Bu gün Mövlanəni yadetmə günüdür

Anadolunun ən sevilən din xadimi, mütəfəkkiri, İslam və təsəvvüf dünyasının tanınmış  şairi, mövləvi yolunun öncülü, vəhdəti-vücud fəlsəfəsinin tanınmış nümayəndəsi Mövlanəni rəhmətlə yad edirik.

Bu gün Mövlanəni yadetmə günüdür

Anadolunun ən sevilən din xadimi, mütəfəkkiri, İslam və təsəvvüf dünyasının tanınmış  şairi, mövləvi yolunun öncülü, vəhdəti-vücud fəlsəfəsinin tanınmış nümayəndəsi Cəlaləddin Rumi Mövlanəni rəhmətlə yad edirik. Özünün deyimi ilə söyləsək, ölümə - sevgiliyə qovuşma günüdür bu gün. Ağlamağı, kədərlənməyi qadağan edən Mövlanənin Anadolu üfüqündə səslənən sözləri günümüzdə də təkcə Türkiyədə deyil, dünyanın dörd bir tərəfində əks-səda verir. Hər il dekabrın 17-də dünyanın dörd bir yanından  minlərlə insan Konyada keçirilən Şəbi- Əruz mərasimlərinə Onun "Kim olursan ol,yenə gəl" çağırışına səs verərək gəlir. İnsanı ön plana çıxaran fəlsəfəsi ilə dünyamızı işıqlandıran Mövlanəni bir daha rəhmətlə yad edirik.



Әlaqәli Xәbәrlәr