8 dəfə dünya çempionu və 46 dəfə dünya rekordunu qırmış insan

Onu sözlərlə ifadə etmək çox çətindir.  O, bir əfsanə idi...

8 dəfə dünya çempionu və 46 dəfə dünya rekordunu qırmış insan

Dünyanın idman xəbərləri 47 / 2017

   Naim Süleymanoğlu. Onu sözlərlə ifadə etmək çox çətindir.  O, bir əfsanə idi. Səkkiz qat dünya çempionu. Qırx altı dəfə dünya rekordu qazanmış idmançı. Bütün zamanların ən yaxşı ağırlıq qaldırma nümunəsi. Ağırlıq qaldırma tarixinin ən gənc rekordçusu.

  Ötən həftə həyatını itirən Naim Süleymanoğlu idman dünyasının fərdi janrda çatılması çətin olan rekordlar sahibidir. Dildə söyləmək asandır: səkkiz dəfə dünya çempionu və qırx altı dəfə dünya rekordunu qırmış insan.

   Naim Süleymanoğlu 1967-ci ilin 23 yanvar tarixində anadan olmuşdu. Ağır atletika idmanına 10 yaşında başladı. 15 yaşında isə 52 kiloqram çəki dərəcəsində dünya üzrə gənclər çempionu oldu, iki qızıl medal qazandı. On altı yaşında ağırlıq qaldırmada üç qat nəticə əldə edərək ən gənc dünya rekordçusu oldu. Sonra daim yüksələn bir uğur təqib etdi 52, 56, 60 kiloqram dərəcələri üzrə. 1984, 1985, 1986-cı illərdə İlin Ağır Atletçisi təyin edildi. 1988-ci ildə Seul, 1992-ci ildə Barselona, 1996-cı ildə Atlanta olimpiya oyunlarında çempion oldu. 1992-ci ildə Beynəlxalq Ağır Atletika qurumunun mətbuat şurası tərəfindən Dünyanın Ən Yaxşı Ağırlıq Qaldırma idmançısı seçilmişdi.

  Naim Süleymanoğlu olimpiyadalarda Türkiyə idman tarixinə güləşdən sonra ilk qızıl medal qazandıran bir addır. Bunu da qeyd edək ki, o, Türkiyədə yaşasa da, Bolqarıstanda dünyaya gələn bir azərbaycanlıdır.

                            ******************************************************************

  Beynəlxalq Basketbol Federasiyası (FIBA) əhəmiyyətli qərara imza atdı. Həm komandalar, həm də idmançılar üçün əhəmiyyətli bir addım: milli matçlardan sonra komandalarına şikəst olaraq qayıdan oyunçulara əlillik maaşları ödənəcək.

  Beynəlxalq Basketbol Federasiyası bir sığorta şirkəti ilə milli komanda və klubları qorumaq üçün idman dünyasında ən böyük və əhatəli ödəmə layihəsinə imza atmış oldu. Buna əsasən milli oyunlardan şikəst qayıdan oyunçuların əlillik dövrü ərzində, lazım gələrsə, əməliyyat xərcləri də FİBA tərəfindən ödəniləcək. Bu qərar A milli və 17, 18, 19, 20 yaşında olan kişi və qadın idmançılara aiddir.

                                         **************************************************

  Ralli idmanı ilə bağlı son yarış Avstraliyada oldu. Koff Harbour şəhərində keçirilən Dünya Ralli Çempionatında Sebastian Oqier 4-cü dəfə dünya ralli çempionu oldu. Yarışın son mərhələsini Tieri Neuvil (Tierry Neuville) qazandı. 21 mərhələdən ibarət 318,3 kilometrlik yarışı Tieri Neuvil 2.35.44.8-ci yeri ilk dərəcəylə birinci bitirdi. Ott Tanak ikinci, Hayden Paddon isə üçüncü oldu.

  Yarışda Sebastian Oqier 232, Tieri Neuvil 208, Ott Tanak 191, Yari-Matti Latvala (Jari-Matti Latvala) 136, Elfin Evans (Elfyn Evans) 128 xal toplayıb.

                                                             *************************************

  Qriqor Dimitrov çempion oldu. Mövsümün ən yaxşı səkkiz tennisçisinin iştirak etdiyi ATP dünya turu turnirinin finalı Qriqor Dmitrov və David Qoffin arasında oynanıldı. İngiltərənin paytaxtı Londonda keçirilən turnirin finalı böyük həyəcana səhnə oldu.

  İki saat yarım davam edən finalın ilkin mərhələsini Dimitrov 7-5 hesabı ilə qazandı. İkinci mərhələdə Qoffin 6-4 hesabı ilə qazanınca çempionatın final mərhələsi müəyyənləşdi. Dimitrov finalı 6-3 qazanaraq çempion oldu.

  İki tennisçi də mövsüm sonu turnirində ilk dəfə bir-birlərilə finala qaldılar. Dmitrov 8-ci dəfə tennisdə vahidlər çempionu oldu.

                                                   **************************************

  Mixael Şumaxer (Mihael Schumacher). Formula 1 dünyasının unudulmaz alman pilotu. Yarış meydanlarını tərk etdikdən sonra 2013-cü ilin 29 dekabrında Fransa Alplarında xizək sürərkən yıxılan, başı qayaya çırpılaraq yaralanan M.Şumaxer İsveçrədəki evində reabilitasiya müalicəsi alır.

  Mixael Şumaxerin 2001-ci ildə çempion olduğu “Formula 1 Monaco Grand Prix” yarışında sürdüyü maşın açıq hərracda satılıb. Amerikanın Nyu-york şəhərindəki “Sothebys” hərrac salonunda adının açıqlanmasını istəməyən bir kolleksiyaçı Şumaxerin maşınını 7 milyon 504 min dollara satın alıb. Satışdan əldə edilən gəlirin bir qismi alman pilot üçün təşkil edilən “Xətəliklə mücadiləyə davam" fonduna veriləcək.

  



Әlaqәli Xәbәrlәr