PKK terror təşkilatına mənsub 17 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) ötən gün həyata keçirdiyi hava əməliyyatları nəticəsində Bitlis, Şırnak, Hakkari və İraqın şimalındakı Hakruk bölgəsində PKK terror təşkilatına mənsub 17 terrorçu zərərsizləşdirilib.

TSQ-nın yaydığı məlumata görə, kəşf və nəzarət aparatları ilə əməliyyat həyata keçirən hərbi dəstələrə və sərhəd məntəqəsindəki polis mərkəzi, hərbi bazalara hücum üçün hazırlaşdıqları aşkarlanan terror təşkilatı mənsublarına istiqamətli hava əməliyyatı həyata keçirilib.

Əməliyyatlar nəticəsində 2-si Bitlisin Sarpkaya bölgəsində, 4-ü Şırnak/Bəstlər-Dərələr çölündə, 11-i İraqın şimalındakı Hakruk bölgəsində olmaqla 17 terrorçu zərərsizləşdirilib.

Hakkari Valiliyinin açıqlamasına əsasən, kəşfiyyat idarələri ilə aparılan koordinasiyalı fəaliyyətlər nəticəsində PKK terror təşkilatına istiqamətli həyata keçirilən hava əməliyyatında, aralarında Şəmdinli bölgəsinin dırnaqarası lider kadrında da olduğu müəyyənləşdirilən 10 terrorçu zərərsizləşdirilib.

Әlaqәli Xәbәrlәr