NATO, sual altındakı alyans

Gündəmə dair təhlil bölümünü Ərdal Şimşəkin qələmindnən təqdim edirik:

NATO, sual altındakı alyans

NATO 2-ci Dünya Müharibəsindən sonra bugünkü Rusiya olan keçmiş Sovet İttifaqının kommunist işğalçılığına qarşı qurulmuş təşkilatdır. Sovet İttifaqının işğalçı siyasətlərinə cavab ola biləcək təhlükələrə qarşı tədbir görmək məqsədilə 1949-cu ilin aprel ayının 4-də başda ABŞ olmaqla İngiltərə, Belçika, Fransa, Hollandiya, İtaliya, İslandiya, Danimarka, Lüksemburg, Norveç, Portuqaliya və Kanada kimi qərbli dövlətlərin  bir araya gəlməsilə yaranmış alyansdır. Türkiyə bu alyansa 1952-ci ildə qoşuldu. Alyansın  əsas məqsədi üzv ölkələrin xaricdən gələ biləcək təhlükələrə qarşı hərbi müdafiəsini təmin etmək və həmin zamanda həm siyasi həm iqtisadi və ictimai sahələrdə əməkdaşlıq etməkdir. Həmin məqsədlə qurulan NATO 1991-ci ildə Şərq Bloku tamamilə dağılınca müzakirəyə açıldı. Alyansın qanuniliyi və mövcudluğu mübahisə mövzusu oldu. Ancaq eyni tarixdən bir neçə ay əvvəl İraqın Küveyti işğal etməsi və ortaya çıxan yeni terror dalğası “NATO-nun labüdlüyü” haqqında kifayət səbəb oldu. Həmin dövrlərdə İtaliyada NATO-nun qanunsuz qeyri-leqal bir silahlı təşkilatlanması ortaya çıxdı. İtaliyanın baş naziri Giulio Andreotti 1990-cı il oktyabrın 24-də “GLADİO”nun ölkəsində mövcudluğunu rəsmi olaraq etiraf etdi. Təşkilatlanmaları ümumilikdə “Xüsusi qüvvələr”in quruluşuna oxşayan bu təşkilatlanmaların bəyan edilən rəsmi vəzifələri Şərq Blokunun hər hansı bir Qərbi Avropa yaxud da NATO üzvü bir ölkəni işğal etməsi halında nizamsız müharibə metodları ilə düşmənin qarşısını almaq, məşğul etmək, zərər vərmək, kəşfiyyat əldə etmək, ünsiyyət və logistik ünsürlərini təxrib etmək, strateji əhəmiyyətə malik hədəfləri məhv etmək kimi bir sıra xüsusi vəzifələri ifa etmək idi.

Latıncada “qılınc” mənasında olan “Gladio” sözündən ad kimi istifadə edən təşkilat ABŞ və İngiltərənin əks-partizan təşkilatlanması olan “Stay Behind” tərəfindən 1952-ci ildə quruldu. Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən idarə edilən və maliyyələşdirilən təşkilat 1956-cı ildə ABŞ ilə əməkdaşlıq içində, casusluq və partizan müharibəsi aparmaq məqsədilə təşkilatlandı.

“Gladio” barədəki mübahisələrlə yanaşı NATO-nun bütün üzv ölkələrdə nizamsız müharibə metodları tətbiq etdiyi yaxud tətbiq etmək üçün təşəbbüs qaldırdığı iddiaları irəli sürüldü. Müxtəlif ölkələrdə bunun izlərinə təsadüf etdikdə alyans haqqında yenidən mübahisələr getdi.

Maraqlıdır NATO-nun qanuniliyi barədə mübahisələr aparılmağa başlandığı zaman Yugoslaviyada vətəndaş müharibəsi baş verdi. Xeyli vəhşi şəkildə davam edən vətəndaş müharibəsi eynilə soyqırıma çevrildi. Bir anda NATO bu qətliamın qarşısının alınmasını istəyən bütün insanların ümid qapısı oldu. Daha sonra İraq və Əfqanistanın işğalı NATO üzərindəki mübahisələri etibarsızlaşdırdı. NATO-nun qeyri-leqal fəaliyyətləri beynəlxalq miqyasda unudulmaya üz tutduqda, Türkiyədə beynəlxalq casusluq və xəyanət şəbəkəsi olan Fətullahçı Terror Təşkilatı (FETÖ) qanlı çevriliş cəhdini etdi.

Trük xalqı, Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın istəyilə küçələrə axışdı və çevriliş cəhdinin qarşısını aldı. Çevrilişə cəhd edən yüksək rütbəli zabitlərin əksəriyyəti NATO üzvü olan ölkələrə qaçdılar. NATO-da vəzifəli FETÖ terror təşkilatı mənsubu olduqları ortaya çıxan zabitlərin hamısı yenə bu alyansa üzv ölkələrə sığındılar. Hətta zabitlərin əksəriyyəti Türkiyə Silahlı Qüvvələri tərəfindən vəzifədən çıxarılmasına baxmayaraq NATO-dakı vəzifələrini bir müddət də davam etdirdilər. Türkiyənin polis idarəsinin terrorçu fəaliyyətlər apardığını aşkarladığı bəzi şəxslər  NATO-nun fərqli tədbirlərində ortaya çıxdılar. Bundan əlavə bu terror şübhəlilərinin deməli hamısı NATO-da maaşla işləyən rəsmi vəzifəlilərdir. Ən son Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk ilə Dövlət başçısı Ərdoğanın şəkillərini düşmən qüvvələr tərəfindən göstərən NATO zabiti və personalı kimi.

2016-cı ilin iyul ayının 15-də FETÖ terror təşkilatının qanlı çevriliş cəhdi zamanı həm NATO həm Türkiyənin Qərb klubundakı müttəfiqlərinin Türk xalqının yanında yer almaması xeyli maraqlı idi. Daha maraqlı hal isə NATO və Türkiyənin müttəfiqi olan qərbli dostları çevriliş cəhdində iştirak edən terrorçulara tamamilə qapılarını açmaları olmuşdur.

15 iyul qanlı FETÖ çevriliş cəhdindən sonra NATO-nun bu təşkilatla olan əlaqələrini ortaya çıxaran bir neçə hadisəyə nəzər salağın:

-NATO-da vəzifəli dörd Türk zabiti ilə bir hərbi attaşenin 15 iyul çevriliş cəhdindən sonra Norveçə sığınmaq üçün müraciət etmələrini Norveç Mühacir İdarəsi qəbul etdi.

-FETÖ terror təşkilatı ilə əlaqəsi olduğu ortaya çıxarılan mayor Əhməd Ərdoğan hələ də İngiltərədə hərbi qüvvələrə məxsus binalarda yaşayır.

- 15 iyul çevriliş cəhdində iştirak edən və ABŞ-dakı Müttəfiq Dəyişmə Komandirliyində vəzifəli admiral Zəki Mustafa Uğurlu çevriliş cəhdindən sonra da NATO-nun bu bazasında idi. Türkiyə Silahlı Qüvvələrinin vəzifədən çıxarmasına baxmayaraq NATO-da hələ də admiral postunda vəzifədə olduğu ortaya çıxdıqda dərhal ABŞ-na sığındı.

- Türkiyə ordusuna istiqamətli FETÖ prokurorlarının yürütdüyü “kumpas” adlı məhkəmələrdə ekspert kimi işləyən ferari FETÖ şübhəlisi sabiq TÜBİTAK Kiber Təhlükəsizlik İnstitutunun müdiri Xeyrəddin Bahşinin Estoniyada NATO ölkələrinin iştirak edəcəyi Kiber Təhlükəsizlik təlimində vəzifədə olduğu ortaya çıxdı.

Bunlar və başqa terrorçular qarşısında NATO səsini çıxarmadı. Keçirilən son NATO yığıncaqda Türkiyə heyəti etirazını bildirib toplantını tərk etdikdə digər ölkə nümayəndələri də eyni addımı atdılar.

Bu qədər dəlilə baxmayaraq üzv ölkələr bu  alyansı mühakimə etməyəcəkmi?



Әlaqәli Xәbәrlәr