“Aİ-nin Türkiyəyə hər zaman olduğundan daha çox ehtiyacı var”, Ö.Çəlik

Avropa İttifaqı naziri və baş müzakirəçi Ömər Çəlik Avropa İttifaqının mövcud böhranlara görə hər zaman olduğundan daha yaxın bir Türkiyəyə ehtiyacı olduğunu bildirib.

“Aİ-nin Türkiyəyə hər zaman olduğundan daha çox ehtiyacı var”, Ö.Çəlik

Avropa İttifaqı naziri və baş müzakirəçi Ömər Çəlik Avropa İttifaqının mövcud böhranlara görə hər zaman olduğundan daha yaxın bir Türkiyəyə ehtiyacı olduğunu bildirib.

Nazir “New Europe” qəzeti üçün yazdığı məqalədə terrorla mübarizədən  enerji təhlükəsizliyinə, iqtisadiyyatdan nizamsız köçə, dünyanın görülməmiş səviyyədəki yeni qlobal problemlərlə qarşı qarşıya olduğuna diqqət çəkib.

Ömər Çəlik bildirib ki, bunların həllində ortaq və koordinasiyalı cəhdə ehtiyac var. Problemlərin həllinin  Türkiyə-Aİ əlaqələri baxımından üstünlük verilməsi vacib olan mövzu olduğuna inanıram. Avropanın vahidliyi hal-hazırda naməlum vəziyyətlə qarşı-qarşıyadır və həmin zamanda reaksiya göstərmək və addım atmaq üçün kifayət qədər hazırlığı da yoxdur.

Sosial-iqtisadi böhranların Avropanın bütövlüyü baxımından dəyərlər böhranı ilə birləşdiyini vurğulayan nazir Çəlik qeyd edib ki, qaçqın böhranı üzv dövlətlərin inanılmaz səviyyədə rəaksiyasına səbəb oldu və bu vəziyyət düşünülməyən “Brexit”i mümkün hala gətirdi. Terror hücumları dalğası qarşısında Aİ-nın prioritetlərini əsas haq və azadlıqları qorumaq olmadı, bu çərçivədə sərhədləri və vətəndaşlarını qorumağa üstünlük verildi. Radikal sağçılar qaçqınları və İslamı Avropanın kimliyinə edilən hücum kimi göstərməkdə ifratçılığa üz tutdu və Avropa səviyyəsindəki nüfuzunu gücləndirdi.

İndi Avropanın müxtəlifliyə tolerantı olmayan radikal millətçilər və xaricilərə qarşı düşmənlər üçün uyğun mərkəzə çevrildiyinə diqqət çəkən Ömər çəlik bildirib ki, Aİ əleyhinə siyasi hərəkətlər, nifrət cinayətləri, İslamafobiya və antisemitizm gücünü artırdı. Avropalı liderlər radikal sağçı siyasətlərin populist tələblərinin tələsinə düşməməlidir.

Qaçqın böhranının Aİ və Türkiyənin problemlərinin bir-birinə qarışdığını göstərdiyini ifadə edən Aİ naziri Ömər Çəlik məqaləsində onu da vurğulayıb ki, bu problemlərə həmin vaxtda və ortaq həll yolları axtarılmalıdır. Qaçqın böhranında ilk planda Türkiyə ilə əməkdaşlıq edilməli və Suriya daxilində təhlükəsiz bölgələr yaradılmalıdır. Türkiyə ilə əməkdaşlıq sayəsində qaçqınların axını günlük olaraq 7 mindən orta hesabla 66-ya düşdü. Türkiyə bu gözlənilməyən hadisələri, radikal siyasi hərəkətlərə və qaçqınlara qarşı zorakılığa üz tutulmaması nöqtəsində addım atan vətəndaşları ilə qürur duyur. Türkiyə keçən il mart ayında qəbul edilən razılaşmaya əsasən öhdəliklərini yerinə yetirir, amma viza rejiminin ləğvi daxil Aİ-nın da vədlərini yerinə yetirməsi ədalətli olacaqdır.

Terrorla mübarizədə ayrı-seçkilik olmamasının daşıdığı əhəmiyyətə toxunan nazir Çəlik vurğulayıb ki, terrorçular azadlıq döyüşçüləri deyildir, onların terrorçu olduqları əsla unudulmamalıdır. Ayrı-seçkilik olacağına terror aktlarına qarşı əməkdaşlıq etməliyik.  

Üzvlük müzakirələrinin Türkiyə-Aİ əlaqələrinin onurğasını təşkil etdiyini bildirən Çəlik siyasi səbəblərə görə fəsillərin açılmamasının və bağladılmasına mane olunmasına baxmayaraq Türkiyənin Aİ əsaslarına inteqrasiya mövzusunda qətiyyətli olduğunu və 2016 İrəliləyiş hesabatının Türkiyənin 33 fəsildən 30-na uyğunluqda müsbət nöqtədə olduğunu təsdiqlədiyinə diqqət çəkmişdir.

Türkiyənin əsas qanunları ilə işləyən bir Avropa demokratiyası olduğunu qeyd edən Ömər Çəlik deyib ki, 15 iyulda Fətullahçı terror təşkilatının (FETÖ) xain çevriliş cəhdinə tərəddüd etmədən, həmrəy olaraq müqavimət göstərən Türk xalqı demokratiya dəyərlərinin mübarizəsini aparan insanların simvolu olmalıdır.

Avropa İttifaqına üzvlüyün Türkiyə üçün strateji hədəf olduğunu vurğulayan nazir onu da yazıb ki, Avropa Parlamentinin üzvlük müzakirələrini müvəqqəti dayandırması barədəki qərarı dar düşüncəli olmağın nəticəsidir. Avropa Parlamentinin əsas məqsədi Türkiyə iyə əməkdaşlığı gücləndirmək olmalıdır. Aİ da Türkiyə ilə üzvlük müzakirələrində qətiyyətli mövqe ortaya qoymalıdır. Bu həmin zamanda İttifaqın hələ də Avropa və dünya üçün daha geniş dünyagörüşlü olduğunu yarada bilmə gücünü göstərəcəkdir. Artıq Türkiyə-Aİ əlaqələrini yeni bir istiqamətə aparmağın və dəyişikliyin  iki tərəfin də mənfəətinə olduğunu göstərməyin vaxtı gəlib çatmışdır.  



Әlaqәli Xәbәrlәr