Türkiyәnin iqtisadi Perspektivlәri 45/2018

ABŞ-ın İrana qarşı sanksiyaların bәrpası qәrarı bu hәftәnin әvvәlindә qüvvәyә mindi.

Türkiyәnin iqtisadi Perspektivlәri 45/2018

ABŞ-ın İrana qarşı sanksiyaların bәrpası qәrarı bu hәftәnin әvvәlindә qüvvәyә mindi. 2015-ci ildә imzalanan nüvә sazişi ilә beynәlxalq sәviyyәdә İrana tәtbiq olunan embarqo aradan  götürülmüşdü. Müqavilә çәrçivәsindә İran nüvә fәaliyyәtlәrini mәhdudlaşdırmışdı. Ancaq Tramp rәhbәrliyi  bu embarqonun yenidәn bәrpa edәrәk avqust ayında ilk sanksiya paketini hәyata keçirmişdi. ABŞ-ın İrana qarşı ikinci sanksiya paketi isә noyabrın 5-dә qüvvәyә mindi. Bu qәrar İran iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya olunmasının qarşısında böyük maneә kimi dayanır. Digәr tәrәfdәn İranın malik olduğu enerji resursları ilә  regional vә qlobal enerji bazarlarında hakim olduğu bir sahә vә enerji ticarәti hәyata keçirdiyi ölkәlәr var. Bәs ABŞ-ın İrana qarşı sanksiya qәrarı bu ölkәlәrә necә tәsir göstәrәcәk? İrana tәtbiq edilәn sanksiya paketinin Türkiyәnin da aralarında olduğu 8 ölkәyә şamil olunmaması beynәlxalq arenada necә qarşılandı?

İrana qarşı  sanksiyaların yenidən gündəmə gəlməsinin əsas səbəbi Trump rəhbərliyinin  sözügedən müqavilənin İranın bölgədəki nüvə fəaliyyətlərinə mane olmadığını düşünmәsidir.

Bu müqavilədə yer alan  digәr ölkələrin yəni Çin, Rusiya, Fransa, İngiltәrә vә  Almaniyanın isə 2015-ci ildә bağlanan nüvә müqaviləsinin qüvvәdә qalmasını istәdiklәrini qeyd etmәliyik.

Bu siyasi  mövqeyә baxmayaraq  beynәlxalq şirkәtlәrin buna paralel mövqe nümayiş etdirmәdiyini vurğulamalıyıq.

Embarqo qәrarından sonra müqavilәyә daxil olan ölkәlәrin şirkәtlәrinin  İran bazarından geri çәkildiyi müşahidә olunur.

Bu da qlobal sәviyyәdә  İrana münasibәtin  diplomatik  və özəl sektor baxımından bir-birindən fərqli olduğu həqiqətini ortaya qoydu.

Avqustun 7-dә qüvvәyә minәn ilk sanksiya paketi İranın ABŞ dollarını әldә etmәsinin, qızıl ticarәti ilә mәşğul olmasının vә yerli valyuta ilә ticarәt hәyata keçirmәsinin qarşısını aldı. İran iqtisadiyyatının xarici bazarlar ilә olan әlaqәsi bir-bir kәsildi.

İrana tәtbiq edilәn ikinci sanksiya paketindә isә ölkә iqtisadiyyatının strateji әhәmiyyәtә malik olan sahәsi enerji var. Sanksiya paketinә maliyyә vә gәmi nәqliyyatının da daxil edildiyi bildirilib.

Dünyanın ən böyük neft və qaz ehtiyatlarına malik olan İranın enerji sektorunda bu dərəcədə ciddi  sanksiyalara məruz qalması ilk növbədə regional enerji siyasətinin axarına təsir edəcək xarakterdədir.

Neftdәn әldә edilәn  gəlirlərin İran iqtisadiyyatı üçün  böyük әhәmiyyәt kәsb etdiyini  deyә bilәrik .

Hətta  İran iqtisadiyyatının neft gəlirlərinə asaslanan  bir ölkə olduğunu desәk sәhf etmәrik.  Bu baxımdan iqtisadiyyatın әhәmiyyәtli parçası olan enerji  sahədəki məhdudiyyәtlәr   kapital axınının  qarşısını müəyyən qədər alır.

Bəs ABŞ-ın İrana qarşı sanksiyalarının bәrpası  qərarının arxasındakı əsas amil nədir?  İran  neft və tәbii  qazı  bu enerji növlәrinә tələbatın yüksәk olduğu yerlәrә  çatdıracağı tәqdirdә öz regionunda güçlü ölkә olma potensialını hәyata keçirir.

İranın qazanacağı  güc  ABŞ və müttəfiqləri üçün  təhdid mәnbәyidir.

Digər tərəfdən, İranın nəzarətindəki ‘‘Hürmüz’’  boğazından  dünya neftinin 30 %-nin  transferi dә İrana qraşı nümayiş etdirilәn mövqenin  arxasında duran mühüm  amillәrdәn biridir.

Noyabrın 5-dә açıqlanan embarqo qәrarına şamil edilmәyәn ölkәlәr siyahısında Türkiyәnin olmamasını müsbәt hal kimi qiymәtlәndirә bilәrik.



Әlaqәli Xәbәrlәr