Həyata ümidlə baxılması üçün cəhd göstərənlər də var...

Dünyanı bir atəş topuna çevirmək üçün dəli kimi cəhd göstərənlərlə yanaşı əlbəttə həyata ümidlə baxılması üçün cəhd göstərənlər də var.

Həyata ümidlə baxılması üçün cəhd göstərənlər də var...

Vasitəli müharibə, Avropada irqçiliyin artması, alman siyasi xadimlərinin sürətli şəkildə nasist siyasətə üz tutmaları və Orta Şərqdəki başa çatmayan müharibələr insanların gələcəyə dair ümidlərinə hər zaman mənfi təsir edir. Dünyanı bir atəş topuna çevirmək üçün dəli kimi cəhd göstərənlərlə yanaşı əlbəttə həyata ümidlə baxılması üçün cəhd göstərənlər də var.

İllərdən sonra ən gözəl xəbəri keçən günlərdə Avstariyadan eşitdik. Xəbərə əsasən, Sydney universitetində vəzifəli elm xadimləri işığa əsaslanan məlumatları ilk dəfə bir elektron daşıyıcıda səs dalğaları olaraq saxlayıblar.

İşıq məlumatını səs dalğası olaraq saxladığı elektron daşıyıcının mis tərkibli şüşədən istehsal edildiyi, bunun həm optik həm də akustik dalğalar üçün ən ideal bələdçi vəzifəsi gördüyü ifadə ədilib.

Gündəmə dair təhlil buraxılışını paytaxt Ankarada yərləşən Yıldırım Bəyazid universitetində vəzifəli müəllim Ərdal Şimşəkin qələmindən təqdim ədirik.

Ərdal Şimşək  fizik təhsili almış biri kimi bu xəbəri eşidəndə çox sevindiyini deyir: İnsanoğlu yüz ilə yaxındır günəş şüalarını saxlamaq üçün fəaliyyətlərini aramsız davam etdirir. Bu mənada ən erkən zaman, əmək və pul sərf edən ABŞ-ın akadəmi dünyasıdır. Türkiyədə də təəssüf ki, 2000-ci illərin əvvəlinədək bu fəaliyyətlər sadəcə məlumat səviyyəsində qaldı. Daha sonrakı illərdə isə Türkiyə Cümhuriyyəti ciddi səviyyədə büdcə və zaman ayırmağa başladı. Türkiyə nə qədər də bu fəaliyyətlərə gec başlasa da günəş enerjisindən istifadə edilməyə başlanması ilə şüalardan müdafiə sənayesində istifadə etmə cəhdləri ilə dünyanın önəmli ölkələri sırasında yer tutmağı bacardı.  Misal üçün lazer şüası fəaliyyətlərinə dünyanın 50 ilə yaxın gerisindən başlamasına baxmayaraq, hal-hazırda qət etdiyi məsafə Pentaqon ilə rəqabət edə biləcək səviyyəyə çatıb. Məhz dünya bu səssiz mühdiş inqalaba necə qovuşdu, xülasə bu tarixi prosesə və gələcəkdə insan həyatına verəcək töhfəsinə nəzər salaq.

Populyar “Science” jurnalının 1949-cu ildəki mart ayına olan nömrəsində Massachusetts Texnologiya İnstitutu (MIT) mühəndislərinin günəş enerjili ev tikdikləri izah edilir.  “Günəş evi” salonuna yerləşdirilmiş Glauber duzu, başqa sözlə natrium sulfat ilə doluydu. Duz 32 dərəcədə əriyir və enerjini sudan daha məhsuldar şəkildə saxlayırdı. Kimyagər Maria Telkes ilə memar Eleanor Raymondun hazırladığı sistem günəş istiliyini natrium sülfat tanklarına istiqamətləndirir, bu tanklar da hava şaxta yaxud buludlu olduğu zaman içərini isidirdi. Təəssüf ki, istənilən nəticə əldə edilə bilməmişdi. Evdə yaşayanlar qışda istənilən şəkildə isinə bilmir, tanklar isə davamlı sızdırırdı. Evdə yaşayanlar bir neçə ildən sonra çıxırdı. Bu prosesdə başqa fəaliyyətlər də oldu. İce Bear gecələri bir su hovuzunu dondurub buz blokuna çəvirərək enerjini saxlayır, gün ərzində buz kondisionər vəzifəsi görürdü. Aquion Energynin modül batareyalarında, külək və günəş enerjisini toplamak üçün toksik yaxud da alışqan olmayan duzlu su məhluldan istifadə edildi. İnsanoğlu beləliklə günəş şüasını enerji kimi problemsiz olaraq toplamağı bacardı. Sonra isə şüanı şüa kimi saxlama fəaliyyətlərinə üz tutuldu. Bilgisayar texnologiyasının inkişaf ilə sektorun nəhəngləri bu fəaliyyətlər üçün  ciddi büdcələr ayırdılar və hələ də ayırmaqda davam edirlər. Təəssüf ki, bunu bacarmaq, dünyanın bir guşəsində, bir universitetin məhdud büdcəsi ilə işləyən elm xadimlərinə nəsib oldu. Və insanlıq işığa əsaslanan məlumatları ilk dəfə bir bilgisayar daşıyıcısında baxlamağı bacardı. Bu ixtira atəş, pul, və buxarlı maşının icadı qədər önəmli bir addımdır. Ən sadə səviyyədə nümunə versək, işıq sürətində bilgisayarlar artıq gündəlik həyatımızda öz yerini tutacaq.  Məlumat ötürülməsi də işıq sürətində olacaq. Bu sadəcə məlumatın ötürülməsi və məlumat toplanmasının sürəti ilə əlaqəlidir. İnsan həyatını tamamilə dəyişəcək bir ixtiradır bu. Enerji ehtiyatlarına hakimiyyət üçün başladılan hərblərin dövrü başa çatacaq. Soyqırımlar, kültəvi qırğınlar olmayacaq. Çünki işığın saxlanılması enerjininin toplanmasının daha da asan olacağı mənasını daşıyır. İşığın saxlanılmasının bir yuxarı mərhələsi, işığın çarpıştırılması yaxud da Mendel  metodundan  ilham götürərək istehsal edilməsi gündəmə gələ biləcəkdir. Səhiyyə sahəsində də inqilab olacaq. Kök hüceyrəsi sahəsindəki fəaliyyətlər və toxuma hazırlanması prosesləri çox sürət qazanacaq. Bugün həftələrlə davam edən toxuma hazırlama prosesi saatlar yaxud dəqiqələr ərzində mümkün olacaq. Sümük və diş hazırlanması da mümkün hala gələcək. İnsanların protəz qol, ayaq, protəz diş yaxud implant problemləri qalmayacaq. Günəş şüalarının toplanması bu fəaliyyətlərə ciddi mənada sürət qazandıra biləcək. Dünyanın ən ciddi probləmlərindən biri olan qida məmuları istehsalatı və ehtiyatı probleminə də son qoyulacaq. Günəş şüasının saxlanılması dəmək, şüa vitaminlərinin də saşlanılması mənasını daşıyır. Günəş vitaminlərinin radioaktiv mənşəli xəstəliklərin müalicəsində istifadə edildiyi həqiqətini xatırladığımız zaman bu ixtiranın mənası daha yaxşı başa düşülür



Әlaqәli Xәbәrlәr