Dünyada hər 9 qız uşağından biri 15 yaşından əvvəl ərə gedir

İstanbulda Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu və Qaçqınlar və Köçkünlərlə Həmrəylik Dərnəyi Avropa İttifaqının dəstəyi ilə  "Uşaq Yaşda Evliliklər" mövzusunda panel keçirdi.

Dünyada hər 9 qız uşağından biri 15 yaşından əvvəl ərə gedir

 İstanbulda Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu və Qaçqınlar və Köçkünlərlə Həmrəylik Dərnəyi Avropa İttifaqının dəstəyi ilə  "Uşaq Yaşda Evliliklər" mövzusunda panel keçirdi.
 
 Paneldə İstanbulda müvəqqəti qoruma altında olan təxminən 250  suriyalı qaçqın qadın iştirak etdi.
 
BMT-nin Əhali Fondunun  Humanitar Yardım Proqramının bölgə rəhbəri Duyqu Arığ paneldə açılış nitqi ilə çıxış edərək:"Uşaq yaşda evlilik insan haqlarının pozulmasıdır. Evlənmə qərarı qorxu və təzyiq olmadan,sərbəst şəkildə qəbul olunacaq bir qərardır. Bu qərarı yalnız özünüzü hazır hiss etdiyinizdə deyil, eyni zamanda, yetkin yaşda olduğunuzda qəbul etməlisiniz" deyə danışdı.
 
  Arığ uşaq yaşda evliliyin qlobal bir problem olduğunu vurğulayaraq çıxışına bu sözlərlə davam etdi: "Dünyada hər 9 qız uşağından biri 15 yaşından əvvəl ərə gedir. Təxminlərə görə, qarşıdakı 5 ildə 70 milyon qız uşağı uşaq yaşda ərə gedəcək. Hələ də bunun qarşısı alına bilər. Uşaq yaşda evlilik,  ənənənin bir hissəsi ola bilər, ya da ailələr qız uşaqlarının gələcəyini təminat altına almaq üçün onları ərə verə bilərlər. Xüsusilə, yoxsulluq və humanitar böhran vəziyyətləri ailələrdə bunu "övladlarının xeyrinə etdikləri" illüziyasını yarada bilər. Lakin uşaq yaşda evlilik bunun tam əksinə səbəb olaraq, sağlam və reproduktiv həyatın qarşısında ciddi maneə yaradır.Bu mövzu ilə bağlı qanunlar  müəyyən yerə qədər işləyir. İnsanların uşaq yaşda evlilik mövzusundakı düşüncələri dəyişdirilməlidir".



Әlaqәli Xәbәrlәr