi 12.4 milyard dollar olub. Həmin dövrdə sektorun ən çox məhsul ixrac etdiyi ölkələrin başında Almaniya iştirak edib. Bu ölkəyə 1.8 milyard dollarlıq məhsul ixracı reallaşıb. Maşın İxracatçılar Birliyinin hesabatına görə, üçüncü rübün sonunda Türkiyənin toplam ixracatı 7% artımla 123 milyard dollara çatıb. Hesabatda həmçinin bildirilir ki, maşın sektorunda ən böyük bazarlar Almaniyadan sonra sırası ilə ABŞ və Böyük Britaniya  ilǝ  Rusiya olub.

Sektorun ən çox ixrac etdiyi məhsulların başında isə motor və komponentləri, kondisionerlər və soyuducu maşınları, yuyucu və qurutma maşınları gedir.

 



Әlaqәli Xәbәrlәr