• Video Qalereya

Özbәkistan prezidenti Fransaya sәfәr edib

Özbәkistan ilә Fransa arasında müxtәlif sahәlәrdә 10 müqavilә imzalanıb.

Özbәkistan prezidenti Fransaya sәfәr edib

Özbəkistan prezidenti Şövkət Mirziyoyevin Fransaya etdiyi səfər çərçivəsində iki ölkə arasında müxtәlif sahәlәrdә 10 müqavilə imzalanıb.

Özbәkistan Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, dövlәt başçısı Şövkәt Mirziyoyev prezident seçildikdәn sonra Avropaya etdiyi ilk sәfәr çәrçivәsindә Fransada görüşlәr keçirib.

Şövkәt Mirziyoyev sәfәri çәrçivәsindә Fransa prezidenti Emmanuel Makron ( Emmanuel Macron) vә Fransalı iş adamları ilә bir araya gәlib.

Görüş zamanı Mirziyoyev ilә Makron iki ölkә arasındakı әmәkdaşlığı, Әfqanıstandakı vәziyyәti vә regional mövzuları müzakirә ediblәr.

Görüşdәn sonra iki ölkә arasında nәqliyyat, turizm, hәrbi, texniki, investisiya, mәdәniyyәt vә digәr sahәlәrdә әmәkdaşlığa dair 10 müqavilә imzalanıb.

İki ölkәnin Xarici İşlәr Nazirliklәri arasında 2019-2020-ci illәrinә dair әmәkdaşlıq proqramı, ekologiya vә mәdәniyyәt nazirliklәri arasında protokollara da imza atılıb.

Şövkәt Mirziyoyev səfəri çərçivəsində Fransadakı iş adamları ilә da görüşüb.



Әlaqәli Xәbәrlәr