Hava yolu ilə daşınan sərnişin sayı 11 ayda 197 milyona yaxınlaşıb

Türkiyə miqyasında keçən ayın axırınadək olan dövrdə hava yolu ilə uçan 196 milyon 662 min 680 sərnişinə xidmət göstərildi.

Hava yolu ilə daşınan sərnişin sayı 11 ayda 197 milyona yaxınlaşıb


Türkiyə miqyasında keçən ayın axırınadək olan dövrdə hava yolu ilə uçan 196 milyon 662 min 680 sərnişinə xidmət göstərildi.

Dövlət Hava Meydanları İdarəsi Müdirliyi noyabr ayına olan hava yolu, sərnişin və daşınan yüklə əlaqəli statistikalarını elan etdi.

Buna görə, noyabr ayında hava limanlarına eniş edən və qalxan təyyarə sayı daxili xəttlərdə 64 min 745, xarici xəttlərdə isə 41 min 826 oldu. Həmin ayda ölkənin hava məkanından uçuş hərəkəti 38 min 435 olaraq reallaşdı. Bununla da hava yolunda xidmət göstərən cəmi uçuş hərəkəti hava məkanından uçuşlarla 145 min 6-ya çıxdı.

Noyabr ayında Türkiyə miqyasında hava limanlarında daxili xəttlərdəki sərnişin sayı 8 milyon 122 min 448, xarici xəttlə uçan sərnişin sayı isə 5 milyon 815 min 463 olub. Beləliklə həmin ayda birbaşa tranzit sərnişinlərlə cəmi sərnişin sayı 13 milyon 952 min 818 olaraq reallaşıb.

Hava limanlarının yük (kargo, poçt və baqaj) hərəkəti noyabr ayınadək cəmi 280 min 891 ton olub.

Noyabr ayının sonunadək olan 11 aylıq dövrdə xidmət göstərilən   təyyarə (ölkənin hava məkanından uçan başqa ölkələrə məxsəs təyyarələr daxil olmaqla) 1 milyon 876 min 54, cəmi sərnişin sayı (birbaşa tranzit daxil) 196 milyon 662 min 680, yük miqdarı isə 3 miyon 538 min 533 tona çatıb.



Әlaqәli Xәbәrlәr