• Video Qalereya

Dırnaqlar orqanizmdəki problemlərdən xəbər verir

Bədənimiz möcüzəvi şəkildə çalışır. Biz özümüz diaqnozu qoymamışdan öncə  bədən yaxınlaşan xəstəlik barədə məlumat verir. Vacib olan odur ki, orqanizmin,  xüsusilə dəri, dil və dırnaqlar vasitəsilə yolladığı siqnallara vaxtında reaksiya verək.

Dırnaqlar orqanizmdəki problemlərdən xəbər verir

  Dırnaq  diaqnostikasında çoxlu genetik göndərişlər də var. Məsələn, xroniki əyyaşlar  və onların  övladları eyni dırnaq quruluşuna malik olurlar. Şəkər xəstəliyinə tutulan uşaqlarda da 60 faiz eyni dırnaq quruluşu olur.

  Bu, o demək deyil ki, nə vaxtsa bəzilərini əyyaşlıqdan, digərlərini şəkərli diabetdən müalicə etmək lazımdır. Lakin  belə genetik işarələrlə insanın xəstəliyinin irsi, yoxsa sonradan qazanılmış olduğunu öyrənmək mümkündür. Bu səbəbdən hansısa simptomlar aydın görünürsə həkimə müraciət etməyi gecikdirməyin.

Rəngsiz dırnaqlar

  Rəngsizləşmiş dırnaqlar  diabet  və ya qaraciyərin disfunksiyasının, həmçinin anemiya, siqaret çəkmək, orqanizmin ümumi vəziyyətinin pis olduğunun əlaməti ola bilər. 

  Bəzən dırnaqlara düzgün qulluq edilmədikdə, yaxud keyfiyyətsiz dırnaq boyalarından istifadə edərkən də belə əlamətlərə rast gəlinir.

  Göyərmiş, bənövşəyiyə çalan, yaxud mavi-böoz çalarlı rəng ürək-damar xəstəliklərindən, anadangəlmə ürək qüsurundan, ürək fəaliyyətinin xronikir xəstəliklərindən xəbər verə bilər. Belə insanlarda xroniki yorğunluq və təngnəfəslik özünü göstərir.

Kövrək dırnaqlar

  Dırnaqların kövrəkliyinin əsas səbəblərindən biri düzgün qulluq edilməməsi, o cümlədən, düzgün kəsilməməsi, çeynəmə adəti, tez-tez süni dırnaq qoymaq, keyfiyyətçsiz boyalardan istifadə etməkdir. Bundan əlavə, orqanizmdə A, D, E, kalsium, selenium, silisium, sink və dəmir çatmadıqda da bu əlamətlərlə rastlaşmalı oluruq. Hamiləlik, əmizdirmə, həmçinin puğertat və klimaks kimi hormonal dəyişikliklər dövründə kövrəklik daha da arta bilər.

  Tireotoksikoz, şəkərli diabet, anemiya, mədə-bağırsaq xəstəlikləri, stress də dırnaqların kövrəkliyinin səbəbi ola bilər.

Dırnaqların qalınlaşması

  Bunun səbəbləri çoxdur: göbələk xəstəlikləri, dırnaqların kifayət qədər qidalanmaması, dəri xəstəlikləri (psoriaz kimi).

  Bəzən bərk zərbə dəydikdən sonra dırnaq qalınlaşmış şəkildə çıxa bilər. Lakin əsası zədələnməyibsə, bu müvəqqətidir: dırnaq plastikasının yenilənməsi zamanı  problem özü həll olacaq. 

Qaşıq formasında dırnaqlar

  Buna koylonixiya da deyirlər. Adətən  dəmir çatışmazlığı nəticəsində yaranan  anemiyadan olur. Belə hallarda qan analizi vermək tövsiyə olunur.

  Bundan başqa, hemoxromatozun da əlaməti ola bilər. Bu, genetik defekt nəticəsində dəmirin mədə-bağırsaq traktında sorulmasının artması və onun orqanizmin toxumalarında toplanması ilə müşayiət olunan ağır, çoxsistemli xəstəlikdir. İnsan orqanizmində dəmir artığının ifraz olunmasının xüsusi mexanizmi olmadığından bu hal, bir qayda olaraq, qaraciyərin, mədəaltı vəzin, ürəyin, hipofizin funksiyasının pozulmasına səbəb olur.

Çöküntülü dırnaqlar

  Dırnaqda kiçik çöküntülər  insanda oynaqlarda iltihabi proseslərin başlandığının, yaxud psoriazdan xəbər verir. Bəzən göbələk xəstəliklərinin, həmçinin “Alopecia areata” adlı saç tökülməsi xəstəliyinə səbəb olan bir avtoimmun nasazlığının da göstəricisi ola bilər

Dalğavari dırnaqlar

  Daxili orqanların (böyrək, qaraciyər, mədə-bağırsaq) xəstəliklərindən xəbər verir. Bu adətən düzgün qidalanma olmadıqda baş verir. Bundan başqa, kimyəvi terapiyadan keçdikdən, yaxud şəkərli diabet zamanı da eyni əlamətlər ortaya çıxır.

Təbil çubuqları simptomu

  Bəzən barmaqların ucları şişir və quruluşca təbil çubuqlarına oxşayır. Ağ ciyər  və ürək-damar sisteminin pozulması, mədə-bağırsaq problemlərindən, serrorz, mədə xorası, Kron xəstəliyi, çölyak xəstəliyindən, o cümlədən,  limfoma, mieloleykoz, infeksion endokartit, ürək qüsuru və irsi xəstəliklər barmaqların  belə şəkil almasına səbəb ola bilər.

Ağ zolaqlar

  Adətən bu zolaqlar  böyrək, ürək-damar sistemi və dayaq-hərəkət aparatının işinin pozulması zamanı əmələ gəlir. Sonuncu halda  dırnaqlarda  ağ zolaqlardan əlavə qabarcıqlar və əziklər də olur. Bu hal adətən həzm sisteminin pozulması zamanı – orqanizm üçün vacib maddələr  bağırsaqda sorulmayan zaman müşahidə olunur.

Uzununa qara xətt

  Qara üfüqi xətlər və ya zolaqlar elmdə zolaqlı  melanxoliya adı ilə tanınır. Bu bəzən  melanoma – xərçəngin ağır forması barədə xəbər verə bilər. Bu səbəbdən  həkimlə konsultasiya vacibdir.

Dırnağın altında qəhvəyi və ya qırmızı damarcıqlar

  Bu hal ayaqlarda da görünə bilər. Adətən  ürək klapanlarının  infeksiyası zamanı müşahidə olunur.

  Əlbəttə travma nətcəsində də ola bilər, bununla belə həkimə getməklə heç nə itirmirsiz.

Mənbə: FaktXeber.com



Әlaqәli Xәbәrlәr