PKK/KCK və PYD/YPG arasındakı əlaqəyə ölkələrin göstərdikləri münasibətlərə dair məlumat

PYD/YPG-nin terror təşkilatı olduğuna və PKK ilə fəal şəkildə əlaqəldə olduğuna dair açıqlamalar...

PKK/KCK və PYD/YPG arasındakı əlaqəyə ölkələrin göstərdikləri münasibətlərə dair məlumat

PKK/KCK və PYD/YPG terror təşkilatının Suriya qolu olduğuna dair dəlillər müxtəlif ölkələrin kəşfiyyat və təhlükəsizlik təşkilatları tərəfindən də qəbul edilmiş, müxtəlif ölkələrin açıqlamalarında da həmin mövzu canlı şəkildə ortaya qoyulmuşdur. Bu çərçivədə PYD/YPG-nin terror təşkilatı olduğuna və PKK ilə fəal şəkildə əlaqəli olduğuna dair açıqlamalar ölkə konteksində aşağıda təqdim edilib:

1-Amerika Birləşmiş Ştatları (ABŞ): DEAŞ ilə mübarizə adı arxasında Suriyada PYD/YPG-yə silah, logistika və təlim dəstəyi təmin edən ABŞ-ın xarici Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəsmi internet saytında PYD/YPG, PKK/KCK-nın Suriyadakı davamı kimi yazılıb. Həmin kəşfiyyat idarəsinin ölkə miqyasında apardığı tədqiqatlarında PYD/YPG Suriyada fəaliyyət göstərən “xarici mənbəli terror təşkilatı” olaraq qeyd olunub. Bununla yanaşı həmin saytda PYD-nin sabiq lideri Saleh Müslimdən PKK/KCK-nın Suriyadakı nümayəndəsi kimi bəhs edilib. Yenə ABŞ-ın 11 sentyabrdan sonrakı terrorla mübarizədə lazım olan koordinasiyanı təmin etmək üçün qurduğu Milli Anti-terror Mərkəzi (NCTC) tərəfindən də PYD/YPG-nin PKK/KCK-nın Suriyadakı davamı olaraq qəbul edildiyi qurumun rəsmi internet saytında bildirilib; həmin açıqlamanın isə daha sonra səhifədən götürüldüyü müşahidə edilmişdir. CİA və NTCT tərəfindən qəbul edilən bu açıqlamalarla yanaşı Obama dövrünün Müdafiə naziri Aşton Karter (Ashton Carter) da DEAŞ mövzulu Senat yığıncağında YPG ilə PKK arasındakı əlaqəni şəxsən etiraf etmişdir.

Bununla yanaşı 26 yanvar 2018-ci il tarixində gündəlik mətbuat konfransında ABŞ Dövlət Departamentinin sözçüsü Hedir Noert (Heather Nauert) Afrin əməliyyatı və Türkiyənin bölgədəki addımlarına dair verdiyi açıqlamada bölgədəki PYD ünsürləri üçün “YPG” əvəzinə birbaşa “PKK” ifadəsini işlətdi. Daha sonra sözlərində hər hansı düzəliş etməyən Nauert “Türkiyə Suriyanın şimal-qərbində DEAŞ-dan diqqətini yayındırıb PKK-nın dalına düşdü. Orda sabitlik istəyirik.” ifadələrini səsləndirmişdir. ABŞ-ın açıq şəkildə yardım etdiyi hətta müttəfiq kimi gördüyü terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD-nin 2013-cü ildəki NATO yığıncağında terror təşkilatı olaraq qəbul edildiyi, ABŞ-ın da bu sənədi təsdiqlədiyi ortaya çıxmışdır.

NATO mənbələrindən əldə edilən məlumata görə, ABŞ və digər NATO üzvü ölkələrin iştirakı ilə 2013-cü ilin iyun ayında NATO-nun mənzil-qərargahının yerləşdiyi Brüsseldə NATO-nun Strateji Kəşfiyyatına dair sənədi işləri aparılmışdır. Fəaliyyətlər nəticəsində ortaya çıxan sənəddə PYD/YPG, KCK və PKK-nın yanında "bir terror təşkilatı" olaraq yer tutmuşdur. ABŞ da bu sənədi rəsmən təsdiqlədi. Əhəmiyyətli bir NATO strateji kəşfiyyat sənədi olan MC-160-da PYD PKK irtibatlı bir terror təşkilatı olaraq rəsmi sənəddə qeyd olunmuşdur. Suriya Demokratik Qüvvələrinin quruluşuyla əlaqədar olaraq ABŞ-ın əhəmiyyətli beyin mərkəzlərindən Aspen İnstitutunun Kolorado ştatında həyata keçirilən illik təhlükəsizlik konfransında PYD-yə dair önəmli açıqlamalar verən ABŞ-ın Xüsusi Qüvvələr Komandiri general Raymond Thomas Türkiyənin terror təşkilatı PKK ilə əlaqəli görməsi səbəbiylə YPG-yə "ad dəyişdirmə"ni məsləhət etdiklərini, bunun nəticəsində təşkilatın adını "Suriya Demokratik Qüvvələri" olaraq dəyişdiyini ifadə etmişdir. Thomas ad dəyişikliyinin "YPG”-nin etibarını az da olsa artırdığını" qeyd etmişdir.

YPG ilə PKK arasındakı irtibatın problemlər doğurduğunu YPG-lilərə də söyləndiyini ifadə edən Thomas “Öz markaları barədə işləmələri lazımdır.  PKK ilə əlaqədə qalmaqda davam edəcəyi təqdirdə münasibətlərdə arzuolunmaz çətinliklər ortaya çıxacaqdır.” tərzində açıqlama verib.

2- İngiltərə Birləşmiş Krallıq hökuməti, İngiltərə Parlamenti
Xarici Əlaqələr Komissiyasının Türkiyəyə istiqamətli 2016-cı il mart tarixində hazırladığı “Təzyiqmi, normallaşmamı? Türkiyə üçün qərar zamanı-millət vəkilləri müsbət ingilis rolunu dəstəkləyir” başlıqlı 79 səhifəlik hesabata verdiyi cavabda Türkiyənin PKK şiddətinə qarşı qanuni müdafiə haqqına sahib olduğunu bildirib. Terror təşkilatı PKK-nın Birləşmiş Krallığın terror siyahısında yer aldığına işarə edilən cavabda PKK-nın Suriyadakı davamı olan PYD/YPG ilə əlaqəli olaraq da “YPG Birləşmiş Krallığın terror siyahısında yer almır. Həmin zamanda YPG-nin və siyasi qanadı PYD-nin PKK ilə əlaqələrindən narahatıq. Bununla əlaqəli xəbərləri ciddi qəbul edirik və PYD ilə əlaqədə olduğumuz zaman gündəmə gətiririk. YPG və PYD-ni PKK və terror aktları ilə arasına məsafə qoymağa çağırırıq.” dəyərləndirməsi yer tutmuşdur. Ayrıca İngiltərə səfiri Riçırd More (Richard Moore) terror mövzusu və Suriya başda olmaqla önəmli mövzulara dair açıqlama verdi. PKK ilə mübarizədə Türkiyənin ən güclü dostunun İngiltərə olduğunu vurğulayan More “Bununla bağlı mövqeyimiz dəqiqdir; PKK bir terror təşkilatıdır. PYD də onunla irtibatlıdır. PYD-nin ofisinə getsəniz orda Abdullah Öcalanın portretlərini görərsiniz.” ifadələrini  işlədib. İngiltərənin Orta Şərq üzrə naziri Alistair Burt isə terror təşkilatı PKK ilə PYD/YPG arasındakı əlaqə barədə “Əlaqələrdən xəbərdarıq. PYD və YPG ilə danışdığımız zaman PKK ilə əlaqələrini kəsməsinin lazım olduğunu söyləyirik. Praktikada isə ehtimal ki kəsmirlər. Əlaqələr ortadadır.” deyə açıqlama yaydı. Burt ayrıca “PKK ilə biz əlaqə saxlamırıq. Ancaq möhtəməl əlaqələr barədə narahatıq və PYD-ni hər zaman PKK ilə ola biləcək hər cür əlaqəni kəsməyə çağırırıq.” ifadəsini sözlərinə əlavə etmişdir.

Digər tərəfdən İngiltərədə yaşayan S.Ö adlı şəxsə İngiltərə məhkəməsi tərəfindən PKK-ya qoşulacağına görə 21 ay iş kəsilmişdir. Həmin şəxs ailəsinə yazdığı məktup və videoda DEAŞ-a qarşı mübarizə aparmaq məqsədilə Ayn əl Ərəbə (Kobani) gədə biləcəyi və PKK-ya qoşulacağı tərzində sözlər deyib. İngiltərə tərəfindən verilən qərar da PKK-ya bağlı PYD/YPG-nin Suriyada fəaliyyət apardığını dəstəkləyəcək xüsusiyyətdədir.

3-Almaniya 4 fevral 2018-ci il tarixində yayılan xəbərlərdə, Almaniya Məclisində etdiyi çıxışında Sol Partiyanın bərabər hüquqlu sədri Katya Kippingin Türkiyə Silahlı Qüvvələrinin Afrin əməliyyatını qınadığına və alman hökumətinin bu əməliyyatını qınayan açıqlama yaymamasına reaksiya göstərdiyinə yer verildi. Bunun qarşısında Almaniya üçün Alternativ Partiyanın (AFD) millət vəkili Petr Bystronun Afrində öldürülən terrorçular üçün Almaniya Məclisində yas saxlayan Sol Partiyanın millət vəkillərinə verdiyi cavabda “Türkiyə Almaniyanın terror təşkilatı kimi gördüyü PKK-nın davamı olan YGP imə döyüşür. Sizin dərdiniz isə Marksist PKK-lı dostlarınızın vurulması. Qeyri-leqal qruplar vasitəsilə pul yığıb, silah alaraq PKK-ya yardım edirsiniz.” sözlərilə terror təşkilatının simvolu olan şərflə məclisə gəlmələrinə reaksiya göstərmişdir.

4- Hollandiya 23 yanvar 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində başlatdığı “Zeytun budağı” əməliyyatı ilə əlaqəli açıqlamalar yayan Hollandiyanın Xarici İşlər naziri Halbe Zijlstra BMT Şərtinin qanuni müdafiə hüququnu nizamladığı 51-ci maddəsinə işarə edərək, “Türkiyəyə qarşı açıq şəkildə hücumlar oldu. Türkiyənin özünü müdafiəsi üçün kifayət səviyyədə işarələr var. YPG günahsız deyil. Hollandiya hökuməti YPG-yə heç vaxt dəstək olmadı. YPG ilə PKK arasında güclü əlaqələr var. PKK isə həm Hollandiya həm də Avropaya görə bir terror təşkilatıdır.” ifadəsini işlədib.

5- İspaniya PKK/KCK ilə PYD/YPG arasındakı əlaqə barədə İspaniyadakı məhkəmə qərarına nəzər saldıqda, İspaniya Daxili İşlər Nazirliyi tərəfindən  27 yanvar 2016-cı il tarixində verilən açıqlamada 8-i ispan, 1-i Türkiyə vətəndaşı olmaqla cəmi 9 nəfərin PKK terror təşkilatı ilə əlaqədə olduqları səbəbindən tutulduğunun ifadə edildiyi görülmüşdür. Həbs edilənlərin Avropanın müxtəlif ölkələrindən PKK/KCK-nın Suriyadakı təşkilatlanması olan PYD/YPG-yə quldur təmin etdiyi ispan məhkəmələri tərəfindən müəyyənləşdirildi. İspaniya Xüsusi Səlahiyyətli Məhkəməsi tərəfindən 23 yanvar 2017-ci tarixində qəbul edilən iddianamədə; şüphəlilərdən ikisinin Suriyanın şimalında DEAŞ-la mübarizə çərçivəsində silahlı təlim keçdikləri, PKK terror təşkilatının Suriyanın şimalında fəaliyyət göstərən silahlı qolu YPG-yə qoşulduqları, PKK tərəfindən verilən göstərişləri tətbiq edən və bu təşkilata tabe olan YPG-nin ön sıralarında toqquşmalarda fəal şəkildə yer aldıqları mövzuları diqqətə çatdırılıb. İspaniya dövləti tərəfindən qəbul edilən bu qərar PYD/YPG-nin terror taşkilatı PKK/KCK ilə əlaqəsinin İspaniya tərəfindən qəbul edildiyinin göstəricisidir.



Әlaqәli Xәbәrlәr