Mövlud Çavuşoğlu Qәzza zolağındakı hadisәlәr ilә bağlı telefon diplomatiyasını davam etdirir

Diplomatik mәnbәlәrdәn әldә olunan mәlumata görә, Mövlud Çavuşoğlu bu çәrçivәdә Cibuti, Qvineya, Mәrakeş vә  Livan XİN rәhbәrlәri  ilә telefon әlaqәsi saxlayıb.

Mövlud Çavuşoğlu Qәzza zolağındakı hadisәlәr ilә bağlı telefon diplomatiyasını davam etdirir

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu  ABŞ-ın  Tәl-Әzivdәki sәfirliyini Qüdsә köçürmәsi vә Qәzza zolağındakı hadisәlәr ilә bağlı telefon diplomatiyasını davam etdirir.

Diplomatik mәnbәlәrdәn әldә olunan mәlumata görә, Mövlud Çavuşoğlu bu çәrçivәdә Cibuti, Qvineya, Mәrakeş vә  Livan XİN rәhbәrlәri  ilә telefon әlaqәsi saxlayıb.

Xatırladaq ki, Mövlud Çavuşoğlu dünәn dә bu mәsәlә ilә bağlı Qazaxıstan, Küveyt, Bruney, Özbәkistan, Liviya, Qırğızıstan, Mavritaniya, İraq vә Çad XİN rәhbәrlәri ilә  hәmçinin Bruneyin Maliyyә vә Beynәlxalq Әmәkdaşlıq üzrә naziri ilә telefon әlaqәsi saxlamışdı.

ABŞ Prezidenti Donald Tramp 2017-ci il dekabrın 6-da  Qüdsü İsrailin paytaxtı olaraq tanıyıb, ölkəsinin Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcəyini açıqlayıb, yeni səfirlik binasını 14 mayda keçirilən rəsmi mərasimlə açıb.

İsrail əsgərlərinin Qəzza zolağında  Amerika Birləşmiş Ştatlarının səfirliyini Qüdsə köçürməsinə etiraz bildirən nümayişçilərə atəş açması nəticəsində  62 fәlәstinli şәhid olub, 3 min 188 fәlәstinli dә xәsarәt alıb.



Әlaqәli Xәbәrlәr