Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

Türk Dünyasından Xәbәrlәr

Proqramımızın İlk xəbəri Türkmənistandandır.

Türkmənistanın paytaxtı Aşqabadda V Asiya Oyunları başladı.

Sentyabrın 17-də keçirilən rəsmi açılış mərasimində 7 minə qədər insan iştirak etdi.

2010-cu ilin sonunda təməli atılan və Türk şirkəti tərəfindən inşa edilən olimpiya kompleksi 1,5 kvadrat kilometrlik sahəni  əhatə edir. Kompleksdə 15 idman salonu mövcuddur.

V Asiya Qapalı Salon və Döyüş Sənəti Oyunlarında 65 komandanın idmancıları yarışırlar. Olimpiada bayrağı altında keçirilən yarışlara 45 Asiya və 19 okean ölkələri ilə yanaşı, qaçqınlardan ibarət bir komanda da qatılıb.

V Asiya Qapalı Salon və Döyüş Sənəti Oyunları təxminən 6 min idmancının 21 idman növündəki  yarışına səhnə olacaq.

Oyunlar boyunca 351 medal təqdimetmə mərasimi təşkil olunacaq və mərasimdə uğur qazanan idmancılara 1870 medal veriləcək.

V Asiya Oyunları İcra Komitəsi rəsmilərinin verdiyi xəbərə görə, oyunlar boyunca 140 min kiloqram yemək hazırlanacaq.

12 gün davam edəcək tədbirin 700 min bileti bir neçə həftə əvvəl satışa çıxarılıb. 17-27 sentyabr tarixlərində keçiriləcək oyunlarda 8 min könüllü işləyəcək.

Hörmətli oxuçularımız sırada Qazaxıstandan bir xəbərimiz var.

Latın əlifbasına keçməyə hazırlaşan Qazaxıstanda yeni əlifbaya aid qanun layihəsi parlamentə təqdim olundu.

Qazaxıstanın latın əlifbasına keçməsi məsələsinin baxıldığı parlamnet iclasına Nazirlər Kabinetinin nümayəndələri, elm adamları və dilçilər qatıldılar.

Qazaxıstan parlamentinin sədri Nurlan Niqmatulin iclasdakı açılış nitqində qazax dilinin yeni qrafikasının yaradılması ilə milli şüur, mənəvi dəyərlər və iqtisadi inkişaf yoluna qədəm qoyulacağını qeyd etdi.

Niqmatulin yeni qazax əlifbasının ölkəsini dünya ilə birləşdirən əhəmiyyətli faktor olacağını vurğulayaraq:”Latın əlifbasına keçməyimiz nəvələrimizin ingilis dilini və interneti öyrənməsini təmin edəcək” dedi.

Qazaxıstan mədəniyyət və idman naziri Arıstanbek Muxamedulin latın əlifbasına keçid hazırlıqlarının 6 il əvvəl başladığını və bu müddətdə müxtəlif diskussiyaların aparıldığını bildirdi.

Muxamedulin elm adamlarından, linqvistlərdən ibarət işçi qrupunun qazax dilinin latın qrafikalı yeni əlifbasının hazırlanması zamanı bütün fikir və mülahizələri nəzərə aldığını vurğuladı.

Nazir hazırlıq işlərində xalqın böyük hissəsinin latın qarafikasına keçilməsi barəsindəki qərarı dəstəklədiyini də qeyd etdi.

Yeni əlifbanın müəlliflərindən biri olan Baydursınov Dilçilik İnstitunun direktoru Kajıbek Erden Zadauli əlifbanın mərhələli şəkildə tətbiq olunacağını və bu prosesdə heç bir çətinliyin yaşanmayacağını söylədi.

Türk Akademiyasının rəhbəri Darhan Kıdıralı da qardaş ölkələrin təcrübələrini öyrəndiklərini,  latın qrafikasının ortaq Türk əlifbası olduğunu və bu qrafikanın qazax dilinin fonetikasına ən yaxın əlifba olduğunu qeyd etdi.

Kiril qrafikasından latın əlifbasına keçməyə hazırlaşan Qazaxıstanda 2018-ci ildən etibarən dərs kitablarının latın əlifbasında nəşr olunması nəzərdə tutulur.

Prezident Nursultan Nazarbayev 2025-ci ilədək nəşriyyatın, mətbuatın və rəsmi sənədlərin bütünlüklə latın əlifbasına keçəcəyini bildirmişdi.

Hörmətli oxuçularımız  sonuncu xәbәrimiz mədəniyyət dünyasındandır.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı –TÜRKSOY-un ənənəvi olaraq təşkil etdiyi “Opera Günləri” bu il 11-13 sentyabr tarixlərində keçirildi.

TÜRKSOY, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Respublikası Dövlət Opera və Balet İdarəsi, Əmək, İncəsənət və Mədəniyyət Vəqfinin əməkdaşlığı ilə keçirilən bu ilki tədbirlərə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Şimali Kıbrıs (Kipr) Türk Respublikasından 9 opera müğənnisi qatıldı.

Maltəpə Universiteti və TÜRKSOY-un əməkdaşlığı ilə məşhur soprano Fiorenza Cedolins  tərəfindən aparılan “master class”da iştirak edən TÜRKSOY vokalistləri ilk dəfə Türkiyədə sənətsevərlərin qarşısına çıxdılar.

İyirminci TÜRKSOY “Opera Günləri”nin ilk konserti İstanbulun ən yeni opera səhnələrindən biri olan Grand Pera Əmək Zalında keçirildi.

Konsertdə TÜRKSOY opera ulduzlarını qazaxıstanlı pianoçu Assel Davletyarova və qırğızıstanlı Mədət Osmonov müşayiət etdilər. Türk dünyasının opera ulduzları İstanbuldakı açılış konsertindən sonra hər il olduğu kimi, bu il də Şimali Kıbrıs (Kipr) Türk Respublikasında sənətsevərlərin qarşısına çıxdılar.

Konsert sentyabrın 13-də Şimali Kıbrısın (Kipr) Milli Təhsil və Mədəniyyət Nazirliyinin ev sahibliyi ilə Girnedəki  Bellapais Monastırında oldu.

İlk dəfə 1994-cü ildə  həyata keçirilən, Türk dünyasının tanınmış ifaçılarını bir araya gətirən, mədəni mübadiləyə imkan yaradan "TÜRKSOY Opera Günləri"  bu günə qədər bir çox müxtəlif şəhər və ölkədə təşkil olunub. Yarandığı gündən etibarən sənətə və sənətkara dəstəyini əsirgəməyən TÜRKSOY  Türk xalqlarının mədəni sərvətlərinin tanıdılmasına töhfə verməyə davam edir.



Әlaqәli Xәbәrlәr