Ərdoğan: "Qabın boş tərəfinə deyil, dolu tərəfinə baxmalıyıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Yunanıstanın ikitərəfli əlaqələrə müsbət tərəfdən baxmalarının əhəmiyyətli olduğunu söylədi.

Ərdoğan: "Qabın boş tərəfinə deyil, dolu tərəfinə baxmalıyıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afinaya səfəri çərçivəsində Yunanıtanın baş naziri Aleksis Çipras ilə görüşdü.

Ərdoğan görüşdə: "Gələcəyi daha sağlam zəmində qurmalıyıq, qabın boş tərəfinə deyil, dolu tərəfinə baxmalıyıq. Heç bir qonşu ölkənin torpağında gözümüz yoxdur"dedi.

Türkiyə prezidenti iki ölkənin çox iş görə biləcəyini vurğulayaraq: "Əgər həqiqətən eyni şeyləri söyləyə bilsək, ortaq düşüncəni ortaya qoya bilsək, iki ölkə arasındakı problemləri həll edə bilərik"dedi.

 

 

 

 



Әlaqәli Xәbәrlәr