Özbəkistan nümayəndəsi Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi olacaq

Şanxay Əməkdaşlıq Təşkilatının Çinin Çindao şəhərində keçirilən 18-ci zirvə görüşündə Özbəkistanın nümayəndəsi Vladimir Norov bu təşkilatın yeni baş katibi seçilib.

Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Vladimir Norov bu vəzifədə Tacikistanın nümayəndəsi Raşid Alimovu əvəz edərək 2021-ci il dekabrın 31-dək bu təşkilata sədrlik edəcək.

Vladimir Norov 1955-ci ildə Buxarada doğulub, 2006-2010-cu illərdə Özbəkistanın xarici işlər naziri olub və müxtəlif vəzifələrdə çalışıb.

azertag.az

Әlaqәli Xәbәrlәr