Diyarbәkirdә bir әsgәr şәhid olub

Bu barәdә Diyarbәkir valiliyindәn verilәn mәlumatda bildirilib.

Diyarbәkirdә bir әsgәr şәhid olub

Türkiyәnin Diyarbәkir şәhәrinin Lice qәsәbәsindә PKK terrorçularının tәşkil etdiyi hücum nәticәsindә 1 әsgәr şәhid olub, 4 әsgәr dә yaralanıb.

Bu barәdә Diyarbәkir valiliyindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә,  Tәhlükәsizlik qüvvәlәri Lice qәsәbәsinin Akçabudak kәndi vә  Hevsel bölgәsindә terrorçulara qarşı әmәliyyat keçirib.

Әmәliyyat zamanı terrorçular ilә tәhlükәsizlik qüvvәlәri arasında qarşıdurma baş verib. Qarşıdırma nәticәsindә 1 әsgәr şәhid olub, 4 әsgәr dә yaralanıb.

Xәsarәt alan әsgәrlәr bölgәdәki xәstәxanaya çatdırılıb.

Mәlumatda deyilir: ‘‘Bizi kәdәrlәndirәn bu hadisә nәticәsindә şәhid olan  qәhraman әsgәrimizә Allahdan rәhmәt, ailәsinә  vә Türk millәtinә başsağlığı veririk’’.



Әlaqәli Xәbәrlәr