Sentyabr ayında neft hasilatı artıb

Neft ixrac edǝn ölkǝlǝr təşkilatı (OPEK)-in neft hasilatı sentiyabrda bir ǝvvǝlki aya müqayisǝdǝ 132 min barel artaraq 32 milyon 760 min barelə qalxıb.

Sentyabr ayında neft hasilatı artıb

Keçǝn ay gündǝlik ǝn çox xam netf hasilatı  olan  OPEK ölkǝlǝri arasında Səudiyyə Ərəbistanı, Liviya və Anqola iştirak edib. Səudiyyə Ərəbistanında gündəlik istehsal 108 min barel artımla 10 milyon 512 minǝ çatarkǝn, Liviyada hasilatda 103 min barel, Anqolada 57 min barel artım qeydǝ alınıb.

Sentyabr ayında neft hasilatı ǝn az olan ölkǝ isǝ İran, Venesuela və Cezayir olub. İranda gündəlik hasilat 150 min barel azalaraq 3 milyon 447 minǝ enǝrkǝn, Venesuelada 42 min barel azalaraq 1 milyon 197, Cezayirdə isǝ 8 min azalaraq 1 milyon 49 min barel olub.



Әlaqәli Xәbәrlәr