Türkiyәnin İqtisadi Perspektivlәri 47/2018

İstanbulda Rusiya təbii qazının Türkiyəyə nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin dəniz hissəsinin tikintisinin yekunlaşması ilə əlaqədar mərasim keçirildi.

Türkiyәnin İqtisadi Perspektivlәri 47/2018

İstanbulda Rusiya təbii qazının Türkiyəyə nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin dəniz hissəsinin tikintisinin yekunlaşması ilə əlaqədar mərasim keçirildi. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin iştirak etdi. 

Rus qazını Qara dəniz üzərindən Türkiyəyə  buradan da Avropaya nəql edəcək  ''Türk axını'' boru kəmərinin dəniz hissəsinin tikintisinin yekunlaşması ilə əlaqədar  təşkil olunan mərasimdə  iki ölkə arasındakı  iqtisadi əlaqələr və energetika sahәsindәki əməkdaşlıq əlaqələrinin gedişatı ilә bağlı  mәsәlәlәr qiymәtlәndirildi.

‘‘Türk axını’’ layihәsi  Rusiya və Ukrayna arasında yaşanan siyasi və iqtisadi problemlər nəticəsində Rusiyadan Türkiyəyə Avropa üzərindən nәql edilәn  qərb xəttinin ləğv edilməsindәn sonra  gündəmə gəldi.

‘‘Türk axını’’ layihәsi  regional enerji ticarətinin istiqamətini dәyişdirәn  son dərəcə əhəmiyyətli layihədir.

İldə 31,5 milyard kubmetr təbii qaz nəql etmə gücünә malik olan layihәnin  regional enerji ticarətinə fərqli perspektiv təqdim edəcəyini vurğulamalıyıq.

Türkiyə şərqlə qərbin arasında yerləşdiyinə görə vә bunun gətirdiyi strateji üstünlük, təmin etdiyi yüksək enerji təhlükəsizliyi ilə regionun ən ideal ölkəsidir.

Beləliklə, Türkiyə mövcud mövqeyi ilə region ölkələrinə enerji transferi üçün ən optimal marşrutu təqdim  edir.

2014-cü ildә Rusiya ilә Ukrayna arasında yaşanan siyasi vә iqtisadi böhrandan sonra  Rusiya  Avropanın enerji ehtiyacını Türkiyə üzərindən təmin etməyi məqsədəuygun sayaraq enerji təhlükəsizliyində bu ölkənin əhəmiyyətini bir daha ön plana çıxarmış oldu.  Rusiya Ukrayna ilә yaşanan problemlәr nәticәsindә qәrb xәttini ləğv  edәrәk ‘‘Türk axını’’ layihәsini hәyata keçirmәyi qәrara aldı.  Mәlumata әsasәn,   ''Türk axını'' layihәsinin ilk xәttinin fәaliyyәtә başlaması ilә  qәrb xәtti  lәğv olunacaq.

''Türk axını'' layihәsi Türkiyәnin enerji tәhlükәsizliyi mәsәlәsindә regionun aparıcı qüvvәsi olduğunu bir daha göstәrmişdir.

2019-cu ildə Rusiya qazının Türkiyəyə nəqli planlaşdırılır.

’’Türk Axını’’  layihәsi hәm Türkiyənin, hәm dә Avropanın tәbii qaz tələbatının önәmli hissәsini ödәyәcәk.  ‘‘Türk Axını’’  boru kәmәri iki xәttәn ibarәtdir. Xәttlәrin biri Türkiyәnin digәri isә Avropanın tәbii qaz tәlәbatını ödәyәcәk.

‘‘Türk axını’’ boru kәmәri ilә Türkiyәnin tәbii qaz tәlәbatının önәmli hissәsi ödәnәcәk.

Xüsusilə Mərmərə bölgəsinin tәbii qaz tәlәbatı bu boru kәmәri ilә ödәnәcәk.

Qeyd edәk ki, “Türk axını” layihәsi  Rusiya-Türkiyə enerji əməkdaşlığını  daha da gücləndirәcәk.

Növbəti prosesdə Rusiya ilə olan ticarət həcminin 100 milyard dollara çatdırılması isə ən əhəmiyyətli gözləntilər arasındadır. Həmçinin inşası davam edən və Türkiyənin ilk nüvə stansiyası olma xüsusiyyətinə malik  ‘‘Akkuyu’’ atom elektrik stansiyasının   Rusiya ilə Türkiyә arasındakı әmәkdaşlığı daha da inkişaf etdirәcәyini  vurğulamalıyıq. ‘‘Türk axını’’  boru kәmәri  ilә Türkiyә hәm enerji ticarәtindә mәrkәz ölkә olma hәdәflәrinә әmin addımlarla irәlilәyir, hәm dә regional enerjinin aparıcı qüvvәlәrindәn biri olmağa davam edir.

 

 



Әlaqәli Xәbәrlәr