Alim Qasımov Tehranda konsert verəcək

Azərbaycanın görkəmli muğam ustası Alim Qasımov Tehranda konsert verəcək.

Alim Qasımov Tehranda konsert verəcək

Azərbaycanın görkəmli muğam ustası Alim Qasımov Tehranda konsert verəcək. Konsert yanvarın 11və 12-də Tehranın Vəhdət sarayında baş tutacaq.
Konsertdə Alim Qasımov Azərbaycan muğamları və xalq mahnıları səsləndirəcək, qızı, əməkdar artist Fərqanə Qasımova ilə birlikdə simfonik orkestrin müşayiəti ilə çıxış edəcək.
Qeyd edək ki, A.Qasımov bundan öncə İranda 1992, 2002, 2006 və 2014-cü ilin may ayında konsert verib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr