"Avropa İslamı?"

Sizə Ankara Yıldırım Beyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı, professor Qüdrət Bülbülün analitik yazısını təqdim edirik.

"Avropa İslamı?"

Bir müddətdir ki, Avropada intensiv şəkildə Avropa İslamı müzakirələri gedir. Daha çox müsəlmanlara qarşı olan bu müzakirələrdə məsələnin tərəfləri adətən, Avropa dövlətləri, təhlükəsizlik strukturları, Qərb alimləri və yazıçılarıdır.

Bunlar əsasən, yersiz bir müzakirələr deyil. Qloballaşma prosesləriində fərqli identifikasiya, mədəniyyət, din və dildən ibarət olan bəşəriyyət daha çox iç-içə olaraq, birlikdə yaşayır. Bu birgəyaşayış Osmanlı dövləti kimi ölkələr üçün çox tanış vəziyyət, lakin Qərb üçün yeni bir təcrübədir. Ötən əsrlərdə Qərb ölkələrinin fərqli din və mədəniyyətə malik ölkələrlə əlaqəsi müstəmləkəçi-müstəmləkə əlaqəsi idi. Lakin bu ölkələrdən olan insanların Qərbə miqrasiyası ilə Qərb ölkələri fərqliliklərlə üzləşdi. Bu dövr, eyni zamanda, müasir, mərkəzi, yekcins milli dövlət dövrü də olduğu üçün fərqliliklərlə bir yerdə yaşamanın daha da çətinləşdiyi bir dövrdür.

 İslama uyğun olan Avropa mədəniyyəti

Fərqli tarix, din və mədəniyyətə malik olan insanlar bu gün daha çox bir yerdə yaşayırlarsa, əlbəttə ki, dövlətlər, qurumlar, ziyalılar bu vəziyyətin doğuracağı nəticələrlə məşğul olacaqlar.

 Avropa İslamında məqsəd Avropaya xaricdən gələn fərqli İslami təcrübələrin deyil, Avropanın öz içərisindən, İslam ilə uyğunluq təşkil edən təcrübələrin önə çıxarılmasıdırsa bu, başadüşüləbilən bir haldır." Avropa İslamı" ifadəsi  ilə izah edilməyə çalışılan, dil, mədəniyyət, metod kimi sahələrdə yerlilik nəzərdə tutulursa, bu, onsuz da İslamın özündə əks olunur. Bu baxımdan, Türkiyədəki İslam ilə Uzaq Şərqdəki, Balkanlardakı, Yaxın Şərqdəki İslam anlayışları və təcrübələri mahiyyətcə eyni olmaqla yanaşı, müəyyən dərəcədə bir-birindən fərqlidirlər. Bu çərçivədə avropalı müsəlmanlarının da insanların gəldikləri məkanlara uyğun İslami praktikaları və anlayışı deyil, İslam dairəsi tərkibində qalmaq şərti ilə, İslam ilə uyğun bir Avropa mədəniyyəti, yaşayışı və anlayışını önə çıxarmalarını başa düşmək mümkündür.  Afrikadakı, Yaxın Şərqdəki, Uzaq Şərqdəki gündəlik həyatı, davranışı, mədəniyyəti, folkloru, incəsənət və ədəbiyyatı olduğu kimi, Türkiyədə, və ya başqa bir ölkədə tətbiq etməyə çalışmaq xoş qarşılanmaz. Eləcə də, bunu Avropada da etməyin xoş qarşılanmayacağını da anlamaq lazımdır. Xoş qarşılanmama vəziyyəti əsasən, bu mədəni faktorların yanlışlığı ilə yox, hər bir cəmiyyətin öz coğrafiyasına uyğunlaşan özünəməxsus mədəni ünsürləri olduğunu dərk etməklə bağlı bir vəziyyətdir. Yaşanılan coğrafiya kontekstində müəyyən nisbətdə olan ortaq mədəniyyətdən başqa, şübhəsiz ki, açıq və mədəni bir cəmiyyətdə fərqli mədəniyyətlər öz mədəniyyətlərini yaşatmağa səy göstərə bilərlər.

 İslamla uyğun olan Avropa mədəniyyəti yalnız Avropaya gələnlər üçün deyil, Avropanın özü üçün dəyərləndirilməli bir məsələdir.

İslamla  uyğun olan Avropa mədəniyyəti deyərkən Avropanın mədəni genində  olan irqçilik, faşizm, Nasizm kimi faktorların da kənarda qoyulmasının zərurətindən danışırıq.

 Avropa İslamı vurgusundan bəzi hallarda Avropaya gələnlərin bərabərlik, azadlıq, insan haqları, plüralizm, fərqlilikləri ilə yanaşı, həyat kimi ümumbəşəri dəyərlərə malik olmadıqlarını ifadə etmək üçün də istifadə edilir. Halbuki avropalıların bəlkə də, yaxın dövrdə bu dəyərlərdən daha çox uzaqlaşdığı söylənilə bilər. Qaçqınları insan saymayan bir yanaşma, artan ksenofobiya və islamafobiya ilk yada düşənlərdir. Sosial tədqiqatlarda fərqli olandan qorxu, iş yoldaşı, ya da ev qonşusu olaraq özündən fərqli olanı istəməmək hallarının çox olduğu müəyyən ounmuşdur.

 Azadlıqsevər deyil, təhkükəsiz Avropa İslamı münasibəti

Yazılanlara və Qərb dövlətlərinin tətbiq etdiklərinə nəzər saldıqda, Avropa İslamı müzakirələri sivil, mədəni və dəyərlərə həsr olunan bir müzakirə təəssüratı yaratmır. Avropa dövlətləri bu müzakirələrə daha çox təhlükəsizlik məsələsi kimi yanaşırlar.  Bu səbəbdən bu məsələlər əsasən mədəniyyət, birgəyaşayış, plüralizm, fərqlilik deyil, təhlükəsizlik kontekstində,kəşfiyyat və təhlükəsizlik təşkilatları tərəfindən araşdırılır.

 Bir təhlükəsizlik problemi varsa, şübhəsiz ki, bu istiqamətdə tədbir görüləcək. Bu, mübahizəsizdir. Lakin milyonlarla insanı maraqlandıran mülki, sosial, mədəni, siyasi məsələlərə yalnız təhlükəsizlik perspektivindən yanaşmaq məsələləri dərinləşdirir. Dövlətlərin tanış olmadığı yeni vəziyyətlər üçün komissiyalar təşkil etmələri son dərəcə aydın və zəruri bir haldır.

Lakin bu səylər anlamağa yönəlmiş bir səylər olmalıdır, boğmağa, dəyişdirməyə, məhkum etməyə deyil. Avropa dövlətləri bu səbəblə qurduğu İslam şuraları kimi komissiyalara birbaşa və əksər hallarda islam ilə əlaqəsi olmayan adları qoymaq əvəzinə, bu komissiyaların müsəlmanlarla birgə yaradılmasını təşviq etməlidirlər. Bu işlər təhlükəsizlik, və yaxud kəşfiyyat ilə əlaqəli təşkilatlar tərəfindən deyil, daha sivil təşkilatlar tərəfindən aparılmalıdır.

Müsəlmanların öhdəsinə düşənlər…

 Avropa İslamı kontekstində müsəlmanların üzərinə düşəni etdiyini bildirmək və yalnız müvafiq ölkələri tənqid etmək əxlaqi bir mövqe deyil. Bu gün Qərbdə yaşayan müsəlmanların təhsil, iqtisadi, siyasi, intellektual, akademik sahələrdə iştirak problemləri varsa, cinayət törətmə səviyyələri yüksəkdirdə, iş mədəniyyətləri kifayət deyilsə, şübhəsiz ki, bu məsələlərdə müsəlmanlara və onların təşkilatlarına böyük məsuliyyət düşür.

 O cümlədən, müsəlmanların yaşadıqları ölkələrdə özünütəmsil və ifadə problemləri də yaddan çıxarılmamalıdır.

Müsəlmanların ölkə rəsmiləri ilə daha yaxından işləyərək, birbaşa və açıq münasibətlər quraraq, yaranan, yaradılan qorxu mühitini dağıtmaq istiqamətində araşdırmalar ortaya qoymaları gözlənilir.

İctimailiyini itirmiş bir İslam Avropaya nə qazandırar?

Müəyyən təbəqələrin Avropa İslamı ilə qovuşmaq istədiyi şey cəmiyyətə, ailəyə, insana dair, bütün iddialarından arınmış bir İslam, və ya müsəlman olmaq arzusudur.

 Halbuki Avropada, dağılan ailə, sahibsiz uşaqlar, insest, homoseksual əlaqələr, narkomaniya dünyanın yerdə qalanı ilə müqayisə olunmayacaq dərəcədə yayılmışdır. Avropa ictimai dəyərlər baxımından, insani olan hər şeyin sürətlə yox olduğu, yüksək iqtisadi təminolma səviyyəsi səbəbindən insanlara qanuni və normal münasibətlərin kifayət etmədiyi bir azğınlıq çağını yaşayır. İslami dəyərlər bəlkə bu məsələlərdə hələ işğal edilməmiş son qaladır. Bu səbəbdən cəmiyyətə, ailəyə, insana dair iddialarını itirmiş bir müsəlmanlıq yalnız Avropanın süqutunu sürətləndirər.

 Xristian və yəhudilər də müsəlmanlara dəstək verməlidirlər

 Belə bir müsəlmanlığın heç bir şey verməyəcəyini yəhudilik və xristianlığın yaşadığı oxşar proseslərdə gördük. Xristian və yəhudilərin də ictimai dəyərlərin bu qədər erroziyaya uğramasına, əxlaqi tənəzzülə, hədsiz eqoizmə görə narahat olduqlarını düşünürəm. O cümlədən, insani dəyərlərin tamamilə ortadan qalxmasına görə narahat olan sekulyarların da. Əsasən xristianlıq və yəhudilikdə də olan bu dəyərlərin ortadan qalxmasına onlar da reaksiya göstərməlidirlər.

 Avropalı müsəlmanlar öz gündəmlərinə hakim olmalıdırlar

 Bütün bunlardan başqa, müsəlmanlar Afrikada da, Amerikada da, Çində də, Hindistanda da, Yaxın Şərqdə və Avropada da öz gündəmlərinə hakim olmalıdırlar. Necə? Bunun cavabını gələn həftə verərik.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr