“Referendum ciddi nəticələr doğuracaq təhlükəli addımdır”,İ.Kalın

Dövlət başçısının sözçüsü İbrahim Kalın “Daily Sabah”da İraq Kürd Regional Rəhbərliyinin referendumundan yazdı.

“Referendum ciddi nəticələr doğuracaq təhlükəli addımdır”,İ.Kalın

Dövlət başçısının sözçüsü İbrahim Kalın “Daily Sabah”da İraq Kürd Regional Rəhbərliyinin referendumundan yazdı.

Ərbildəki kürd liderlər öz haqlarının siyasi və iqtisadi mənfəətlərini İraqı bölməyə cəhd göstərərək və özlərini ən yaxın müttəfiqləri olan Türkiyədən uzaqlaşdıraraq təhlükə altında qoyurlar.

İraq Kürd Regional Rəhbərliyinin (İKRR) qəbul etdiyi 25 sentyabrda müstəqillik referendumu keçirmə qərarı həm regional həm də qlobal olan ciddi bir böhranı çoxdan hərəkətə gətirdi. Qarşıdan gələn günlərdə sarsıntıların artacağı gözlənilir. İraqlı kürdlər özlərini təcrid etmə və illər ərzində əldə etdikləri qazanclarını itirmə təhlükəsini qəbul ediblər. Ərbilin referendum qərarını müstəqillik üçünmü, yoxsa Bağdada qarşı əlini gücləndirmək üçünmü, qəbul etdiyi sualı isə  hal-hazırda mövzudan kənarda qalıb. Bu qərarın ciddi nəticələri olacaqdır və nəticələr müxtəlif mərhələlərdə hiss ediləcəkdir.

Türkiyənin Milli Təhlükəsizlik Şurasının 22 sentyabr tarixində keçirilən toplantısı referendum "qeyri-qanuni və qəbuledilməzdir" ifadəsi ilə başa çatdı. Trump administrasiyası referendumu "təxribatçılıq və pozğunluq" olaraq adlandırdı. BMT Təhlükəsizlik Şurası buna bənzər bir xəbərdarlıq etdi və referendumun ləğv edilməsi və ya təxirə salınması üçün Erbilə müraciət etdi. Avropa və Körfəz ölkələri də oxşar bəyanatlar verdilər.

İraqın parçalanmasını dəstəkləyən heç bir ölkə yoxdur. Yalnız istisna olan İsrailin Baş naziri Netanyahunun müstəqil Kürdüstanın yaradılmasını açıq şəkildə dəstəkləməsidir. İsrailin bu dəstəyi bölgədə mövcud olan həqiqətləri nəzərə alsaq, kürdləri xoşbəxt etməməlidir, əksinə onların bu dəstəkdən narahat olması lazımdır.

Rəsmi Bağdad artıq müstəqillik səsverməsinə cavab olaraq bir sıra addımlar atdı. İran hava sahəsini Süleymaniye və Ərbilə bağladı. Türkiyə bir neçə tədbir üzərində işləyir. Digər ölkələr də ehtimal ki, bənzər addımlar atacaqlar.

Şübhə yoxdur ki, iraqlı kürdlər ərəblər, türkmənlər və İraq cəmiyyətini təşkil edən digər qruplar kimi sülh, təhlükəsizlik və inkişaf etməyə layiqdirlər. Onlar sünni və şiə camaatları qədər təzyiq edən idarəçilərin əlində əziyyət çəkdilər. Onlar İraq cəmiyyətinə müxtəlif şəkillərdə köməklik göstərdilər.

Rəsmi Bağdadın əsas nəzər ziddiyyətləri qanuni narahatlıqlara əsaslanır. Əslində rəsmi Bağdad sadəcə İKRR-yə deyil türkmənələrə və sünni ərəblər də verdiyi təhlükəsizliklə əlaqəli və siyasi məsələlərə dair sözünün üstündə dayanmadı. İki Maliki hökumətinin aldığı məzhəbçi yanaşma İraq ictimaiyyətini bir araya gətirən ümid və inamın çox hissəsini pozdu. Kürdlər bu məsuliyyətsiz və maliyyətli siyasətdən əziyyət çəkdilər.

Nəticədə iraqlı kürdlər İraqın 2003-cü ildəki işğalından etibarən müəyyən durumlar qarşısında xüsusi statusa malik deyildi. Lakin İKRR İraqın on ildən artıq müddətdir qarşı-qarşıya olduğu xaosa baxmayaraq çox qazanc əldə etdi. İKRR-in hal-hazırda əsasən öz məclisi, bayrağı, təhlükəsizlik qüvvəsi, yəni pəşmərgə qüvvələri, sərhəd və gömrük nəzarəti və hətta pulları var. İraqdakı başqa bir qrup bu imtiyazlara sahib deyil. Referendum indi bu qazancları təhlükə ilə qarşı-qarşıya qoydu.

Hər bir etnik qrupun öz milli dövlətinə sahib olması iddiası olduqca şübhəli və təhlükəlidir. Bunun axırı yoxdur. Bu məntiqlə Avropada, ABŞ, Afrika və Asiyada onlarla yeni dövlət ola bilər. Daha dərin sosial, siyasi və iqtisadi inteqrasiya və regional ittifaqlar xalqların maraqlarına daha yaxşı xidmət edəcəyi bir zamanda ölkələri parçalamaq məntiqli deyil.

İraq kürdlərinin qanuni narahatlığı İraqın ərazi bütövlüyü və siyasi suverenliyi çərçivəsində həll olunmalıdır. İraqın parçalanması, bölgə əsasən müxtəlif təhlükəsizlik təhdidi ilə qarşı-qarşıya ikən, təhlükəli bir nümunə təşkil edəcək. İraq Konstitusiyasına görə qeyri-qanuni olan referendum heç bir ölkə və ya beynəlxalq təşkilat tərəfindən tanınmayacaq.

Digər tərəfdən müstəqilliyin müxalifətin İraq kürdlərinə yönəldilmədiyi aydın olmalıdır. Türkiyə ən çətin şərtlərdə belə İraq kürdlərinə siyasi və iqtisadi cəhətdən yardım etmişdir. Ancaq Ərbildəki kürd rəhbərliyi öz xalqlarının siyasi və iqtisadi maraqlarını İraqı parçalamağa cəhd edərək təhlükə altına alır və özlərini ən yaxın müttəfiqləri olan Türkiyədən uzaqlaşdırır.

Referendumun özü qeyri-qanuni və problemli olsa da bir də mübahisəli sahə olan və İKRR torpağı olmayan Kərkükün bu prosesə daxil edilməsi bu bölgədə yaşayan Türkmən və ərəblər üçün vəziyyəti daha da pisləşdirib. Türkiyə İraq türkmənləri ilə xüsusi əlaqəsi olduğu üçün Kərkükdə baş verənlərdən haqlı olaraq daha çox narahat olur. Kərkükün demoqrafiyasını dəyişdirmək cəhdi əsasən təhlükəli bir siyasət idi. Kərkükdə referendumun keçirilməsi isə bu tarixi şəhərdəki etnik gərginlik və qarşıdurmaları artıra bilər. Bu siyasət  sadəcə İKRR-nə və onun qanuniliyinə zərər verəcək bir siyasətdir.

Çoxlu saydakı xəbərdarlıqlara baxmayaraq, İKRR referendum qərarında istar etdi. Bu qərarın mənfi nəticələri onsuz da ortadadır. Bu məsələdə atılacaq tək addım referendumu qəbul etməmək və İraqın ərazi bütövlüyü və siyasi suverenliyi daxilində Bağdadla danışıqlar masasına oturmaqdır. Bu, Erbil üçün çətin bir seçim ola bilər, ancaq hər şərtdə İKRR üçün daha da təcrid edilən, daha zəif və həssas olacaq bir siyasət yürütməkdə israr etməkdən daha yaxşıdır.



Әlaqәli Xәbәrlәr