"Dünyanın ən uzun asma körpüsü - 1915 Çanaqqala Körpüsünün təməli atılır", B.Yıldırım

İstanbulda AK Partiyanın Arnavutköy VI Rayon Konfransında çıxışı zamanı Baş nazir Binalı Yıldırım 1915 Çanaqqala Körpüsünün təməlinin bu gün (18.III.2018) ölkə başçısı R.T.Ərdoğanla birgə atacaqlarını söyləyib.

  B.Yıldırım Çanaqqala qələbəsinin 103-cü ildönümündə Rəcəb Tayyib Ərdoğan ilə bilrikdə Çanaqqalada olacaqlarını bildirərək deyib:

  “Bu il martın 18-də dünyanın ən uzun asma körpüsü olacaq 1915 Çanaqqala Körpüsünün təməli atılacaq…

  Türkiyə inkişaf edir, Türkiyə böyüyür. Bir əsrdir Türkiyəyə biçilməyə çalışılan rollar artıq dar gəlir.

  AK Partiya hökuməti Türkiyəyə bir sıra böyük layihələr qazandırıb.

  Türkiyəyə sürətli qatar Ak Partiyanın təqdimatı ilə gəlib. Artıq İstanbul-İzmir sürət qatarı xətti ilə iki şəhər arasındakı məsafə 3,5 saata enəcək.

  İstanbulun Mərmərə metro stansiyası bu günə qədər 250 milyon sərnişin qəbul edib. İki qitəni dənizin altından birləşdirən Marmaray layihəsi artıq Üsküdardan Sirkeciyə 4 dəqiqəyə çatır.

  İstanbulun gənc rayonlarından biri Arnavutköydür. O, dünyanın ən böyük hava limanının olduğu rayondur. Dünya layihəsi “Kanal İstanbul”un da keçiriləcəyi yer Arnavutköydür. Bütün bu səbəblərdən Arnavutköyün gələcəyi çox parlaqdır".

Әlaqәli Xәbәrlәr