Şimali Kıbrıs Türk Cümhuriyyətində sel fəlakəti üç nəfərin həyatına son qoydu

Şimali Kıbrıs Türk Cümhuriyyətində güclü fırtına və yağışın səbəb olduğu sel fəlakəti nəticəsində 3 nəfər həyatını itirib.

Şimali Kıbrıs Türk Cümhuriyyətində sel fəlakəti üç nəfərin həyatına son qoydu

Şimali Kıbrıs Türk Cümhuriyyətində güclü fırtına və yağışın səbəb olduğu sel fəlakəti nəticəsində 3 nəfər həyatını itirib.

Ölkədə miqyasında iki gündür təsirli olan fırtına və güclü yağışlar nəticəsində xeyli sayda ev, iş yeri və avtomobilə ziyan dəyib.

Gecə Lefkoş-Girnə yolunun Ciklos bölgəsində hərəkət halında olarkən səlin apardığı və Doğanköy çayına aşan bir avtomobildən üç nəfərin meyti çıxarılıb.

İtkin düşənlər üçün axtarış-xilasetmə işləri davam edərkən Girnədə oteldə qapalı qalan turistlər isə yanğın söndürən  maşınla xilas edilib.

Meteorologiya Müdirliyi fırtına və yağışın bu gün axşam təsirini artıracağını bildərərək, xalqa diqqətli olmaları üçün xəbərdarlıq edib.

Məktəblər də bu gün tətil edilib.



Әlaqәli Xәbәrlәr