"Türkiyə-ABŞ  münasibətlərində yeni mərhələyə qədəm qoyulur"

Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu da "Washington Post" qәzeti üçün qәlәmә aldığı  mәqalәdә  Türkiyәnin vә Türk millәtinin  ABŞ-dan  gözlәntilәrini  qәlәmә alıb.

"Türkiyə-ABŞ  münasibətlərində yeni mərhələyə qədəm qoyulur"

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Türkiyә ilә yaxşı münasibәtlәr qurmağa çalışacağını  vurğulayıb.

Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu da "Washington Post" qәzeti üçün qәlәmә aldığı  mәqalәdә  Türkiyәnin vә Türk millәtinin  ABŞ-dan  gözlәntilәrini  qәlәmә alıb.

Mәqalәsindә Amerika rәhbәrliyinin  bu anadәk tәtbiq etdiyi  siyasәtlәrin Türkiyәni xәyal qırıqlığına uğratdığını qeyd edәn Çavuşoğlu yeni dövrdә  ilk olaraq  müttәfiq iki ölkә arasında  hәmrәylik vә qarşılıqlı  etimadın bәrpa edilmәsinin vacibliyini vurğulayıb.

Mövlud Çavuşoğlu  terrorla mübarizədə Türkiyə qədər heç bir ölkənin səy göstәrmәdiyini, xüsusilə DEAŞ terror təşkilatına qarşı ən güçlü mübarizənin yenə Türkiyənin apardığını  bildirib.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu  Suriyada baş verən kәdәrli hadisәlәr qarşısında ABŞ-ın problemi həll etmək əvəzinə  regionda terror təşkilatı PKK-nın əkizi PYD terror təşkilatı ilə çalışmaya üstünlük  verdiyini  qeyd edib.

Nazir Mövlud Çavuşoğlu  Fetullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinin  (FETÖ/PDY)  iyulun 15-dә hәyata keçirdiyi uğursuz  çevriliş cәhdi ilә  Türk millətini  və demokratiyanı hədəf alan terror təşkilatı mənsublarına  müttəfiq bir ölkədə sığınacaq verilməsinin qəbuledilməz olduğunu da vurğulayıb.

Mövlud Çavuşoğlu, FETÖ başçısı  və digər terrorçuların göndərilən bütün sənəd və məlumatlara baxmayaraq  hazırda ABŞ-da fəaliyyətlərinə davam etdiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr