Kapadokiyada gün işığına çıxarılan 5 min illik yaşayış yeri

Türkiyənin Nəvşəhir vilayətində eradan əvəl 3 ilə 2-ci min illərə tarixləndirilən Erkən bürünc dövrünə məxsus yaşayış yeri aşkarlanıb.

Kapadokiyada gün işığına çıxarılan 5 min illik yaşayış yeri

Türkiyənin Nəvşəhir vilayətində eradan əvəl 3 ilə 2-ci min illərə tarixləndirilən Erkən bürünc dövrünə məxsus yaşayış yeri aşkarlanıb.

Şəhər mərkəzinin təqribən 20 km yaxınlığında yerləşən Çakıltəpə bölgəsindəki  kiçik bir təpənin diqqətləri cəlb etməsi nəticəsində bölgədə arxeoloqlar araşdırma aparıb.  Nəticədə Nəvşəhir Hacı Bəktaş Vəli Universiteti NƏVÜ) və Nəvşəhir Muzey Müdirliyinin əməkdaşlığı ilə araşdırma başladılıb.

İş heyəti “UNESCO-nun Dünya Mədəniyyət İrsi Siyahısı”nda yer tutan Kapadokiyanın tarixinə işıq tutacağı düşünülən bölgədə ətraflı araşdırma apararaq, sətihdə aşkarlanan şüşə, çanaq və əşya parçaları kimi mədəniyyət irslərini qorumaq məqsədilə toplayıb.

Yayılan məlumata əsasən, ətraflı şəkildə həyata keçiriləcək qazıntı fəaliyyətlərinə 2018-ci il may ayında start veriləcək.



Әlaqәli Xәbәrlәr