762 illik Antalya Mövləviyyəxanası bərpa etdirilərək yenidən açıldı

Anadoluda qurulan ilk mövləviyyəxanalardan biri olduğu bildirilən 762 illik Antalya Mövləviyyəxanası əsasına uyğun şəkildə bərpa etdirilərək yenidən xidmət göstərməyə başladı.

Mevlevihane-1.jpg
Kaleici-2.jpg
Antalya_Mevlevihane-2.jpg

Anadoluda qurulan ilk mövləviyyəxanalardan biri olduğu bildirilən 762 illik Antalya Mövləviyyəxanası əsasına uyğun şəkildə bərpa etdirilərək yenidən xidmət göstərməyə başladı.

Mədəniyyət və Turizm Nazirliyi ilə Antalya Valiliyinin əməkdaşlığı ilə “Tarixi Antalya” olaraq tanınmış Kaleiçindəki Antalya Mövləviyyəxanasının təxrib olan hissələri bərpa etdirilərək gün üzünə çıxarıldı.  

Səlcuqlu dövləti sultanlarından Ələəddin Keyqubat tərəfindən 1255-ci ildə tikdirilən Antalya Mövləviyyəxanasının bərpa işləri 2 ildə başa gəldi.  

Mədəniyyət və sənət mərkəzi kimi istifadə ediləcək mərkəzdə mövləviliklə əlaqəli müxtəlif məlumatlar və əşyalar nümaiş etdirilir.

Antalya Mövləviyyəxanası Səlcuqlu dövründə qübbə və tavan sistemindən istifadə edilərək tikilib.  

Eninə dördbucaq formalı tikintinin daxili hissəsində piləkənli hündürüklər diqqət çəkir.

Mövləviyyəxanada aşağıda və yuxarıda olmaqla dörd məkan var.

Mövləviyyəxananın xeyli yaxınlığında, qərbdə yeni təmir edilmiş Osmanlı dövrünə məxsus bir hamam da yerləşib.



Әlaqәli Xәbәrlәr