Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

Türk Dünyasından Xәbәrlәr

"Türk dünyasından xәbәrlәr" proqramının ilk xәbәri Qırqızıstanla bağlıdır.

Oktyabrın 15-dә Qırgızıstan  Respublikasında prezident seçkilәri keçirilib. Seçkilәrdә 11 namizәd prezidentlik uğrunda mübarizә aparıb. Seçkilәrdәn әvvәl iki namizәd favorit siyahısının ilk pillәlәrindә yer alıb. Bunlardan biri ölkәnin baş naziri vәzifәsini icra edәn Sooronbay Jeyenbekov olub.

Aparılan araşdırmalar  seçkilәrdә mübarizә aparacaq ikinci güçlü namizәdin isә Ömurbek Babanov olduğunu göstәrib.

Qeyd edәk ki, Respublika partiyasının lideri O. Babanov daha әvvәl ölkәnin baş naziri  vәzifәsini icra edib.

Qırğızıstan  Mәrkәzi Seçki Komissiyası tәrәfindәn yayımlanan ilkin nәticәlәrә görә, Qırğızıstan Sosial  Demokrat  partiyasının prezidentliyә namizәdi Soronbay Jeyenbekov seçicilәrin 54.75 % nin sәsini toplayaraq seçkilәrin qalibi olub. İkinci yeri isә Omurbek Babanov tutub.

Qırğızıstandakı Seçkilərə Hazırlıq və Təşkilatçılıq Mərkəzi tərəfindən verilәn mәlumatda sәslәrin  avtomatik sistem üzərindən  sayıldığı  qeyd olunub. Qırğız hökuməti də seçkilərin son nәticәlәrinin bu həftə ərzində məlum olacağını açıqlayıb.

Qırğızıstan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Nurcan Şayıldabekova  bundan sonra səslərin әl ilә sayılacağını deyib. Ölkə xaricindəki seçki mәntәqәlәrindәn gәlәcәk nәticәlәri gözlәdiklәrini deyәn N. Şayıldabekova  Mərkəzi Seçki Komissiyasının 20 gün ərzində Prezident seçkilərinin rəsmi nəticələrini açıqlayacağını deyib.

Hörmətli oxuçularımız növbәti xәbәrimiz Özbәkistanla bağlıdır.

Paytaxt Daşkənddə Özbəkistanla Azərbaycanın  Dini İşləri üzrə Dövlət Komitələri tərəfindən birgə təşkil edilən "Özbəkistan-Azərbaycan nümunəsində İslam Həmrəyliyi" mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Rusiya, İngiltərə, Almaniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Azərbaycan və Türkiyədən çoxlu sayda rəhbər, din mütəxəssisləri və elm adamları iştirak edib.

Özbəkistanın baş naziri  Abdulla Aripov,  Azərbaycan Din İşləri üzrə Dövlət Komitəsinin  sədri Mübariz Qurbanlı, Özbəkistan Din İşləri Komitəsinin sədri Artıq Yusupovun iştirak etdiyi  konfransın açılışında  Özbəkistan prezidenti Şövkәt Mirziyoyev  ilə Azərbaycan Prezidenti İlham Əliyevin mәktubları oxunub.

Konfransda çıxış edən Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə  2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edildiyini diqqətə çatdıraraq bu çərçivədə dünyanın müxtəlif ölkələrində silsilə tədbirlərin təşkil olunduğunu bildirib.

Konfransın iki ölkə arasında elmi, mədəni və humanitar əlaqələrin yüksək səviyyədə inkişaf edirilməsinə töhfə verəcəyinə ümid etdiyini dilə gətirən Qafqazın şeyxi hər iki millətin ortaq tarix və mentalitetə malik qardaş xalqlar olduğunu vurğulayıb.

Özünün gənclik illərinin Buxara, Səmərqənd və Daşkənd şəhərlərində keçdiyini və bu torpaqlarda dini təhsil aldığını, şeyxülislam dərəcəsinə çatmasında  özbək xalqının, onun din alimlərinin töhfəsinin çox böyük olduğunu qeyd edən A.Paşazadə  Özbəkistanı özünün mənəvi vətəni hesab etdiyini söyləyib. 

Özbəkistan Müsəlmanları Dini İdarəsinin sədri Osmanxan Alimov da Özbәkistan vә  Azərbaycan dostluğunun, hər iki xalq arasındakı dostluq əlaqələrinin tarixi köklәrә söykәndiyini,  qarşılıqlı etimada əsaslanan münasibətlərin bundan sonra da davam edəcəyinə əminliyini  bildirib.

İslam Tarix, Sənət və Mədəniyyət Araşdırma Mərkəzinin  baş direktoru Dr. Xalid Eren  2017-ci il İslam Həmrəylik İli  münasibәtilә ötən ay İstanbulda konfrans keçirildiyini diqqətə çatdırıb. 
Konfransda çıxış edәn  Dəyanət İşləri üzrә İdarәnin rәhbәri  Prof. Dr.  Əli Erbaş İslam mədəniyyətində özünəməxsus yeri olan, tarix boyu bәşәriyyәtin  üfüqünü işıqlandıran alimlərin yetişdiyi bu qiymətli torpaqlarda olmaqdan məmnuniyyət duyduğunu dilə gətirib.

Hörmətli oxuçularımız proqramımızın sonuncu xәbәri TÜRKSOY-la bağlıdır.

"TÜRKSOY Beynəlxalq Əməkdaşlıq Əlaqələrini Genişləndirir".

Cənubi Koreya Respublikasının Yecheon şəhərində keçirilən 3-ci Dünya Ənənəvi Oxatma Festivalında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY ilə Dünya Ənənəvi Oxatma Təşkilatı arasında əməkdaşlıq protokolu imzalanıb.

Festivalda 20-dәn çox  ölkədən gәlәn  vә  ənənəvi oxatma sahəsində fəaliyyət göstərən peşəkar idmançılar iştirak edib. Türkiyə Oxatanlar Fondu və Tirendaz Cəmiyyətinin təmsil olunduğu festivalda Qırğızıstan, Monqolustan, İndoneziya, Butan, Fransa, Almaniya və digər ölkələrdən gələn oxatanlar qabiliyyətlərini nümayiş etdiriblər.

TÜRKSOY ilə Dünya Ənənəvi Oxatma Təşkilatı arasında əməkdaşlıq haqqında protokolun imzalanması mərasimində çıxış edən TÜRKSOY-un baş katibinin müavini Prof.Dr. Fırat Purtaş ənənəvi idman növü kimi qiymətləndirilən oxatmanın Avrasiyanın müxtəlif bölgələrində yaşayan türkdilli xalqlar üçün də kökləri çox qədimə söykәnәn  mədəni irs olduğunu vurğulayıb.

Türkdilli xalqlar arasında qeyd olunan Novruz, Xıdırәllәz, Sabantoy kimi milli bayramlarda güləş, atlı idman növləri , oxatma yarışları kimi oyunların yüz illərdir oynandığını  vurğulayan F.Purtaş  günümüzdə də TÜRKSOY üzvü olan ölkələrdə etnospor və köçəri oyunlar adı ilə keçirilən müxtəlif festival və müsabiqələrdə ənənəvi oxatma idmanının  dəyişməz bir sahə olduğunu bildirib.

Putraş  festivalın peşəkar səviyyədə hazırlanması  üçün Yecheon Bələdiyyə sədri və Festival Komitəsinin sədrinə təşəkkür edib. 



Әlaqәli Xәbәrlәr