Türkiyənin İqtisadi Perspektivləri-06/2018

Türkiyә yerlәşdiyi bölgәdә malik olduğu potensial baxımından investorlar üçün әhәmiyyәtli imkanlar tәqdim edir.

Türkiyənin İqtisadi Perspektivləri-06/2018

Türkiyənin İqtisadi Perspektivləri-06/2018

Türkiyә yerlәşdiyi bölgәdә malik olduğu potensial baxımından investorlar üçün әhәmiyyәtli imkanlar tәqdim edir. Bu imkanların qiymәtlәndirilmәsi  vә investorlar üçün gərəkli təminat investisiya mühitinin yaxşılaşdırılması üçün olduqca әhәmiyyәtlidir.

İnvestisiya mühitinin yaxşılaşdırılması ilə Türkiyə həm xaricdən birbaşa xarici investisiyaları  cəlb etmә,  həm də kredit reytinqini  investisiya yatıra bilәcәk səviyyəyə yüksәltmәk baxımından  önəmli  fürsət əldə etmiş olacaq.

Ölkələrin birbaşa xarici kapitalı  cәlb etmә  potensialı inkişaf səviyyələrinə görə olur. İnkişaf etmiş ölkə iqtisadiyyatları bu mənada daha üstün görünsələr də inkişaf etməkdə olan ölkələrin də birbaşa xarici kapital cәlb etmә mәsәlәsindә üstün tәrәflәri  var.

İnkişaf etməkdə olan ölkələr arasında yer alan Türkiyənin, xüsusilə son 15 ildə birbaşa xarici investisiyalarda uğurlu performans nümayiş etdirdiyini görmәk olar.  Türkiyə 1950-2001-ci illər ərzində 50 illik prosesdə bütövlükdə 15,1 milyard dollar birbaşa xarici sərmayə cəlb edib, 2002-2017 illəri arasında isә bu kapitalı 191,1 milyard dollara çatdırıb.

 Son 15 ildə əldə edilən bu uğurun davamlı olması və xarici sərmayənin daha da artırılması üçün hazırda yeni islahat paketi gündəmə gәtirilib.

Yeni  paket  investisiya potensialının  ən səmərəli şəkildə istifadə edilmәsinə şərait yaradacaq.

Bir ölkənin investisiya cәlb edә bilmәsindәki  ən mühüm faktor o ölkənin investisiya mühitinin uyğunluğu və ya investor üçün fürsətlər təqdim etməsidir. Sərmayəçilərə güzəştlər və cəlbedici imkanlar tәqdim edәn ölkәlәr  investorların qәbul edәcәklәri qәrarlara birbaşa tәsir etmiş ola bilәcәklәr.

Bu məqsədlə ortaya qoyulan islahat paketi də dünya iqtisadiyyatlarını investisiya və rəqabət edə bilmə baxımından qiymətləndirən Dünya Bankının Biznes Asanlığı İndeksinә әsasәn  hazırlanıb.

Belәliklә, Biznes Asanlığı hesabatında 60-cı pillәdә qәrarlaşan Türkiyәnin 20-ci pillәdə yer alması  hәdәflәnir.

Ölkədəki investisiya mühitinin uyğunluğunun qiymətləndirilməsinə xüsusi əhəmiyyət verən bu hesabatda  ilk 20-ci sirada yer almağı hədəfləyən Türkiyə beynəlxalq investisiyalar baxımından  daha rəqabətədavamlı bir ölkə durumuna  gəlməsini təmin edəcəkdir.

Türkiyә Baş nazirinin müavini Rәcәb Akdağın rәhbәrlik etdiyi  İnvestisiya Mühitini Yaxşılaşdırma Koordinasiya Şurasının sözügedən islahat paketinin hazırlanma prosesinә  Dünya Bankının mütəxəssisləri dә daxil edilib. Həmçinin təxminən beş ay әrzindә aparılan işlәr nəticəsində hazırlanan  bu islahatlarda Türk iş dünyasının nümayəndələri də, dövlət orqanlarının da payı olduqca böyükdür.

Türkiyədəki investisiya mühitinin yaxşılaşdırılması və investisiyaların qarşısındaki  maneələrin aradan qaldırılmasına yönəlmiş bu islahatların məsələnin tәrәfmüqabili ilә müəyyən edilməsi konkret addımlar atıldığının və mütləq təsirli nəticələr doğuracağının göstəricisidir.

Bəs bu islahat paketinin tərkibində nələr var?

İlk növbədə Ticari Reyestr İdarәlәrinin ofis vəziyyətinə gəlməsi şirkət qurmağı  olduqca sadələşdirib.

Hazırda bir şirkətin qurulması  yeddi müxtəlif prosesdən ibarәtdir. Qarşıdakı dövrdə bütün bu əməliyyatların sayının birə endirilməsi planlaşdırılır.

Bir başqa islahat isə tikinti icazələri haqqındadır.

Olduqca uzun mərhələ olan tikinti icazələri prosesində ümumilikdə 18 icazənin  12-si bələdiyyəyə aid idi.

Bu 12 icazənin 5-ә endirilməsinə qərar verilib.  Beləliklə,  cəmi 18 prosedurun sayı 6-ya endirilib. Burada məqsəd tikinti sektorundakı investoru rahatlaşdırmaq və onlara asan bir investisiya mühiti təqdim etməkdir.

Əlbətdə, bunlar islahat paketinin yalnız ana xəttidir. 93 maddəlik bu paket bir çox detal və mövzunu ehtiva edir.

Belәliklә, bu islahatlar başda Türkiyədəki investisiya mühitinin qarşısındakı maneələri aradan qaldıracaq, həmçinin birbaşa xarici investisiyalarda  artım təmin edəcək və nəticədә Türkiyənin investisiya imicinə müsbət xaratker qazandıracaq.



Әlaqәli Xәbәrlәr