Qazaxıstandan  beynǝlxalq cǝmiyyǝtǝ çağırış

“İsrailin zorakılıqlarının qarşısını alacaq tədbirlər  tǝcili olaraq həyata keçirilmǝli”

Qazaxıstandan  beynǝlxalq cǝmiyyǝtǝ çağırış

Qazaxıstanın Birləşmiş Millətlər yanındakı daimi Nümayəndəsi Kayrat Umarov, beynəlxalq cəmiyyətə çağırış edib ki, Qəzza Zolağında 62 Fələstinlinin şəhid olmasına gətirib çıxaran zorakılıq və şiddət hadisələrinə son qoyacaq tədbirlər dərhal həyata keçirilsin.

Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına görə Umarov, bu sözləri Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında etdiyi çıxışında deyib. O, Qəzza sərhəddində Fələstinlilərin etiraz aksiyalarına İsrailin müdaxiləsi əsnasında məsum Fələstinlilərin həyatını itirdiklərinə dair xəbərləri kədərlə qarşıladıqlarını qeyd edib. Beynəlxalq cəmiyyəti İsrailin zorakılıqlarının qarşısını alacaq tədbirlər həyata keçirməyə, tərəfləri isə qərginliyin tarıma çəkilməsinə səbəb olacaq addımlardan imtina etməyə çağırıb. Beynəlxalq razılaşmalar əsasında Qüdsün tarixi mövqeyinin qorunmasının lazım gəldiyini vurğulayıb.

Qazaxıstanın, BMT təhlükəsizlik şurasının qərarlarına sadiq olduğunu ifadə edən Umarov, bölgədəki problemlərin siyasi yollarla həllinə hər cür dəstəyə hazır olduqlarını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr