ABŞ-ın rejimi hədəf götürməsinin mənası nədir?

Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı yazarı Can Acunun mövzu ilə bağlı fikirlərini təqdim edirik.(Gündəm analizi_16, (20 aprel 2018)

ABŞ-ın rejimi hədəf götürməsinin mənası nədir?

Suriyada rejimin Şərqi Qutada müxalifətə yönəldilmiş kimyəvi silahdan istifadə etməsi ilə bir anda beynəlxalq ictimaiyyətin diqqətini Orta Şərqə çəkdi və ABŞ başçılığında rejimə yönəldilən hərbi müdaxilə gündəmə gəldi. Aprelin 14-də gecə radələrində gözlənilən müdaxilə reallaşdı.  ABŞ, İngiltərə və Fransanın hərbi müdaxiləsi əhatəli əməliyyat olmasından əlavə rejimə yönəldilmiş bir “cəzalandırma” əməliyyatı şəklində həyata keçirildi. ABŞ daxilində baş verən mübahisələrə nəzər saldıqda Trampın əhatəli əməliyyat həyata keçirmə istəyi görüldükdə Müdafiə naziri Mattis və Pentaqonun Rusiya ilə bir gərginliyə səbəb olmaması üçün əhatə dairəsi məhdud olan əməliyyatı seçim etdikləri məlum idi.

Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı yazarı Can Acunun mövzu ilə bağlı fikirlərini təqdim edirik.(Gündəm analizi_16, (20 aprel 2018)

Əslində ABŞ, İngiltərə və Fransa koalisiya yaradaraq, rejim vasitəsilə Rusiyanın təsir dairəsini və İran ilə birgə hərəkət edən şiə milisləri hədəf götürür. Nəticədə ABŞ-ın Suriyadakı rejimi devirmə kimi niyyəti yoxdur. Əslində ABŞ-ın əlinə böyük bir fürsət keçmiş olmasına baxmayaraq əhatəli əməliyyat həyata keçirməməsi bunu açıq şəkildə ortaya qoymuşdur. Obama hakimiyyətdə olduğu dövrdə Suriyada və ümumi olaraq Orta Şərqdə Rusiya və İran üçün geniş  bir hakimiyyət sahəsi yaranmışdı. İndi isə Rusiyanın əldə etdiyi sahənin addım-addım məhdud ediləcəyi və İranın Suriyadakı təsir dairəsinin azaldılması gündəmdədir.

İsrail və bölgədəki Körfəz ölkələri cəhətdən İranın məhdud edilməsi əhəmiyyət daşıyır. İsrail, Körfəz ölkələri və Türkiyə baxımından İranın bölgədəki aqrresiv siyasəti qəbuledilməz səviyyəyə çatıb.  İranın İslam İnqilabı Keşikçiləri Korpusu, Hizbullah və İrana bağlı milislərin Suriyada mövcudluğunun 60 mini keçdiyi bildirilir. ABŞ son hücumu ilə bəzi önəmli hava bazaları hədəfə götürdü, lakin ümumi olaraq hərbi müdaxilənin məhdud olduğu müşahidə olundu. ABŞ-ın başçılığındakı hərbi müdaxilədən əvvəl İsrail T4 hava limanı başda olmaqla İran tərəfindən istifadə olunan bəzi bazaları falisələrlə vururdu.

ABŞ-ın başçalığındakı hərbi müdaxilə qarşısında Rusiya və İranın verəcəyi cavab qarşıdan gələn günlərdə daha dəqiq olacaq. Əsəd rejimi İran tərəfdarı milislər və muzdlu rus əsgərləri  keçən aylarda Deyr ez Zor bölgəsində YPG tərəfindən nəzarət edilən neft sahələrinə irəliləmək üçün təşəbbüs etdi. ABŞ başçılığındakı Beynəlxalq Koalisiya bu təşəbbüsə sərt şəkildə cavab verərək, hava hücumları və top atışları ilə irəliləmək istəyən ünsürları sıradan çıxardı. Lakin son ABŞ başçılığındakı hərbi müdaxilədən sonra Rusiya və İranın cavab olaraq Deyr ez Zor xəttinə istiqamətli əhatəli hərbi əməliyyat başladması mümkündür. Bu durumda YPG tərəfindən nəzarət edilən və əhalisinin hamısı hardasa ərəblərdən ibarət olan bölgədəki neft sahələri üçün önəmli mübarizə aparıla bilər. Lakin Rusiya və İranın reaksiyaları nə olarsa olsun Əsəd rejiminin son kimyəvi silah tətbiqinin beynəlxalq ictimaiyyət üçün önəmli effekti var. Öz xalqı üzərinə kimyəvi silahlı hücum edən rejimin qanuniliyi bir daha sual edilməyə başlanıldı. Rejimin bu müharibə cinayətinin cəzalandırılması əhəmiyyət daşıyır. Türkiyə cəhətdən rejimin insani cinayətlər üçün cəzalandırılması məmnuniyyətlə qarşılandıqda, Rusiya və ABŞ arasındakı ciddi səviyyədəki gərginlik Türkiyənin istəmədiyi bir ssenari idi. Rusiya və ABŞ arasında Türkiyənin vasitəçi rolu götürməsi Türkiyənin Suriya tənliyində dayandığı strateji mövqeyini ən bariz ortaya qoyan faktlardan biridir. Türkiyənin vasitəçiliyi ilə ABŞ və Rusiya arasındakı diplomatik və hərbi kanallar yenidən açıldı və ABŞ Rusiyanın müharibədə zaminliyini hədəf götürdükdə, Rusiya bu hücuma birbaşa müdaxilə etmədi. Texnoloji inkişaf və müdafiə sənayesinin son vəziyyəti nəzərdə tutulduqda, beynəlxalq qüvvələrin bir-birlərini birbaşa hərbi mənada hədəf götürməsi mümkün görünmür. İqtisadiyyat və kibercinayətlərdən əlavə, proksi ünsürlər vasitəsilə hərb gedir. ABŞ-ın Rusiyanın hərbdəki zamin ölkəsini vurmasından sonra Rusiyanın ABŞ-ın Suriyadakı zamini olan YPG-ni vurub vurmayacağı maraq doğurur. 



Әlaqәli Xәbәrlәr