Rәcәb Tayyib Әrdoğan TRT-yә müsahibә verib

Dövlәt başçısı müsahibә zamanı gündәmә dair sualları cavablandırıb.

Rәcәb Tayyib Әrdoğan TRT-yә müsahibә verib

Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan TRT-yә müsahibә verib.

Dövlәt başçısı müsahibә zamanı gündәmә dair sualları cavablandırıb.

Rәcәb Tayyib Әrdoğan bildirib ki, Türkiyә iqtisadiyyatı 7.4 % artaraq dünyanın ən inkişaf etmiş iqtisadiyyatları arasında yüksək göstәrici nümayiş etdirib.

‘‘Türkiyə iqtisadiyyatı әldә etdiyi 7,4 % -lik artım nisbәti ilә İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkәri arasında birinci, ‘‘böyük iyirmilik’’  (G-20)  ölkələri arasında isə ikinci pillәdә qәrarlaşıb’’,- deyә Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan qeyd edib.

Dövlәt başçısı Türkiyәdә son dövrdә  işsizlik nisbәtinin dә ciddi mәnada azaldığını deyib. 

Ərdoğan  Türkiyә  Silahlı Qüvvələrinin  Suriyanın Afrin bölgәsindә  terror tәşkilatı PKK/PYD/YPG-yә qarşı apardığı ‘‘Zeytun Budağı’’ әmәliyyatı nәticәsindә  4 min 600-dәn çox terrorçunun zәrәrsizlәşdirildiyini qeyd edib.

Dövlәt başçısı Münbiçlә bağlı müәyyәnlәşdiriliәn yol xәritәsi ilә bu bölgәnin terror tәşkilatı PYD, YPG-dәn  tamamilә azad edilәcәyini bildirib.



Әlaqәli Xәbәrlәr