• Video Qalereya

15 İyul: qatil robotların qanlı cəhdi

Hörmətli dinləyicilər, mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün yazısını təqdim edirik. (Qlobal perspektiv_28 (11 iyul 2018)

15 İyul: qatil robotların qanlı cəhdi

Qlobal perspektiv_28 (11.07.2018)

I hissə

  Türkiyə xaricində yaşayanlar nəzarətdən çıxan robotların, şəxsi virus verilərək nəzarətə alınan adamların, özlərinə xüsusi missiya düzəldən azğın təriqətlərin bəşəriyyət üçün yaratdığı təhdidi və buna qarşı dünyanı xilas etmək üçün verilən qəhrəmancasına mübarizəni yalnız filmlərdə görüb. Amma Türkiyənin özü 2016-cı ilin 15 iyulunda eynilə belə bir hadisəni yaşadı. O gün ölkə dövlətə sızan, FETÖ adlanan, filmlərdəki kimi, bəzən məsum görünən, amma virüs və ya əmr verərkən dəhşətli azğına çevrilən dini inanc sahiblərinin hərbi çevriliş cəhdilə qarşı-qarşıya qaldı.

  Hörmətli dinləyicilər, mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.

  O gecə necə baş verdi?

  Türkiyə Silahlı Qüvvələri başda olmaqla dövlətin ən mühüm qurumlarına sızmış FETÖ üzvləri ABŞ-da yaşayan azğın dini başçısı Fətullah Güləndən aldıqları əmrlərlə 15 iyul 2016-cı ildə hərbi çevrilişə cəhd etdilər. İçəridəki adamlarının köməyilə bəzi dövlət qurumlarını ələ keçirdilər. TRT, CNN Türk başda olmaqla bir neçə radio və televiziyaları işğal etdilər. Müharibə zamanları belə silah atılmamış Milli Məclisi bombaladılar. Seçilmiş dövlət başçısını ələ keçirmək üçün olduğu yerə qədər getdilər. Bu olanlara qarşı bütün Türkiyədə küçələrə tökülən milyonlarla insana robotlaşdırılmış adamlar atəş açdılar. Vətəndaşların üzərinə və mülki qurumlara döyüş təyyarələrilə bomba yağdırdılar. İnsanlar tankların üstünə yeridi, altına yatdı. Bir neçə saat içində yüzlərlə adam şəhid, minlərlə insan yaralı oldu.

Bütün dünyaya demokratiya dərsi.

  O gün dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə Türkiyə xalqının demokratiya və gələcəyini xilas etmək üçün ortaya qoyduğu mübarizə filmlərdə belə görünməyəcək qədər qəhrəmancasına oldu. Bütün Türkiyədən milyonlarla insan küçələrə çıxdı. Dinc əhali dövlət və hərbi qurumlarını müdafiəyə qalxdı. Amma FETÖ-çü əsgərlər, onlara açılan atəşlərə baxmayaraq, geri addım atmadı.

  Hörmətli dinləyicilər, oxuduğum professor Qudrət Bülbülün yazısıdır. O deyir: “O gecə mən də küçədəydim. Mənim də yaxından tanıdığım insanlar və dostlar bəşəriyyətin manqurtlar və azğın bir təriqət üzvləri tərəfindən əsir alınmaması üçün haqqa doğru yürüdülər.”

  Türkiyə bundan əvvəl də çevrilişlərə məruz qalmışdı. Amma ilk dəfə öz xalqına birbaşa hücum və bu qədər qanlı bir çevriliş cəhdilə üzləşdi. Hər düşüncədən milyonlarla insan çevriliş cəhdinə qarşı həftələrlə küçədə qaldı, növbə tutdu: ölkəsinə, gələcəyinə, şərəfinə, demokratiyasına və insanlığa sahib çıxdı. Bu qədər adamın həftələrlə küçə və meydanlarda qalmasına baxmayaraq, bir dəfə belə qarışıqlıq, yağmalıq, oğurluq hadisəsi baş vermədi, necə deyərlər, qarışqanı belə incitmədilər. Türkiyədə sadə xalq "ən vəhşi çevriliş cəhdinin belə qarşısı demokratik və dinc şəkildə necə alınar?” sualının cavabını bütün dünyaya göstərdi.

  Ötən əsrin 90-cı illərində Tiananmen meydanında şərəfli bir Çin gənci tanklarının önündə durdu. Bu davranışdan heyrətlənən Çin əsgərləri geri çəkildi. Bütün dünya mediası bu hərəkəti qəhrəmanlıq sayaraq yazdı və alqışladı. Türkiyədə isə batil dini inancları ilə bəşəri olmaqdan çıxdıqları üçün FETÖ üzvləri tankları insanların üzərinə sürdülər. Tək adamın deyil, bütöv bir millətin qəhrəmanlıq müqavimətini isə dünya mediası, demək olar ki, görmədi. Beynəlxalq cəmiyyət tərəfindən də kifayət qədər təqdir edilməsə belə, bu dastan, bu şərəf, bu müqavimət şahid olanlar tərəfindən heç vaxt unudulmayacaq.

  FETÖ nədir?

  FETÖ-nün nə olduğu beynəlxalq cəmiyyət tərəfindən, təəssüf ki, hələ də kifayət qədər başa düşülməyib.

  FETÖ – Fəthullahçı Terror Təşkilatı üzvlərini başçısına məsihvari bağlayan, öz batil dini inancları içərisində dünya qurmağı hədəfləyən bir təşkilatdır. Onlar başçılarnı “seçilmiş xilaskar”, özlərini isə “seçilmiş xidmətçilər” hesab edirlər. Buna görə özlərini bütün dünyanı xilas edəcək görürlər. Hər ölkə, region, şəhər və qəsəbədə öz mollaları var. Başçıları Fətullah Güləni isə bir ölkənin deyil, bütün dünyanın “xilasedici bir kainat mollası" kimi qəbul edirlər. FETÖ terror təşkilatı bu səbəbdən qlobal bir hərəkatdir.

  FETÖ üzvlərini inandırmaq üçün onlara uzun və çətin bir təhsil-təlim prosesindən keçirir. Bu yolda üzvlər tamamilə cəmiyyətdən təcrid olunur. Xüsusi şəraitlərdə və xüsusi rituallarla ancaq özlərinin inandıqları və bildikləri bir inanc və dünya yaradılır. Bu proses zamanı üzvləri yavaş-yavaş ailələrindən, millət dəyərlərindən və əsil İslamın uzun əsrlər ərzində formalaşmış ümumi şərhlərindən uzaqlaşdırılır.

  70-ci illərdən başlayan bu hərəkat tarixə, ənənəyə və mədəniyyətə malik olmayan köksüz bir hərəkat olduğu üçün üzvləri bir müddətdən sonra yalnız özlərinin bildikləri və inandıqları batil inanç sahibi olurlar. Uşaqları FETÖ məktəblərində oxumuş ailələr, bir az fikir versələr, görəcəklər ki, övladları yavaş-yavaş onlardan necə uzaqlaşdırılıb. Beləcə, FETÖ üzvləri özlərinin gizli və müqəddəs bir missiyaya malik olduqlarını düşünürlər. Dırnaqarası bu "müqəddəs" məqsədin digər tərəfi hədəfə çatana qədər özlərini bəlli etməmək, gizlətməkdir. Məqsədlərinə çata bilmək üçün getdikləri hər yol onlar üçün qanuni sayılır. Hətta hər cür etiqad, geyim, davranış və ideologiyada belə görünə bilirlər. Mövlananın "ya olduğun kimi görün, ya göründüyün kimi ol" fəlsəfəsinin tam tərsi olaraq əsla olduqları kimi görünmürlər. Niyyətləri fərqli olduğu üçün görüntüləri də fərqli olur.



Әlaqәli Xәbәrlәr