• Video Qalereya

Türkiyə iqtisadiyyatında 2015-ci ilin sentyabr ayından bəridir ilk dəfə cari artım oldu

Türkiyə Cümhuriyyət Mərkəzi Bankı tərəfindən cari ilin avqust ayına məxsus ödənişlər balansında  rəqəmlər elan edildi.

Buna görə əvvəlki ilin avqust ayında 923 milyon dollar kəsiri olan cari əməliyyat hesabında bu ilin müvafiq ayında 2 milyard 592 milyon dollar cari artım olub.

Bunun nəticəsində 12 aylıq cari əməliyyatların kəsiri 51 milyard 125 milyon dollar azalıb.

Cari əməliyyatlar balansında artım olmasında xarici ticarət kəsirinin əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 3 milyon 65 min dollar azalaraq 1 milyon 284 min dollar azalması təsirli olub.  

Həmçinin xidmətlər balansından mənbələnən xalis gəlirin də 741 milyon dollar artaraq 4 milyon 627 min dollara yüksəlməsi də cari əməliyyatlar balansında artım olmasında ikinci təsirli fakt olub.

Әlaqәli Xәbәrlәr