Türkiyәnin İqtisadi Perspektivlәri- 41/2018

Ötәn hәftә açıqlanan sentyabr ayına dair inflyasiya göstәricilәrinә әsasәn istehlak  qiymətlәri  indeksi 24.5 %,  istehsal  qiymətlәri indeksi isə 46.1 % sәviyyәsindәdir.

Türkiyәnin İqtisadi Perspektivlәri- 41/2018

Ötәn hәftә açıqlanan sentyabr ayına dair inflyasiya göstәricilәrinә әsasәn

istehlak  qiymətlәri  indeksi 24.5 %,  istehsal  qiymətlәri indeksi isə 46.1 % sәviyyәsindәdir.  İstehlak qiymətlәri indeksinin ən yüksək səviyәyə çatması  indeksdə yeni  rekordun yaşandığının göstәricisidir.

Mәzәnnәdәki dinamikaların qiymәtlәrә әks olunması vә bunun mәrhәlәli şәkildә hiss olunması istisna deyil.

Qarşıdakı prosesdә mәzәnnәdәki dinamikaların qiymәtlәrә әks olunması gözlәnilir. Bu mövzuya xüsusi diqqәt yetirmәliyik.

Türkiyә iqtisadiyyatına avqust ayında  edilәn spekulyativ hücumun tәsirlәrini minimuma necә endirә bilәrik?  İnflyasiyaya qarşı aparılan mübarizәdә vәtәndaşların üzәrinә hansı vәzifәlәr düşür?

Türkiyә iqtisadiyyatı inflyasiya mәsәlәsindә ciddi sınaqlardan keçib.

Әdalәt vә İnkişaf Partiyasının hәkimiyyәtә gәldiyi 2002-ci ildә  Türkiyәdә inflyasiya 60 % sәviyyәsindә idi. Son 16 il әrzindә görülәn tәdbirlәr nәticәsindә inflyasiyada azalma müşahidә olunub.

2002-ci ildәn etibarәn Türkiyәdә sabitlik hәdәfi yalnız siyasi vә maliyyә sahәlәrindә deyildi. Sabitliyin  qiymәtlәr  üzәrindә dә hiss edilmәsi әn әsas mәqsәdlәrdәn biri idi.

Ancaq görünür ki, xüsusәn 2016-cı ildә hәyata keçirilәn uğursuz dövlәt çevrilişi cәhdindәn sonra hәm siyasi, hәm dә iqtisadiyyat üzәrindәn Türkiyә iqtisadiyyatına yönәlәn hücumlarla inflyasiya mәsәlәsinin gündәmә gәtirilmәsi istәnilir.

Bu gün hәm Yeni İqtisadiyyat Proqramında yer aldığı, hәm  də iqtisadiyyat rəhbərliyi tərəfindən dilə gətirildiyi kimi inflyasiyayla mübarizәdә  hər kəsin üzәrinә  ciddi  vəzifə düşür. Türkiyә iqtisadiyyatına avqust ayında  edilәn spekulyativ hücumun tәsirlәrini minimuma endirmәk hәr kәsin vәzifәsidir. Çünki mәlum olduğu kimi inflyasiya, mәzәnnә vә  faiz iqtisadiyyatın hәrәkәtverici qüvvәlәridir. Nә mәzәnnәdәki dinamikaların azaldılması üçün faiz nisbәtinin artırılması ilә bağlı qәrarların üzün perspektivdә  iqtisadiyyata bir faydası olar, nә dә artan faizlәr ilә hәyata keçirilmәsi gözlәnilәn investisiyaların.

Tarazlanma dövründә olan Türkiyə iqtisadiyyatı bu üç hәrәkәtverici qüvvәdәn  olduqca uzaq dayanmalıdır.

Bu proses әrzindә qiymətlərdə yaşanan artımın nəzarət altına alınması son dәrәcә әhәmiyyәtlidir. Çünki sonrakı mərhələdə yüksək qiymətlər tələbatı da aşağı salar vә  bu da bir müddət sonra tәlәbatın  azalmasına səbəb olar.

Həmçinin bəzilәrinin mövcud vəziyyəti fürsətә çevirәrәk qiymәtlәri artırması qəbuledilmәzdir.  Bu mövzuda lazımi tədbirlərin görülmәsinin vacibliyini vurğulamaq lazımdır.

Bu çərçivədə hәm  dövlətinin, hәm də özəl sektorun hərəkətə keçərək birgә  mövqe nümayiş etdirməsi və inflyasiyanın təkrəqəmli həddlərə  enənə qədər bu mevqeyini davam etdirmәsi  çox әhәmiyyәtli mövzudur.

Bu gün mövcud vəziyyətin mənfi təsirlərinin ən qısa müddətdə qarşısının alinacağı  və iqtisadiyyatın daha möhkəm bir struktura malik olacağı məsələsində həmfikir olma vaxtıdır.

 



Әlaqәli Xәbәrlәr