Elə görünür insanlar özlərinin axırına çıxacaqlar

800 milyona yaxın insan aclığın caynağındadır.

Elə görünür insanlar özlərinin axırına çıxacaqlar

 Gündəmə dair Təhlil buraxılışını Ərdal Şimşəkin qələmindən təqdim edirik.

 BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Dünya Qida Proqramının 2016-ci ilə məxsus hesabatlarına görə, dünya əhalisinin 11 faizi qeyri-kafi qidalanma və aclıq sərhədində yaşayır. Deməli 800 milyona yaxın insan aclığın caynağındadır.

Qarşıdan gələn aylarda 2017-ci ilə məxsus hesabat bəyan ediləcək. Hesabatda bu rəqəmlərin aşağı düşəcəyənə ümid edirik və diləyirik. Yenə BMT-nin hesabatlarına əsasən, Yer kürədə yaşayan hər beş nəfərdən biri yaxşı idarə edilməyən, böhranların hər an girov saxlaya biləcəyi ölkələrdə yaşayır. Dəyişən iqlim şərtlərindən asılı baş verən təbii fəlakətlərin və yeni quraqlıq hallarının bu rəqəmi artıracağından qorxulur. Bu fəlakətli tablo ilə yanaşı indi də yüz milyardlarla dolların havada uçuşduğu bir tabloya nəzər salağın: Keçən aylarda bir anda Səudiyyə Ərəbistanı ilə Qətər arasında böhran baş verdi. Bölgə ölkələrinə müxtəlif qərəzli əməliyyatları yaymaq üçün cəhd göstərən Birləşmiş Ərəb Əmirlikləri də bu böhranda əsas rol götürənlərdən oldu. Baş verən böhrandan 10 gün sonra Səudiyyə Ərəbistanının ABŞ ilə 110 milyard dollara yaxın yeni bir silah müqaviləsi imzaladığı bəyan edildi.

Səudiyyə Ərəbistanıdan bir müddət sonra böhranın qarşı tərəfi olan Qətərin də ABŞ ilə 11 milyar dollarlıq silah satın alınmasına dair saziş bağladığı açıqlandı. Böhrana tərəf olan digər kiçik körfəz ölkələrilə də  200 milyard dollara yaxın silah ticarəti reallaşdı. Beləliklə ortaya çıxan böhranın sərt küləğinin qarşısı alındı və hal-hazırda elə bil heç problem yox imiş kimi hər kəs öz işləri ilə məşğuldur.

Dünya körfəz böhranından xilas oldu dedik, amma bir anda Şimali Koreya idarəsinin yeni ballistik və qitələrarası raket sınaqları keçirdiyinə dair xəbərlər beynəlxalq agentliklərdə yer tutmağa başladı. Obama rəhbərliyinin son vaxtlarında başlayan “Koreya böhranı” bir anda dərinləşdi, bu ölkənin lideri Kim Çen İn ilə əlaqəli xəbərlər yayıldı. Həmin xəbərlərdə belə bir tablo ortaya qoyuldu: Nə zaman hansı addımı atacağı bəlli olmur. Partlamağa hazır bomba kimidir. Hər gün yeni ballistik raket sınağı keçirir. Eyni ilə təcrübəsiz fiqurdur və bu fiqurun sadəcə ətrafındakı ölkələr üçün deyil bütün dünya üçün təhlükə təşkil etdiyi  duyğusu yaradıldı. Kim Çen İnin hər həftə yeni model raket sınağı keçirdiyinə dair xəbərlər yayıldı. Minlərlə km aralıqdakı Quam adasını raketlə vuracağı, Yaponiyanın hava sistemlərini pozaraq bu ölkə üzərindən nüvə başlıq daşıya bilən raketlər buraxdığı kimi saysız xəbərlər bir anda gündəmdə öz yerini tutdu.

Daha sonra isə Şimali Koreyanın raket təhdidi altında olan ölkələrin özlərini qorumaq üçün yeni müdafiə sistemləri üçün on milyardlarla dollarlıq sazişlər imzaladığına dair xəbərlər yayıldı. Bunun gülməli tərəfi amerikalıların Yaponiyada qurduğu məşhur THAAD hava müdafiə sisteminin Kim Çenin raketlərini nəyinki məhv etməsi radardan belə müəyyən edə bilmədiyi ortaya çıxdı. Bunun nəticəsində yeni hava müdafiə sistemləri ilə əlaqəli görüşlər gündəmə gəldi. Asiya-Sakit okeanın bu bölgəsində baş verən böhran yenə yüz milyardlarla dolların silah ticarəti üçün sərf edilməsinə gətirib çıxardı. Bundan əlavə Asiya-Sakit okeanda 300 minə yaxın hərbçisi olan ABŞ ordakı bazalarını və qüvvələrini gücləndirmə qərarına gəldi.

ABŞ-ın 9 döyüşçü komandirliklərindən biri olan Sakit okean Qüvvələri Komandirliyidir. (PACOM) Mərkəzi bazası Hawaidə yerləşən bu komandirlik Pentaqon büdcəsinin ən böyük hissəsini alır. Bu komandirliyin ən böyük xüsusiyyəti ən ağır təchizatlı döyüşçü hərbi dəstə olmasıdır. Həmin komandirliyin 375 min əsgəri, 200 döyüş gəmisi, dənizaltılar və min ədəd döyüş təyyarəsi var. Şimali Koreya böhranından əvvəl ABŞ-ın keçmiş prezidenti Barak Obama bu ordunu Çini nəzarətdə saxlamaq üçün texnologiya və sila-sursat yığınağına çevirdi. Təəssüf ki, Çin ABŞ-ın bu tələsinə düşüb hərbi yığıncaq etmədi. ABŞ ilə iqtisadiyyat sahəsində rəqabətini davam etdirməyin ən önəmli maşrutlarından biri olan İpək yolunun bərpası üçün fəaliyyətlərini aramsız davam etdirdi.

ABŞ-ın son texnologiya məhsulu olan 5-ci nəsil F-35 döyüş təyyarələrini Yaponiyaya, Boz Qartal adlandırdığı silahlı pilotsuz hava aparatlarını da bu komandirliyin buyruğuna verərək Cənubi Koreyada yerləşdirdi. Nüvə həcimli dənizaltılarla yanaşı 5-ci nəsil döyüş təyyarələrindən olan F-22 raptorları isə bu bölgəyə istiqamətləndirdi. Həmçinin 75 min əsgərini isə Yaponiya və Cənubi Koreyada yerləşdirdi.

Sonra isə nələr baş verdi? İrandan Hindistana, Sakit okeandakı kiçik-kiçik dövlətlərə qədər saysız ölkə ABŞ və Rusiyanın silah şirkətlərinin qapılarını döydülər. Yenə yüz milyardlarla dollarlıq silah satışı sazişləri imzalandı.

Dünyada keçən il firavan yaşamaq üçün 1,1 trilyon dollara yaxın pul xərcləndi. Hər il dünya əhalisini qidalandıracaq səviyyədə ərzaq istehsal edilir. Təəsssüf ki, bu ərzağın böyük hissəsi israf edilib tullanır. 1,3 milyard ton ərzaq isə maliyyə, texniki sərhədlər və ərzaq tədbirlərinin görülməməsi səbəbindən israf edilir. Sadəcə ABŞ-da tullanan qida miqdarı 222 milyon tondur. Bu miqdar bütün Afrikanı bəsləyəcək miqdardır. Digər tərəfdən təbiəti və ozon təbəqəsini məhv edən kosmetik məmullarına sərf edilən on milyardlarla dolları da unudmamaq lazımdır.

Ərzaq və sosial yardımlar üzrə mütəxəssislər cari il Koreya və Körfəz böhranı bəhanəsi ilə silahlara xərclənən pul ilə aclığın caynağında olan ölkələri və insanları 10 il bəsləməyə kifayət edəcək miqdarda olduğunu bildirirlər. Təbii fəlakətlər və yaxud da iqlim dəyişikliyindən əvvəl elə görünür insanlar özlərinin axırına çıxacaqlar. 



Әlaqәli Xәbәrlәr