Türkiyәnin İqtisadi Perspektivlәri 25/2018
Türkiyә gündәminin mәrkәzindә olan növbәdәnkәnar prezident vә parlament seçkilәri Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın 52-59 %- lik, parlament seçkilәrindә isә Cumhur İttifaqının 53 faizlik qәlәbәsi ilә nәticәlәndi.

Türkiyә gündәminin mәrkәzindә olan növbәdәnkәnar prezident vә parlament seçkilәri Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın 52-59 %- lik, parlament seçkilәrindә isә Cumhur İttifaqının 53 faizlik qәlәbәsi ilә nәticәlәndi.
Hazırda Türkiyәnin gündәmindә Prezident üsul-idarә sistemi var. Yeni sistem ölkənin siyası arenası ilә yanaşı, hüquq vә iqtisadiyyata necә tәsir göstәrәcәk? Bu sual Türkiyә üçün böyük maraq doguran mövzulardan biridir.
Seçki nәticәlәri fonunda vә yeni sistemin hәyata keçirilәcәyi yeni prosesdә Türkiyә iqtisadiyyatını nәlәr gözlәyir?
Türkiyənin qlobal iqtisadiyyatın aparıcı qüvvәlәrindәn biri olması, beynəlxalq arenada güclü mövqe nümayiş etdirmәsi vә nәzәrdә tutulan hәdәflәrә çatması üçün idarәçilik sistemi möhkəm bir infrastruktura malik olmalıdır və əlverişli zəmin təqdim etmәlidir.
Türkiyənin dünyanın ilk 10 iqtisadiyyatı arasında yer almasını təmin edəcək hər bir addım eyni zamanda idarəetmə tәrzi ilә də dəstəklənmәlidir.
Yeni sistem bürokratiyanın azaldığı və sürətli qərar vermə proseslərinin dövriyəyə girdiyi bir rəhbərliyi nəzərdə tutur.
Yeni idarәçilik sisteminin daha sadə, daha sürətli və müasir olmasının gözlәndiyi bildirilir.
Bu sәbәbdən bu proses әrzindә qurumlarda edilәcәk dәyişikliklәr Türkiyәni daha fәrqli vә müşir bir mövqeyә çatdıracaq.
Hәm nazirliklәrin saylarının azaldılması, hәm kommisiyaların yaradılması, hәm dә bütün nazirliklәri öz dairәsinә daxil edәn ofislәrin yaradılması institusional quruculuq prosesində olduqca həssas işlәrin aparıldığının göstəricisidir.
Bu sistemlә iqtisadiyyatda əhəmiyyətli dəyişiklilər olacaq. Bu gün 6 nazirliyin nəzarətindəki iqtisadiyyatın idarә olunması növbəti prosesdə 3 nazirliyin idarәsinә keçәcәk.
Yeni dövrdə iqtisadiyyat nazirliyi adı altında bir nazirlik olmayacaq.
İnkişaf Nazirliyi ilə Elm, Sənaye və Texnologiya Nazirliyi birləşdirilərək ‘‘Sənaye və Texnologiya Nazirliyi" adı altında fәaliyyәt göstәrәcәk.
Bu çərçivədə inkişafda yüksək texnologiyalı istehsal və rəqəmsal dəyişikliyin aparıcı qüvvə olacağını deyə bilərik.
Digər tərəfdən, Gömrük və Ticarət Nazirliyi və İqtisadiyyat Nazirliyi birlәşdirilәcәk vә "Ticarət Nazirliyi" adı altında fәaliyyәt göstәrәcәk.
Belәliklә, hədəf ixracat məqsədlərinə çatmaq və xarici ticarət tarazlığını təmin etmək işində daha aktiv və təsirli siyasətin aparılmasıdır.
Yeni sistemdә Prezident Aparatı yanında qurulacaq strategiya vә komissiyalar var. Hәmin komissiyaların yeni fikirlәr ortaya qoyacağını vә siyasi tәkliflәri inkişaf etdirәcәyini deyә bilәrik. Bu komissiyalar arasında yer alan İqtisadi Siyasәtlәr Kabinetinin dә yeni dövrdә iqtisadiyyata әhәmiyyәtli tohfәlәr verәcәyi, hәm dә iqtisadi hәdәflәrә çatmaqda әhәmiyyәtli vasitə olacağını vurğulamaq lazımdır.
Prezident Aparatı yanında qurulacaq investisiya vә maliyyә ofislәrinә dә toxunmaq lazımdır. İnvestisiya ofisi ilә Türkiyәdәki böyük vә strateji investisiyalar dәstәklәnәrkәn, maliyyә ofislәri ilә Türkiyәnin әn önәmli layihәsi olan İstanbul Maliyyә Mәrkәzi hәyata keçirilәcәk.
Son dövrlərdə iqtisadiyyatda ən çox narahatlıq yaradan problemlər arasında bürokratiyanın ilk sıralarda dayanması əslində qurumlarda dәyişikliklәrin edilmәsinin zәruri olduğunu açıq şәkildә göstәrirdi.
Belә ki, yeni idarәçilik sisteminin hәyata keçirilmәsi ilә Türkiyәdә hәm iqtisadiyyatın, hәm dә siyasәtin qarşısındakı әn böyük maneə olan bürokratiya aradan qaldırılacaq vә qurumlar daha sadә, sürәtli vә son dәrәcә funksional bir quruluşa nail olacaq.
Nәticәdә, yeni idarәçilik modeli vә bu çәrçivәdә hәyata keçirilәcәk institusional quruculuq Türkiyә iqtisadiyyatının yüksәk, davamlı vә әhatәli inkişaf hәdәflәrinә çatmasında mühüm bir tәkan olacaq.