• Video Qalereya

Rәcәb Tayyib Әrdoğan vә Papa Fransisk arasında telefon danışığı olub

Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Rәcәb Tayyib Әrdoğan vә Papa Fransisk arasında telefon danışığı olub

Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan vә katoliklәrin ruhani lideri Papa Fransisk (Franciscus) arasında telefon danışığı olub.

Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görә, görüşdә yәhudilәr, xristianlar vә müsәlmanlar üçün müqәssәd olan Qüdsün statusunun qorunmasının vacibliyi vә Qәzza zolağında fәlәstinli nümayişçilәrә edilәn hücumlar müzakirә olunub.

Qüdsün statusunun әhәmiyyәtinә diqqәt çәkәn dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  Qәzza zolağında müdafiәsiz fәlәstinlilәrә edilәn qeyri-insani hücumların utanç verici olduğunu bildirib.

Papa Fransisk isә öz növbәsindә baş verәn hadisәlәrә görә kәdәrlәndiyini ifadә edib.

Katoliklәrin ruhani lideri müsәlmanların hәdәfә alınması vә öldürülmәsinın qәbuledilmәz olduğunu vurğulayıb.

Papa Fransisk hәmçinin Ramazan ayının başlaması münasibәtilә Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanı tәbrik edib.



Әlaqәli Xәbәrlәr