Türkiyə Böyük Millət Məclisi tətilə girdi

TBMM vəkilləri bir də 24 iyundan sonra bir araya gələcək.

Türkiyə Böyük Millət Məclisi tətilə girdi

  Türkiyə Böyük Millət Məclisi tətilə girdi

  TBMM vəkilləri 24 iyun qəti seçki nəticələrinin Mərkəzi Seçki Komissiyası tərəfindən elanını təqibin üçüncü günü saat 14.00-də təkrar bir araya gələcək.

  Türkiyə Böyük Millət Məclisi iclasında “Bəzi Qanunlarda Dəyişiklik Edilməsi Haqqında Qanun Təklifi”nin səsverməsindən əvvəl bir sıra siyasi partiya nümayəndələri söz alaraq paralmentin 26-cı qanunvericilik dövrünün tətilə çıxmasından öncəsi son nitqlərini söyləyiblər.

  MHP-nin qrup sədri müavini Erkan Akçay Türkiyə Məclisinin 26-cı dövrdə tarixi hadisələr baş verdiyini və eyni zamanda, təəssüflü günlərin də olduğunu vurğulayıb. 

 HDP-nin qrup sədr müavini Filiz Kerestecioğlu son illər bütün Türkiyənin əslində dərin acılar yaşadığını söyləyib.

  CHP-nin qrup sədri müavini Özgür Özel də: “15 İyul gecəsi bir xain çevriliş cəhdinə birlikdə müqavimət göstərmənin qürurunu yaşadıq, çevrilişə boyun əymədik", - dedi.

  AK Partiya qrup sədri müavini Mustafa Elitaş 26-cı dövrdə Türkiyə üçün həm yaxşı və həm pis günlərinin olduğunu söylədi.



Әlaqәli Xәbәrlәr