Türk qiyafətləri Tailandda nümayiş olundu

Türk qiyafətləri Tailandda böyük maraqla qarşılandı

Türk qiyafətləri Tailandda nümayiş olundu

 Tailand ipəyini dünyaya tanıtmaq məqsədilə bu il 7-ci dəfə keçirilən "Tailanddan Dünyaya İpək Yolu" adlı tədbirdə Türk qiyafətləri nümayiş etdirildi.
 
 Türkiyənin Banqkok səfiri Evren Dağdəlın Akgünün iştirak etdiyi tədbir çərçivəsində səhnədə Türkiyə və Tailand ənənəvi motivlərinin əks olunduğu geyimlər təqdim etdi.
 
 Tailand Turizm İdarəsi və Tailand Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbir Tailandın paytaxtı Banqkokda 5 gün davam etdi.
 
 Böyük tamaşaçı kütləsinin, 30 ölkənin səfirlərinin və onların həyat yoldaşlarının qatıldığı tədbirdə  stilistlərin Tay ipəyindən hazırladıqları geyimlər nümayiş etdirildi.
 
 Türk geyim mədəniyyətini bu günə qədər bir çox fərqli ölkədə tanıdan stilist Əhməd Özceyhan proqram çərçivəsində keçirdiyi dəfilə ilə Türk motivlərini əks etdirən kolleksiyanı moda həvəskarlarına təqdim etdi.
 
 Qeyd edək ki, tədbirin sponsoru Türk Hava Yollarıdır. 



Әlaqәli Xәbәrlәr