PKK/PYD-YPG və DEAŞ əlaqəsi

Terror təşkilatları PKK/PYD-YPG ilə DEAŞ arasında münaqişələrin arxasında qarşılıqlı mənafe əlaqəsinin qurulduğu müşahidə edilir və bu əlaqəyə dair bəzi məqamlar ictimaiyyətə açıq olan mənbələrdə əks olunur.

PKK/PYD-YPG və DEAŞ əlaqəsi

           Terror təşkilatları PKK/PYD-YPG ilə DEAŞ arasında münaqişələrin arxasında qarşılıqlı mənafe əlaqəsinin qurulduğu müşahidə edilir və bu əlaqəyə dair bəzi məqamlar ictimaiyyətə açıq olan mənbələrdə əks olunur.

           PKK/PYD-YPG ilə DEAŞ terror təşkilatları arasındakı münasibətə dair ən bariz nümunə PKK/PYD-YPG-nin Rakka şəhərini ələ keçirməsi zamanı DEAŞ terror təşkilatı ilə razılaşma əsasında DEAŞ üzvlərinin şəhərdən avtobuslarla çıxarılmasına aid görüntülərin ortaya çıxmasıdır. DEAŞ terror təşkilatının 15 yanvar 2014-cü ildə işğal etdiyi və paytaxt elan etdiyi Rakka ABŞ ilə Beynəlxalq Koalisiyanın  silahla, qurudan və havadan fəal dəstəkləri sayəsində PKK/PYD-YPG tərəfindən 17 oktyabr 2017-ci ildə ələ keçirildi. Rakkanın ələ keçirilməsi əsnasında PKK/PYD-YPG və DEAŞ arasındakı razılaşma ilə Rakkada olan DEAŞ üzvləri avtobuslarla şəhərdən təhlükəsiz şəkildə çıxaraq Markada, Əl Suvar və Deyr əz Zor bölgələrinə keçdilər. Bu barədə ABŞ və Beynəlxalq Koalisiyanın da məlumatı vardı. Sözügedən razılaşma və keçid xəbərləri BBC müxbirləri Quentin Sommerville və Riam Dalat tərəfindən hazırlanmışdı.1

             PKK/PYD-YPG və DEAŞ arasındaki Rakka razılaşması ABŞ və Beynəlxalq Koalisiya rəsmiləri  tərəfindən də qəbul edildi. Pentaqon sözçüsü Erik Pahon razılaşmanın tamamilə vətəndaşları qoruma məqsədi daşıdığını iddia edərək:"Tərəfdaşlarımızla hər zaman tam razı olmaya bilərik, amma onların öz problemlərini həll etməsinə hörmətlə yanaşırıq" dedi. Bununla yanaşı Beynəlxalq Koalisiyanın sözçüsü Polkovnik Ryan Dillon da Twitter hesabından müqavilənin bir "sirr" olmadığını ifadə etdi.2

            15 noyabr 2017-ci ildə Türkiyəyə təslim olan və sonra İngiltərənin "The Times" qəzetinə müsahibə verən SDG sözçüsü Talal Silo SDG-nin Rakkadan əvvəl Menbiçdə də eyni razılaşma ədə etdiyini bildirmişdi.

          Silo  PYD/YPG-nin Menbiçi tərk edən DEAŞ üzvlərinə nəzarətindəki ərazilərdən sərbəst keçmələri üçün 200 dollardan başlayan yol sənədi satdığını dilə gətirmişdi.3 SDG-nin komandanı Şahin Cilonun ABŞ-ın razılığı ilə Menbiçin azad edilməsi elan olunmazdan əvvəl 2 min DEAŞ üzvünün mülki vətəndaşlardan sipər çəkilərək şəhərdən çıxmasına icazə verdiyini qeyd edən Silo SDG və ABŞ-ın DEAŞ üzvlərinin təhlükəsizliyini təmin edərək Cerablusa doğru getməsinə icazə vermələrinin ABŞ ilə SDG arasındakı ilk razılaşma olduğuna diqqət çəkmişdi. Digər bir razılaşmanın Fərat çayı üzərindəki Tabkada həyata keçirildiyini söyləyən Talal Silo Şahin Cilonun PYD/YPG-SDG adından amerikalılarla görüşdükdən sonra DEAŞ üzvlərinə təhlükəsiz çıxış icazəsi verdiyini bildirmişdi.4 Bu hadisələrin fonunda PYD/YPG ilə DEAŞ arasında qarşılıqlı mənafe əlaqəsinin qurulduğunu demək mümkündür.

           Talal Silo Anadolu Xəbər Agentliyinə verdiyi müsahibəsində  Deyr əz-Zor və Hasekedəki neft quyularının PKK tərəfindən istismarına dair verilən sualı bu şəkildə cavablandırmışdı: "YPG və PKK 2012-ci ildə Rumeylandaki neft quyularını ələ keçirdikdən sonra onları istismar etməyə başladı. Əvvəllər nefti DEAŞ bölgələri üzərindən ixrac edirdilər. PKK-nın Əl- Cəzirədəki maliyyə işləri üzrə nümayəndəsi Əli Şeyr Qamışlıda yaşayır. Onun PKK başçıları ilə birbaşa əlaqəli vardır, neft müqavilələri bağlamaq səlahiyyətinə malikdir. Əldə edilən gəlirləri yalnız o bilir. Bu, PKK-nın sirridir. Əli Şeyr 2012-ci ildən bəri nefti xaricə satır. Əvvəllər satış yalnız DEAŞ bölgələri üzərindən həyata keçirilirdi. Rejim ordusunun zabiti əl-Katırcı PKK-dan neft alan əsas nümayəndədir. Hətta Şahin Cilonun belə buna müdaxilə edə bilməyəcəyini deyirdilər. Neft məsələsi təşkilatın sirri idi. Maraqlanaraq bəzi məlumatları əldə etdim. Satdıqları neftdən əldə olunan pul Livan banklarında özlərinə yaxın olan bəzi şəxslərin hesablarına köçürülürdü və sonra  Avropaya ötürülürdü. Bu şəxslərin hamısı PKK üzvü idi. Məsələ çox böyükdür. Hər gün yüzlərlə tankerlə neft daşınırdı".5

        PKK/PYD-YPG-nin daha sonra Deyr əz-Zor istiqamətində işğal əməliyyatlarına başlaması ilə DEAŞ terror təşkilatının bir çox strateji məntəqəni bir güllə atmadan PKK/PYD-YPG-yə təslim etməsi diqqət çəkir.

 PKK/PYD-YPG  Deyr əz-Zor şəhərinin şərqinə hücum zamanı DEAŞ ilə yenidən razılaşma əldə etdi. Qasioun İnformasiya Agentliyi tərəfindən mətninin də dərc olunduğu razılaşma PKK/PYD-YPG ilə DEAŞ arasında atəşkəs elan edildiyini ortaya qoydu. Həyata keçirilən atəşkəslə PKK/PYD-YPG DEAŞ ərazilərinə  hücumlarını dayandırdı, DEAŞ üzvlərinin bölgəni boşaldaraq Suriyanın şərqinə hərəkət etmələrindən sonra Deyr əz-Zor şəhərinin şərq hissəsini işğal etdi.

 Suriyada PKK/PYD-YPG-nin işğalına imkan yaradılması ilə yanaşı, DEAŞ ilə Türkiyə düşmənçiliyi üzərindən də bir sıra spekulyasiyalar edilir. Hazırda PKK/PYD-YPG-nin Rakka və Deyr əz-Zordakı həbsxanalarında olan bir çox DEAŞ terrorçusu Türkiyəyə qarşı fəaliyyət göstərəcəkləri şərti ilə azad olunur. DEAŞ üzvləri Türkiyəyə qarşı aktiv fəaliyyət göstərməsələr belə, Türkiyənin hərbi birliklərinin olduğu İdlib və "Fərat Qalxanı" əməliyyatl bölgəsinə müxtəlif yollarla sızaraq Türkiyə üçün təhlükə yaradırlar. Bununla yanaşı, PKK/PYD-YPG sözügedən şəxslərdən beynəlxalq ictimaiyyətə Türkiyəni DEAŞ ilə yanaşı təqdim etmək səylərindən ibarət qara təbliğat işlərində istifadə edilirlər.

           Terror təşkilatı PKK/PYD-YPG "Zeytun Budağı" əməliyyatını həyata keçirən Türkiyə Silahlı Qüvvələrinə və Azad Suriya Ordusuna qarşı döyüşəcəkləri şərti ilə  Afrin həbsxanalarındakı DEAŞ üzvlərini də azadlığa buraxmağa başlayıb. Mövzu ilə bağlı çıxan yeni xəbərlərə nəzər saldıqda, PKK/PYD-YPG-nin gedəcək yeri qalmayan digər DEAŞ üzvlərindən yararlanmaq üçün onlara yeni bir həyat vəd etdiyi və bu istiqamətdə bir qism DEAŞ üzvünü Fərat çayının şərqindən Afrinə köçürdüyü görünür.

           PKK/PYD-YPG ölkəsinə qayıda bilməyən, lakin döyüş qabiliyyəti yüksək olan və bomba istehsal edə bilən DEAŞ terrorçularına onlara xidmət edəcəkləri təqdirdə adlarının terrorçu siyahısından çıxarmağı vəd edir.6 PKK/PYD-YPG-nin  DEAŞ  terrorçularından istifadə etmə istiqamətində atdığı addımlar sözügedən terror təşkilatları arasında döyüşçü transferi məsələsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu vəziyyət, eyni zamanda, DEAŞ ilə mübarizə pərdəsi altında ABŞ və Avropa dövlətləri ilə yanaşı, bir çox dövlətdən dəstək görən PKK/PYD-YPG-nin riyakarlığını və maraqları istiqamətində mövcud kimi göstərilən təhlükəli şəraitdə belə əməkdaşlıq edəcəyini göstərir.

          PKK/PYD-YPG işğal etdiyi ərazilərdə etnik təmizləmə aparmaq, bölgənin demoqrafik quruluşunu dəyişmək məqsədilə xüsusilə, ərəb və Türkmən əhalisini bu ərazilərdən çıxmağa məcbur edir. PKK/PYD-YPG terror təşkilatı həbsxanalarında saxlamaq istəmədiyi DEAŞ terrorçularını evlərini tərk etməyə məcbur etdiyi əhaliyə qarışdıraraq Türkiyəyə göndərir,  eyni zamanda, DEAŞ-a aid qrupları Suriya-Türkiyə sərhədindəki qaçaq girişlər (tunellər) vasitəsilə Türkiyəyə keçirir.

         Digər tərəfdən, ABŞ-da dərc olunan "Nation" jurnalının 9 Fevral 2017-ci ildə mətbuatda əks olunan hesabatında PYD/YPG-nin Suriyanın şimalında hərbi cinayət törətdiyi və on minlərlə insanı yurdundan-yuvasından didərgin saldığı bildirilir. YPG-nin Suriyanın şimalında nəzarət altında saxladığı ərazilərdə on minlərlə ərəb və kürd mənşəli mülki vətəndaşı sürgünə məcbur etdiyi və hərbi  cinayət törətdiyi qeyd edilən hesabatda diqqət çəkən məqam YPG-nin regionda DEAŞ ilə mübarizə aparmadığı, əksinə, döyüşən qrupları əngəlləyən bir davranış sərgilədiyinə dair məlumata yer verilməsidir.7 Buradan çıxış edərək, sözügedən hesabatın PYD/YPG-nin DEAŞ ilə əməkdaşlığını vurğulamağa çalışdığını söyləmək mümkündür.

 

1 http://www.bbc.co.uk/news/resources/idt-sh/raqqas_dirty_secret

2 http://www.gazetevatan.com/deas-ve-pkk-arasindaki-kirli-anlasmayla-ilgili-flas-aciklama--1118524-dunya/

4https://www.haberler.com/roportaj-sdg-nin-kacan-sozcusu-talal-silo-7-10310295-haberi/

5http://aa.com.tr/tr/dunya/sdgnin-kacan-sozcusu-silo-abdnin-pyd-pkkya-destegini-aaya-anlatti/988355

6 http://aa.com.tr/tr/turkiye/pyd-pkk-afrin-e-firat-in-dogusundan-da-deas-li-getirdi-/1045590

7http://punompen.be.mfa.gov.tr/Content/assets/consulate/images/localCache/12/188dcb58-2854-4045-bb93-bad3a72c1118.pdf

 



Әlaqәli Xәbәrlәr