Dünyanın çarəsizləri: Qaçqınlar

Ankara Yıldırım Bəyazit Universitəti Siyasi İnformasiya  fakültəsinin dekanı, professor Kudrət Bülbülün “Dünyanın çarəsizləri: Mühacirlər” adlı analiz-yazısını təqdim edirik. (Qlobal perspektiv_25 (20.06.2018)

Dünyanın çarəsizləri: Qaçqınlar

22 iyun “Ümumdünya qaçqınlar günü” kimi qəbul edilib. Bugün insan nəsli olaraq dünyanı birlikdə bölüşdüyümüz, amma ümumilikdə problemlərini gözdən yayındırdığımız, görsək də ümumilikdə barəsində danışdığımız dünyanın çarəsizlərinə, qaçqınlara həsr edilən bir gündür.

Hazırda 65-70 milyon qaçqından bəhs edilir. Bu əhali sayına görə qaçqınlar dünyanın 20-ci böyük ölkəsini təşkil edirlər. Söhbət ev-eşiklərindən edilən 400 milyon insandan gedir.

Rəqəmlərin nə qədər böyük olduğu ortadadır. Onların sayı tək başına vicdan sahibləri üçün laqeydliyimizi ortaya qoyacaq qədər ağır, acı və dəqiqdir. Bununla yanaşı ümumilikdə rəqəmlərin soyuq reallığı, yaşanan kədərləri, göz yaşlarını, ölümləri, zülümləri, sürgünləri pərdələyir. Qaçqın bir çağının, uşağın, qadının, yaşlının yaşadıqlarının ayrı bir faciə olduğu, on milyonlarla ifadə edilən rəqəmlər arasında ümumilikdə xatırlanmaz da. Halbuki hər bir köç, hər ayrılıq bəlkə də minlərlə il o torpaqlarda yaşayanlar üçün bir ayrılma, bir zülm, axıra çatma, bir fəryaddır. Kim durduq yerdə, bütün əcdadının, anasının, atasının, özünün yaşadığı torpaqları tərk etmək, o boyda, əsrlərdir yaşananları bir tərəfə qoyub, etimadsızlığın, namüəyyənliyin hökm sürdüyü başqa torpaqlara üz tutmaq istəyirik.  Hər köç yaşanılan coğrafiyada keçmişə məxsus hər şəyi və gələcəklə əlaqəli ümidləri bitirərək qəbul edilən ən çətin və ən son qərardır.

Suriya, Əfqanıstan, Cənubi Sudan və Somali ən çox qaçqın verən ölkələr sırasındadır. Daha pisi isə, 2010-cu ildə ən çox qaçqın qəbul edən ölkələrdən biri olan Suriyanın hazırda ən çox qaçqın verən ölkə statusunda olmasıdır. Yaşadıqları ölkələrdə heç qaçqın olmayacaqlarını düşünənlər var. Onların yeganə dərdləri qaçqınların öz ölkələrinə gəlmələrinə mane olmaqdır. Amma bu vəziyyət onlar üçün ən ibarətamiz vəziyyətdir. Dünyada belə hadisələr çox olub. Deyilə bilər ki, Dünya tarixində mühacir olmayan, köç etmək məcburiyyətində qalmayan icma yoxdur. Ən çox köçün olduğu ölkələr təqribən Qərb müdaxiləsilə qarşı-qarşıya qalan ölkələrdir. Qlobal strategiyaların toqquşma sahəsinə çəvrilən ölkələrdir. Qlobal qüvvələr toqquşarkən əzilənlər qaçqınlar olur.

Şübhə yoxdur ki, qaçqın probleminin yeganə səbəbi toqquşan qlobal strategiyalar deyil. Ölkələrin daxili problemləri, pis idarə edilmə, siyasi, maliyyə problemlər, aclıq, quraqlıq kimi bir sıra səbəblərdən bəhs edilə bilər. Qlobal istilikdən mənbələnən iqlim köçü də səbəblərdən biridir.

Böyük köç dalğalarına həll yolu tapa bilmək ciddi səylər tələb edi bilər. Lakin bəzi kiçik güzəştlər belə həll yolu üçün kifayət edə bilər. Afrikada bir kənddə açılan bir su qusuyusunun xərci xeyli azdır, o kənddən köçün qarşısını ala biləcəyi ifadə edilir. Belə cəhdlər bəlkə problemi tamamilə həll edə bilməz, amma ən azı niyyətimizi ortaya qoyur. Kiçik güzəştlər biri üçün əhəmiyyətli olmasa da istifadə edinlər üçün həyatı əhəmiyyət daşıyır.

İnsanların ev-eşiklərini tərk etməsinə səbəb olanlar ciddi məsuliyyət daşıyır. Yaşadıqları ölkələrdə heç bir ümid buraxmayan, insanların keçmişlərini və gələcəklə əlaqəli ümidlərini puça çıxaran hakimiyyətdə olanları heç şübhə yoxdur ki, bütün gücümüzlə tənqid edəcəyik. İnsanların yaxud da ölkələrin çarəsizliklərinə səbəb olan, insanların kədərləri üzərində qlobal strategiyalar quran imperialist məqsədləri də əlbəttə ortaya çıxarmalıyıq. Bütün bunlarla yanaşı beynəlxalq siyasəti, mənfəətə əsaslı deyil, özünə prinsip kimi qəbul edən, müəyyən xüsusiyyətlərə üstünlük verən ölkələri də hər fürsətdə təqdir etməliyik. Suriyalı qaçqınlar mövzusunda dünyanın ən varlı ölkələri olmamasına rəğmən bir başına Türkiyənin, Livanın və İordaniyanın daşıdığı yük dünyanın geri qalanından bir neçə qat daha çoxdur. Bir başına Türkiyənin bir şəhəri olan Kilisin ev sahibliyi etdiyi miqrant sayı bir çox qərbli ölkədən çoxdur. Böhranın başlandığı gündən etibarən Türkiyədə anadan olan 300 mindən artıq çağadan bəhs edilir. Həmçinin bu ölkələr heç bir şəkildə Suriya böhranında problemin bir hissəsi deyillər. Digər tərəfdən qlobal aktyorlar Suriya məsələsində problemin daha çox tərəfdarıdır. Suriyaya maraqları ümumilikdə öz mənfəətləri istiqamətində daha çox hərbi sahədə pul sərf etmək, silah satmaq və çıxılmaz vəziyyəti dərinləştirmək tərzində özünü göstərir.

Beynəlxalq ictimaiyyət zərərin aradan qaldırılması üçün bu qlobal aktyorlara yükün bölüşülməsi mövzusunda təzyiq etməlidir. Bəşəri, əxlaqi, vicdani, qlobal, dini idəoloji… Nəyin adından olarsa olsun, hər növ prinsipial yanaşma bunu vacib hala gətirir.

Həll yolu üçün daha həssas rəftar edilməlidir. Bu məsələdə məsuliyyət problemin bir hissəsi olan qlobal aktyorlara deyil, daha çox qeyri-hökumət təşkilatlarının öhdəsinə düşür. Qaçqınların məruz qaldığı zərərin önəmli səbəblərindən biri də qlobal strategiyalardır. Belə halda həll yolu axtarılmasında qeyri-hökumət təşkilatları çox yerli və regional səviyədədir. Qlobal səviyyədə həssas yanaşma üçün qeyri-hökumət təşkilatları ümumilikdə qlobal əməkdaşlığı məqsəd götürməli, hesabatlarla, analizlərlə beynəlxalq ictimaiyyəti daha çox məlumatlandırmalıdır. Əslində bu vəzifə sadəcə qeyri-hökumət təşkilatlarının deyil, hər birimizin üzərinə düşən vəzifədir.  Unutmayağın həll yoluna dəstək olmadığımız bəşəri problemlər/faciə bizi sadəcə prinsipsiz/ əxlaqsız etməz.  Həll edilməyən hər faciə insanlığı daha çox qarşılıq verməyə məcbur da edə bilər!



Әlaqәli Xәbәrlәr