Bob Marlinin həyatından bəhs edən film çəkiləcək

Əfsanəvi musiqiçi Bob Marlinin (Bob Marley) həyatı Paramount Pictures ve Ziggi Marlinin (Ziggy Marley) əməkdaşlığı ilə ekranlarda əks etdiriləcək.

Bob Marlinin həyatından bəhs edən film çəkiləcək

Əfsanəvi musiqiçi Bob Marlinin (Bob Marley) həyatı Paramount Pictures ve Ziggi Marlinin (Ziggy Marley) əməkdaşlığı ilə ekranlarda əks etdiriləcək. 

Film məşhur musiqiçinin professioal fəaliyyətindən və şəxsi həyatından bəhs edəcək.

Daha əvvəl "Marley" adlı sənədli filmdə musiqiçinin həyatının bir hissəsi tamaşıçılara təqdim olunmuşdu.

Marlinin həyat və fəaliyyətinin əhatəli şəkildə əks olunacağı filmin aktyorları hələ müəyyən olunmayıb.

Atası kimi musiqiçi olan Ziggi Marli  atasının irsini yeni nəsillərə çatdırmaq üçün
keçən yeddi il ərzində Bob Marli haqqında üç sənədli və bir konsert filminə prodüserlik etdi.

Paramount Pictures-lə güclərini birləşdirən Ziggi Marlinin yeni çəkiləcək filmin ssenari müəlliflərindən biri olacağı təxmin edilir.

 



Әlaqәli Xәbәrlәr