Sərhədlərin mübahisəsi

Bir neçə ölkəni çıxmaqla bütün dünya dövlətlərinin sərhədləri təəssüf ki, ciddi mübarizələr, toqquşmalar və müharibələr nəticəsində müəyyənləşib.

Sərhədlərin mübahisəsi

Tədqiqatçı-yazıçı Ərdal Şimşəkin qələmindən “Gündəmə” dair təhlil

Çexiya Cümhuriyyəti, Slovakiya, Cənubi və Şimali Sudan kimi bir neçə ölkəni çıxmaqla bütün dünya dövlətlərinin sərhədləri təəssüf ki, ciddi mübarizələr, toqquşmalar və müharibələr nəticəsində müəyyənləşib. Bir mənalı olaraq dövlətlərin sərhədləri qanla çəkilib.

Bəs, buna ehtiyac varıydı? Nəzəriyyədə baxanda buna ehtiyac yoxdur. Dövlət məfhumu Qərbdə 16-cı əsrdə istifadə edilməyə başlayarkən, Şərqdə minlərlə ildir qüvvədə idi. Türklərin və çinlilərin minlərlə illik mətnlərində dövlət məfhumu barədə xeyli məlumat var.

Qərb dünyasında Orta əsrədək dövlət məfhumu olmayıb. Bu dünyada siyasi hakimiyyət, torpaq mülkiyyətinə əsaslanaraq ifadə edilir. O dövrdə dövlət ərazi mənası daşıyan “tenv” yaxud da “te/ra” sözlərilə ifadə edilmişdir. Dövlət kəlməsindən Avropada ilk dəfə 15-ci əsrdə istifadə olunduğunu görürük. Burada dövlət məfhumu müəyyən bir icmanın siyasi təşkilatlanma quruluşunu ifadə etmək üçün istifadə olunur. İtaliyadan sonra yavaş yavaş digər qərbli ölkələrdə bu məfhumdan istifadə edilməyə başlanıb. 15-ci əsrdə Qərb dünyası tamamilə siyasi hakimiyyət məfhumunu “dövlət” ilə ifadə edirdi.

Şərqdə dövlət status və ərazi genişlədilib “imperiya”ya çevrilirkən, Qərb dünyasında sərhədlərdə davamlı qan axıdılırdı. Dövlət məfhumunun bu qədər qanlı olduğu Qərb dünyasında qurulan utopiyalarda tamamilə bədbinlik, pis bir gələcək var idi. Dövlət məfhumunun bu səviyyədə qanlı olduğu Qərb dünyasında gələcəyə dair daimi olaraq qara qurğu vardır. Ədəbiyyatdan, siyasi mətnlərə qədər Qərb dünyasında gələcəyə dair bədbinlik hakimdir. Utopiyanın ziddi olan bu qara gələcəyi distopiya adlanan bütün mətnlər xeyli dəhşətlidir. Fukuyamadan Brejinskiyə, Sorosa qədər bütün siyasi futurist nəzəriyyələr qan ilə nizamlanmış sərhədlərə əsaslanır. Mövcud sərhədlər qanla bölünür. Sonra isə qanla yenidən sərhədlər müəyyənləşdirilir. Qərbin siyasi gələcəkdəki sərhədləri coğrafiya, mədəniyyət yaxud da siyasi mənada qarşılıqlı təsir  ilə deyil, qanla artır.

Qərbli distopiyalar elə bil siyasi futurust mətnlərinin ilham mənbəyi kimi daha dəhşətlidir. Bu ədəbiyyat sahəsinin “kült” romanlarına, mətnlərinə nəzər saldığımız zaman yaradılış xilqətinə uyğun bir fərd olaraq bütün ümidlərini puça çıxarıb, bu bədbin gələcəyə qarşı ürəyini qaraldan bir insan kimi hazırlayır elə bil. Yevgeny Zamyatinin “Biz” əsərindən tutun, Hugh Howeyin “Silo”su, Paolo Bacigalupinin “Kurma qız”ı, G.Wellsin “Əfəndi oyanır”ı, G.Orwellin “1948” və “Heyvanlar fərması” və digər adlarını sadalaya bilmədiklərimiz onlarla mətndə qaranlıq bir gələcəyin qaranlıq dünyaları insanın şüuruna ilmə ilmə hörülür. Bu qaranlıq gələcək mətnləri ilə insanoğlu yaradılıq xilqətindən adımbaddım uzaqlaşaraq, eynilə o dünyaya gedən yolda parket kimi düzülür. Hazırda dünyanı qan gölünə çevirən aparıcı ölkələrin gələcək dünyanı diyazn edən qərar verən qurumların bütün işçilərinin ən böyük ortaq xüsusiyyətlərindən biri də bu Distopiyaların həm ədəbi həm də siyasi mətnlərinin yeni növlərini yazacaq qədər müridi və sadiq insanlarının olmasıdır. İctimai iştirak olan demokratik sistemdə kütlələr nə qədər də siyasi quruluşları dəyişsə dəyişsin, bu qurumlar bir şəkildə xalqın siyasi gücünə mane olur. Mane olmağı bacarandan bir müddət sonra onu öz nəzarətinə götürür. Bunun ən son nümunəsini ABŞ-da yaşadıq. ABŞ prezidenti Trump seçki seçki fəaliyyətləri zamanı Obama rəhbərliyinin zorakılıq tərəfdarı və işğalçı siyasətlərindən əl çəkdiyini bildirərək təxmini bunları söyləmişdi: “ABŞ-ın öz daxilinə istiqamətli siyasətlər ortaya qoyacağıq. Hərbi xərclər və dünyadaki hərbi bazalarımız məhdud ediləcək.”

Bununla da kifayətlənməyən Trump özünün “twitter” səhifəsində DEAŞ terror təşkilatını Obama rəhbərliyinin təşkil etdirdiyini yazdı. Lakin daha sonra yazdığını pozdu. Təəssüf ki, Trump hakimiyyətə gəlincə addımbaaddım keçmiş rejimin siyasi ifadələrinin təsir dairəsinə düşdü. Hətta Obamadan bir addım da irəli gədərək, başda Bəsra Körfəzi olmaqla dünyanın müxtəlif yerini silah anbarına çəvirdi. Obamanın Venesuella  hökumətinə qarşı yürütdüyü sərt siyasətlərindən bir addam da geri atmadı. Maraqlıdır ki, yeni dünya nizamının təzyiqlə qəbul etdirdiyi qanlı sərhəd dəyişikliklərinə Türkiyə ilə yanaşı Venesuella dövləti də müqavimət göstərir. Biri “Şərqin” qədim mədəniyyəti, diğəri Latın Amerikanın mistik mədəniyətinin elə bil təzahürüdür. Latın mədəniyətinin insan anlayışı Şərq ilə yaxın olması da bu müqaviət baxımından təsadüfi deyildir. Və təəssüf ki, ABŞ bu iki ölkəyə də fərqli metod və donlarla təzyiqlərini davam etdirir.

Türkiyəyə qarşı hüquq baxımından sübutu olmayan və məntiqdən məhrum, tamamilə siyasi hesablaşma vasitəsi olan Rza Sərrafın məhkəməsi ABŞ-ın tək tərəfli təzyiqlərinin sadəcə kiçik numunəsidir.  

Yeni dünya nizamı insanlara qanlı sərhədlər çəkir. Lakin təzyiqlərə məğlub olunmayacaq. Çünki “Şərq”in mədəniyyəti qədimdir. Şərqin mədəniyyəti addım atdığı yerlə eyniləşir. Qərb kimi oranı dağıdıb özünə oxşatmır. Buna görə şərqin sərhədləri qədimdir. Qərblilərin münaqişə yarada bilmədiyi bir çox Şərq ölkəsinin sərhədlərinin yüzlərlə illik olması əlbəttə təsadüf deyildir. Bəziləri isə minlərlə illikdir. Bizim sərhədlərimiz daxilində əlbəttə müharibələr oldu. Ancaq sərhədlərimiz coğrafiyanın, insanın və mədəniyyətin müəyyən etdiyi sərhədlərdir. Bundan asılıdır ki, Qərbin Suriyada, Orta Şərqdə qəbul etdirməyə çalışdığı yeni qanlı sərhəd layihələrinə müqavimət göstərsək, bunların planlarını puça çıxara bilərik.



Әlaqәli Xәbәrlәr