Astana İqtisadi Forumu öz işinə başladı

Astana İqtisadi Forumu, iqtisadiyyat, investisiya və innovasiya kimi mövzuların təhlil edildiyi platforma çevrilib. Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.

Astana İqtisadi Forumu öz işinə başladı

Astana Expo Konqres Mərkəzində təşkil edilən forumun açılış mərasiminə Qazaxıstan prezidenti Nazarbayev, Baş nazir Bakıtcan Sagintayev, Fransanın eks prezidenti Fransua Hollande və Birləşmiş Millətlər Təşkilatının keçmiş Baş katibi Pan Gi Moon başda olmaqla 111 ölkədən minlərlə iqtisadiyyat və digər sahələrdə mütəxəssis iştirak edib.

Prezident Nazarbayev açılış mərasimində etdiyi çıxışında,: "Forum 11-ci dəfə iqtisadiyyat, investisiya və innovasiya məsələlərinin müzakirə edilməsinə zəmin yaradır. Bu əhəmiyyətli tədbirdə eyni vaxtda qlobal çətinliklərə həll yolları da axtarılacaq”.

 

Forumda iştirak edən Nazarbayev Universitetinin Robot şobəsinin rəhbəri Atakan Hüseyn Varol da Forumun yalnız Mərkəzi Asiyanın yox, dünyanın əsas iqtisadi iclaslarından və insanların fikirlərini ifadə edən tədbirlərdən olmaq yolunda irəlilədiyini bildirib. Forum mayın 19-da yekun bəyannamənin qəbul edilməsi ilə sona çatacaq.

 



Әlaqәli Xәbәrlәr