• Video Qalereya

Dollar əvəzinə kripto

Beynəlxalq İş Forumunun (İBF) baş direktoru Erol Yarar İBF-də İslam ölkələri arasında ticarətdə kripto pul sistemini gündəmə gətirəcəklərini bildirib.

Dollar əvəzinə kripto

  Beynəlxalq İş Forumunun (İBF) baş direktoru Erol Yarar İBF-də İslam ölkələri arasında ticarətdə kripto pul sistemini gündəmə gətirəcəklərini bildirib.

  Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) tərəfindən bu il 17-cisi təşkil edilən “MÜSİAD EXPO” çərçivəsində "Dünya valyuta sistemində plüralizm və ədalət" baş mövzulu 22-ci Beynəlxalq İş Forumu (İnternational Business Forum - İBF) 20 noyabrda keçiriləcək.

  Tədbirdə "Beynəlxalq valyuta sistemi islahatı və məqbul, ədalətli iqtisadi rejim dizaynı" və "Beynəlxalq ticarət və valyuta sistemində “blockchain” texnologiyasının yeri" adlı iki sessiya təşkil ediləcək.

  Dünya iqtisadiyyatının son gündəm məsələlərinin müzakirə ediləcəyi tədbirdə blokçeyn (blockchain) sisteminin çıxış yolu kimi təqdimatı mövzuların mərkəzində duracaq.

  İBF-nin baş direktoru Erol Yarar verdiyi açıqlamada bildirib: “Dollar ortaq pul vahidi olmaqdan çıxdı, bir sanksiya vasitəsi halına gətirildi. Amerika Birləşmiş Ştatları pul transferlərini nəzarət altında saxlayır. Dollar təzyiqilə beynəlxalq bazarları basqı altında tutur, sanksiya tətbiq edir, ölkələrdə böhran çıxarır. Buna görə də Beynəlxalq İş Forumunda İslam ölkələri arasında ticarətdə kripto pul sistemini gündəmə gətirəcəyik. Bununçün fond yaradılmalı və sözügedən fond faizsiz maliyyə əsaslarına görə çalışmalıdır. Yaradılacaq fond iqtisadi böhrana girən İslam iqtisadiyyatlarının böhrandan çıxmasına yardımçı olacaq. Fonda Beynəlxalq İslam Yardımlaşma Sandığı kimi ad verilməsini düşünürük”.

  Qeyd edək ki, kriptovalyuta – virtaul (rəqəmsal) valyutanın bir növü olmaqla bərarbər elektron ödəniş şəbəkəsidir. İnternet şəbəkəsinin qlobal xarater daşıdığı bir dövrdə kriptovalyuta maliyyə sistemində innovativ bir yenilikdi və ödəniş vasitəsi kimi yaxın gələcəkdə  ən ideal valyuta olacağı qaçılmazdır. Hətta hesab olunur ki, kriptovalyutaya "internetin qızılı" da demək mümkündür.

  Kriptovalyutanın əldə edilməsi prosesi – mayninq adlanır və bu zaman kriptoqrafiyadan istifadə olunduğundan valyuta sözünün əvvəlində “kripto” prefiksindən istifadə olunur. Hər bir kriptovalyuta vahidi ingilis dilində – Coin adlanır və coinlərin emissiyası yalnız qabaqcadan müəyyən olunmuş alqoritm əasasında  məhdud sayda ola bilər. Coinlərin hər birində şifrələnmiş informasiya mövcuddur və istənilən növ saxtakarlıqdan mühafizə olunur. Coinlərin şəbəkədə olmasını, onların üçotunu və hesabatlığının aparılmasını blokçeyin sistemi təmin edir.

  Kriptovalyuta hər hansı dövlətin siyasətindən, qanunlarından, pul vahidindən aslı deyil və heç bir dövlət tərfindən tənzimlənmir. Onun qiyməti bazarda tələb-təklif əsasında müəyyən olunur və digər ölkələrin valyutası ilə mövcud bazar məzzənəsi ilə mübadilə edilə bilir. Bu valyutanı istifadə etməyi heç kim məcbur və ya qadağa edə bilməz  çünki rəqəmsal valyutanını dövriyyəsini və onu istifadə edənləri heç kim nəzarət etmir. 



Әlaqәli Xәbәrlәr