Trumpın Orta Şərqə atdığı bu “atom bombası” bumeranq effekti yaradaraq ABŞ ilə İsraili vurdu

16 dekabr 2017-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının Türkiyənin təşəbbüsü ilə İstanbulda keçirilən toplantısında İslam dünyası ilk dəfə, bir qismi ürəksiz də olsa, birlik mövqeyi sərgilədi.

Trumpın Orta Şərqə atdığı bu “atom bombası” bumeranq effekti yaradaraq ABŞ ilə İsraili vurdu

Türkiyə Pəncərəsindən Orta Şərq (01.2018)

            Türkiyə Pəncərəsindən Orta Şərq   (01-2018)

İsrailin illərdir fələstinlilərə etdiyi zülmə və qeyri-hüquqi davranışlarına hər növ dəstəyi verən ABŞ-ın yeni prezidentinin ABŞ səfirliyinin Qüdsə köçürülməsi haqqındakı qərarının Bərzaninin referendum qərarına bənzər qazanma ehtimalı cüzi olan qumar olması ümumqəbul olunmuş  proqnoz idi. Belə ki, Trumpın Orta Şərqə atdığı bu “atom bombası” bumeranq effekti yaradaraq ABŞ ilə İsraili vurdu.

16 dekabr 2017-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının Türkiyənin təşəbbüsü ilə İstanbulda keçirilən toplantısında İslam dünyası ilk dəfə, bir qismi ürəksiz də olsa, birlik mövqeyi sərgilədi. Toplantıda qəbul edilən qərarlar yalnız Qüds üçün həyati əhəmiyyət kəsb etmirdi. Daha dərin məna daşıyan bu qərarlarla  İslam dünyasının iki yüz illik bitki həyatından çıxma istiqamətində bir canlanma yaşandı. İki əsrdir obyekt mövqeyində olan İslam dünyası ilk dəfə bir olaraq ABŞ-İsrail cütlüyünə qarşı onu yeni tarixin subyektinə çevirən iradə nümayiş etdirdi. Burada mühüm olan müsəlmanların birləşərək ABŞ və İsrailə qarşı dura bilməyəcəkləri ilə bağlı mifoloji və psixoloji baryerin dəf olunması idi.

 Bu qərarların İraq, Suriya, Yəmən və Liviya kimi müsəlman dövlətlərinin sistemlərinin çökdüyü, İslam dünyasının etnik və məzhəb səbəblərindən bir-biri ilə münaqişəyə girdiyi, DEAŞ kimi təşkilatların qeyri-insani üsullarla dindaşlarını qətl etdiyi, Körfəz ölkələrinin “Ərəb Baharı”nın “İran Yayı”na çevrildiyi və Müsəlman Qardaşları fobiyası səbəbindən iflic olduğu, Misirdə Sisi hakimiyyətinin barmağını qaldırmağa taqəti qalmadığı, Livan baş nazirinin Səudiyyə Ərəbistanında istefa verdiyi və Səudiyyə Ərəbistanı rəhbərliyinin “korrupsiya təmizliyi”ni apardığı bir xaos şəraitinə, yəni bundan daha pisinin ola bilməyəcəyi bir dövrə təsadüf etməsi həm İslam dünyası, həm də bütün dünya üçün bir ümid işığı kimi  qəbul edildi.

Çünki hər şeyə rəğmən heç bir ərəb ölkəsinin qanuni, və ya qeyri-qanuni lideri Qüdsü İsrailə (Orta Şərqdə belə bir təşəbbüsə imza atan Məlik Kamil kimi) vermənin nəticələrini xalqına başa sala bilməzdi. Bu baxımdan 88 illik fasilədən sonra 1187-ci ildə Qüdsü səlibçilərdən geri alan Şərqin ən sevimli sultanı Səlahəddin Eyyubinin qardaşının oğlu Məlik Kamilin qardaşları ilə olan hakimiyyət davasında qalib gəlmək üçün şəhəri səlibçilərə razılaşma əsasında vermsəsindən sonra müsəlman xalqı tərəfindən necə həqarətə məruz qaldığını və əslində, bir sıra uğura imza atmış bu dövlət adamının adının tarixə necə düşdüyünü ərəb hakimiyyətləri bilməlidirlər.

Çünki Məlik Kamilin Qüdsü səlibçilərə təslimi Bağdad, Qahirə və Dəməşq kimi bütün İslam dünyasını yasa boğmuş, tarixdə ilk dəfə etiraz aksiyaları keşirilmiş və Məlik Kamilin ünvanına lənətlər yağdırılmışdı. Bu səsbəbdən İƏT-in İstanbul toplantısında, həm də BMT səsverməsində heç biri  əleyhinə səs verə bilmədilər. Çünki bu, ərəb ölkələrinin meydanlarında ikinci bir “Ərəb Baharı” dalğasına yol açar və onsuz da yeri möhkəm olmayan rejimlərin sonuna səbəb olardı.

İslam dünyasının Türkiyənin təşəbbüsü ilə başlayan oyanışı ABŞ və İsrailin bütün təhdidlərinə rəğmən Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində qlobal bir üsyan xarakteri aldı.

Layihəyə səs verən dövlətlərin adını heç eşitmədiyimiz kiçik ölkələr olduğunu, bitərəf qalan dövlətlərin əksəriyyətinin Antiqua-Barbuda, Bahama adaları, Benin, Butan, Ekvatorial Qvineya, Ruanda, Solomon Adaları, Tuvalu və Vanuatu kimi ölkələr oldu. Beləliklə, ABŞ-ın Qüds qərarı və İsrailin tətbiqləri bütün güclərinə baxmayaraq, aralarında Qərbin böyük dövlətlərinin də olduğu dünya əhalisinin böyük hissəsini təşkil edən kollektiv vicdan tərəfindən məhkum edildi və bu iki ölkə meydanda tək qaldılar. Təbii ki, bu nəticə qətnaməyə müsbət səs verən ölkələrə "gözüm üzərinizdədir, lehinə səs verdiniz təqdirdə yardımı kəsərəm" deyən ABŞ prezidentinin təhdidlərinə qarşı hər şeyin pul olmadığını anladan gözəl bir cavab oldu.

 Atdığı tweetlerden Orta Şərqi və İslam dünyasını o qədər də tanımadığını bəlli edən Trumpın İslam dünyasının qəlbi olan Qüdsə sancdığı  xəncərin ağırlaşmalarının proqnozlarını düzgün heesablaya bilmədiyi göz önündədir. İslam Əməkdaşlıq TəşkilatınınTürkiyənin təşəbbüsü ilə keçirilən toplantısı,  BMT-nin  Baş Məclisində qəbul olunan qərarlar illərdir ABŞ hegemoniyasından əziyyət çəkən dünyaya nəfəs aldırdı. Artıq dünyanı köhnə nizamla idarə etmək mümkün olmayacaq. ABŞ-ın hegemoniyasına qarşı azadlıq atəşi alovlandı. Qarşıdakı günlərin nə gətirəcəyini gözləyək.



Әlaqәli Xәbәrlәr