Makedoniyanı ilk tanıyan ölkə Türkiyədir

Bunu Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Makedoniya prezidenti George İvanov ilə Cumhurbaşkanlığı Külliyəsində birgə mətbuat konfransı keçirərkən bildirdi.

Makedoniyanı ilk tanıyan ölkə Türkiyədir

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Makedoniya prezidenti George İvanov ilə görüşdü.

Görüşdən sonra Cumhurbaşkanlığı Külliyəsində birgə mətbuat konfransı keçirildi.

Ərdoğan İvanov və nümayəndə heyətini Türkiyədə qarşılamaqdan duyduğu məmnuniyyəti ifadə etdi, İvanovun səfərinin Türkiyə ilə Makedoniya arasında qədim əlaqələrin və qardaşlıq duyğularının mühüm bir göstəricisi olduğunu dilə gətirdi, Makedoniyanı tanıyan və bu ölkəyə ilk səfir göndərən ölkənin Türkiyə olduğunu qeyd etdi.

 Dövlət başçısı Türkiyənin Makedoniyadakı investisiyalarını artırmaq arzusunda olduqlarını vurğulayaraq:" Qarşıdakı dövrdə daha çox Türk şirkəti Makedoniyada fəaliyyət göstərəcək və ölkə iqtisadiyyatının daha da irəliləməsinə xidmət edəcək" dedi.

 Ərdoğan: "Cənab prezident Makedoniyanın terrorla mübarizə mövzusundakı əməkdaşlığımızı artırmaqda maraqlı olduğunu bir daha bildirdi. Xüsusilə, FETÖ hər iki ölkə üçün ciddi təhlükədir. Bu təşkilatın kökünü dünyanın hər tərəfində kəsmək məsələsində qətiyyətliyik" dedi.

Dövlət başçısı Afrinə doğru irəliləməyə çalışan rejim tərəfdarı olan terrorçu qruplarla bağlı olaraq bunları söylədi: "Bu gün axşam saatlarına doğru oradakı rejim tərəfdarı  terrorçularıın pikaplarla Afrinə hərəkət etdikləri müəyyən olundu. Lakin daha sonra toplardan atəş edilincə geri dönmək məcburiyyətində qaldılar. Cənab Putin və cənab Ruhani ilə görüşlərdə terrorçu qruplarla bağlı razılıq əldə etmişik".

Makedoniya Prezidenti George İvanov ölkəsinin NATO üzvlüyünə dəstəyinə görə Türkiyəyə təşəkkür etdi, terrorizmlə  mübarizə məsələsində Türkiyə ilə razı olduqlarını dilə gətirdi.

Bu arada, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Makedoniya prezidenti İvanovun şərəfinə yemək ziyafəti verdi.

 Ziyafət mətbuata qapalı keçirildi.

 

 

 

 

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr